Müslüm əbədi yaşayacaq!
17.08.2024 [10:55]
Yeganə BAYRAMOVA
Müslüm Maqomayev haqqından danışmaq çətin və məsuliyyətlidir. Çünki o, dahi sənətkar, mühüm şəxsiyyət, bəşəri insan idi. İfa tərzi, səsi, sənəti SSRİ kimi hüdudsuz, qapalı və qaranlıq bir ölkənin çərçivəsinə sığmırdı.
Bu gün-avqustun 17-də dünya şöhrətli sənətkarın doğum günüdür. Müslümün sənətini, şəxsiyyətini bir neçə səhifədə izah etmək mümkünsüz olsa da, onun bəzi çalarlarını vurğulamaq istərdik...
Dahi sənətkar vətənpərvərlikdən bəsit danışmazdı. Bəstələdiyi “Azərbaycan” mahnısını təkrarsız ifa etməklə doğma Vətəninə olan böyük məhəbbətini göstərmişdi. Təsadüfi deyil ki, bu əsər müasir ölkəmizin müsiqili rəmzinə, vizit vərəqəsinə çevrilib.
Hətta bu əsər Ulu Öndərimiz tərəfindən o qədər sevilirdi ki, o bir dəfə Müslüm Maqomayev haqqında çıxış edəndə “Əgər Müslümün heç bir şeyi olmasaydı, “Mənim Azərbaycanım” mahnısına görə o, ən yüksək hörmətə layiqdir” ifadəsini işlətmişdi. Müslüm Maqomayev təkcə Azərbaycanda deyil, Sovetlər birliyində, eləcə də bütün dünyada tanınan və sevilən bir müğənni idi. Onun Azərbaycana həsr etdiyi bu mahnı ölkəmizi bütün dünyada tanıtmışdı.
2002-ci ilin sentyabr ayının 6-da Müslüm Maqomayevin 60 illik yubileyi ilə əlaqədar Heydər Əliyev ona “İstiqlal” ordeni təqdim edərkən demişdi: “Müslüm çox mahnılar yaratmışdır, yəni o, özünü bəstəkar kimi də gözəl tanıtmışdır. Ancaq onun ən görkəmli mahnısı Azərbaycana həsr etdiyi mahnıdır. Bu mahnı Azərbaycanın himni kimi səslənir.”
Müslümün sənəti dünən də yüksək qiymətləndirilirdi, bu gün də ölkə rəhbərliyi tərəfindən onun sənətinə dəyər verilir. 2022-ci ildə dünya şöhrətli sənətkarın 80 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin tapşırığına əsasən Dənizkənarı Milli Parkda abidəsinin ucaldılması bu dəyərin bariz nümunəsidir. Ölkə başçısının abidənin açılış mərasimində dediyi kimi, Bakının gözü olan bulvarda dahi sənətkarlarımızın ruhları dolaşır, o cümlədən Müslümün. Ona görə bu abidəyə yaxınlaşan bizim vətəndaşlarımız “Salam, Müslüm” deyəcək və Müslüm əbədi yaşayacaq...
Xəbər lenti
Hamısına baxAnalitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35

