Heydər Əliyev Mərkəzində “Görünməyənin cizgiləri” sərgisi açılıb
24.05.2024 [09:40]
Heydər Əliyev Mərkəzində bu gündən daha bir layihə çərçivəsində möhtəşəm heykəltəraşlıq nümunələri sərgilənməyə başlayır.
Mayın 23-də Mərkəzdə italiyalı heykəltəraş Canfranko Megiatonun fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 26-dək davam edəcək “Görünməyənin cizgiləri” adlı sərgidə müəllifin 40-dək əsəri nümayiş olunur.
Açılış mərasimindən əvvəl heykəltəraş Canfranko Megiato jurnalistlərə açıqlamasında əsərlərinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilməsindən məmnunluq hissi keçirdiyini deyib. Heykəltəraş buranın onun üçün sonsuzluq ifadə etdiyini qeyd edib. O, bəzi əsərlərində Mərkəzin binasından da ilhamlandığını bildirib.
"Əsərlərimin məhz bu məkanda sərgilənməsi mənim üçün bir stimul oldu. Həmçinin qeyd etmək istəyirəm ki, ekspozisiyada yer alan əsərlərin 19-u ictimaiyyətə ilk dəfə təqdim olunur", - deyə Canfranko Megiato əlavə edib. Heykəltəraşın sözlərinə görə, Azərbaycan öz milli-mənəvi dəyərlərini Avropadan fərqli olaraq qoruyur və gələcəkdə də qoruyub saxlayacaq.
Bakı sərgisi üçün hazırlanmış əsərlər sırasında “Cücərmə” (“Germination”), “Kvant nəfəsi” (“Quantum Breath”), “Mistral” (“Mistral”), “Elm və bilik” (“Science and Knowledge”), “Oyanış” (“Awakening”), “Yaradılış” (“Creation”) və digərləri izləyicilərdə böyük maraq yaradacaq.
Ekspozisiya Mərkəzin park ərazisində, foye və sərgi zalında qurulub. Mərkəzin qarşısında yer alan 6 metr hündürlükdə olan “Cücərmə” (“Germination”) adlı əsər isə xüsusi məna daşıyır. Əsər “biz hamımız bir ağacın yarpaqlarıyıq, bir orqanizmin hüceyrələriyik, bir varlığın hissələriyik. Bəşəriyyət ikili yanaşmanı aradan qaldırmaq üçün birlik və qardaşlığın bu konsepsiyalarını qəbul etməyincə, nə sülh, nə də mənsub olduğumuz ətraf mühitə hörmət olacaq”, - ideyasını çatdırır.
Tədbiri açan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb ki, Mərkəzdə uzun müddətdir bir çox heykəltəraşların əsərləri təqdim edilib. O, bugünkü sərgidə yer alan əsərlərin ziyarətçilərdə böyük maraq doğuracağını deyib və sərginin ərsəyə gəlməsində əməyi keçənlərə, xüsusən cənab Megiatonun bu işə həssasla yanaşdığına görə təşəkkürünü bildirib.
Xalq rəssamı Fərhad Xəlilov sərginin Heydər Əliyev Mərkəzinin binası ilə unikal uyğunluq yaratdığını söyləyib. “İtaliya sözü səslənəndə bir çox insanın qəlbində gözəl, isti hisslər yaranır. Hesab edirəm ki, bizim doğma, oxşar hisslərimiz var”, - deyə Xalq rəssamı qeyd edib.
İtaliyanın Roma şəhərində Kolizey Arxeoloji Parkı Direktorlar Şurasının üzvü Alberto Samona bildirib ki, əsərləri seyr edəndə sanki gözə görünməyən hissə ilə əlaqə qurulur: “Bütün sərhədləri aşaraq materiyanın özlüyündə hiss etmək imkanı yaranır. Nəzərə alsaq ki, materiya öz-özündə enerjini ehtiva edən bir məfhumdur, çoxtərəflikdən gəlib vahid bir məfhuma çıxırıq. Təbii bir haldır ki, bu məhz Bakıda baş verir. Əgər şəhərin tarixinə baxsaq, onun adına nəzər salsaq, bunun bizi kainata bağlayan bir məfhum olduğunu görə bilərik. Bütün bunlar burada əsən küləkdə, hər bir nəfəsdə duyulur. Canfrankonun əsərində görünməyən görünənə çevrilir. Enerji, ruh materiya formasını alır. Beləliklə, bizim hamımızın qarşısında yeni fürsətlər açılır. Biz hamımız vahid bir yerə toplaşmaq imkanı əldə edirik”, - deyə A.Samona əlavə edib.
İtaliyalı heykəltəraş Canfranko Megiato öz növbəsində deyib: “Hesab edirəm ki, belə bir xüsusi əhəmiyyətə malik olan Mərkəzə təşrif buyurmuş hər hansı bir heykəltəraş insanpərvərlik mövqeyindən çıxış etməlidir. Mən bu və ya digər məkanlara sərgi məqsədilə getdiyim zaman düşünürəm ki, həmin mərkəzin hansı yerində əsərlərim sərgilənəcək və müşahidələr hansı şəkildə onlarla əlaqə yaradacaq. Bu möhtəşəm Mərkəzdə bütün bu əsərləri müvafiq yerlərə yerləşdirmək bizim qarşımıza duran böyük bir vəzifə idi. Düşünürəm ki, biz bunun öhdəsindən uğurla gəldik”.
Canfranko Megiato müasir incəsənət sahəsində dünyanın məşhur platforması kimi qəbul edilən Beynəlxalq İncəsənət Sərgisi - Biennalenin vətəni olan Venesiyada 1963-cü ildə dünyaya göz açıb. O, elə burada Dövlət İncəsənət İnstitutunda heykəltəraşlıq üzrə təhsil alıb. Megiato 16 yaşından əsərlərini sərgiləməyə başlayıb. Rəssam heykəllərinə elə quruluş verir ki, həmin əsərlər özünü və zəngin daxili dünyasını dərk etməyə çalışan insanın keşməkeşli yolunu təcəssüm etdirir.
Heykəltəraşın əsərləri vətəni İtaliya ilə yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Danimarka, Fransa, Hindistan, İsveçrə, İspaniya, Küveyt, Monako, Niderland, Portuqaliya, Rusiya, Sinqapur, Ukrayna və digər ölkələrdə sərgilənib. Onun heykəltəraşlıq nümunələri müxtəlif ölkələrin əlamətdar məkanlarını bəzəyir. Canfranko Megiatonun əsərlərindən səhnə tərtibatında da istifadə edilir. Vaxtı ilə İtaliyanın Skolasium arxeoloji parkında səhnələşdirilmiş Bizenin “Karmen” operasındakı dekorasiyalar Canfranko Megiatonun müəllifi olduğu heykəllərdən qurulmuşdu. Rəssam heykəltəraşlıq instalyasiyalarında möhtəşəm ifaedici gücə və estetik dəyərə malik olan qədimlik və müasirliyin mahircəsinə birləşdirilməsinə görə ICOMOS/UNESCO mükafatına layiq görülüb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

