Türk dünyasının yazıçısı Kemel Tokayevin kitabı azərbaycanlı oxuculara təqdim olunub
02.10.2024 [21:28]
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan görkəmli Qazax yazıçısı və ictimai xadim Kemel Tokayevin Azərbaycan dilinə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabı X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində kitabsevərlərə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova müharibə əleyhinə qələmə alınan, insanları sülhə səsləyən “Xüsusi tapşırıq” kitabının “Türk ədəbiyyatının inciləri” seriyasından olduğunu bildirib. "Qazax ədəbiyyatının detektiv janrının banilərindən olan Kemel Tokayev türk mədəniyyətinin və söz sənətinin inkişafına böyük töhfələr verib. O, yazıçılıq fəaliyyəti ilə yanaşı, jurnalistika ilə də məşğul olub, publisistik əsərlərində Qazaxıstanın mühüm mədəni və sosial məsələlərini işıqlandırıb. Bu nəşr Fondun görkəmli yazıçının zəngin yaradıcılığının öyrənilməsinə və ədəbi irsinin təbliğinə verdiyi qiymətli yadigardır. Ümid edirik ki, gələcək nəsillər üçün vacib bir qaynaq olacaq", - deyə o əlavə edib.
Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev Kemel Tokayevin Qazax ədəbiyyatında detektiv janrının təməlini qoyan yazar olduğunu söyləyib: “O, hər bir əsərini arxivdəki məlumatlara əsaslanaraq yazıb. Yaşanan hadisələri qələmə alaraq tarixdə unudulmaz iz qoyub".
Qeyd edib ki, bu gün Türk dünyasının məşhur yazıçısı Kemel Tokayevin həm də doğum günüdür: "Bu gün Bakı sakinləri üçün açılan kitab sərgisində Azərbaycan dilinə tərcümə olunmuş əsərin təqdimatı böyük əhəmiyyət kəsb edir. Müəllifin yazdığı hər bir əsər türk mədəniyyətinin inkişafına töhfə verən və gələcək nəsillərə ötürülən bir mirasdır".
Xalq yazıçısı Anar Qazaxıstanı çox sevdiyini, görkəmli yazıçı Abay haqqında məqalə yazdığını vurğulayıb, Kemel Tokayevin yaradıcılığına böyük hörmət bəslədiyini qeyd edib.
Xalq yazıçısı Çingiz Abdullayev çıxışında kitabın Azərbaycan dilində nəşr olunmasını yüksək qiymətləndirib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Kemel Tokayevin kitabının Azərbaycan dilində nəşr olunmasının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu kitab yerli oxuculara Qazax ədəbiyyatının böyük siması olan Tokayevin yaradıcılığı ilə tanış olmağa imkan yaradacaq.
Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov da kitab haqqında fikirlərini bölüşüb. O qeyd edib ki, əsərdə tarix, həmçinin sovet dövründə faşizmə qarşı olan dostluq barədə geniş bəhs olunur.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Kemel Tokayevin yaradıcılığından söz açaraq, bu cür əlamətdar günlərin ənənəyə çevrilməsinin önəmini vurğulayıb.
Kitabın layihə rəhbəri və ön sözün müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova, tərcüməçisi Rǝbiqə Nazimqızı, redaktoru isə Əkbər Qoşalıdır.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50

