Qara Qarayevin ev muzeyindən REPORTAJ
18.11.2024 [15:19]
Qara Qarayevin ev muzeyi 1 oktyabr 2018 -ci il il tarixində bəstəkarın 100 illik yubileyi ərəfəsində Beynəlxalq Musiqi günü tarixində öz qapılarını geniş tamaşaçı kütləsinə açıb. Hələ 2008-ci il tarixində cənab Prezidentimiz muzeyin açılması ilə bağlı fərman imzalayır. Və o vaxtdan muzey üzərində işlər aparılmağa başlanılır.
Uzun müddət idi ki, planlaşdırdığım bu görüş nəhayət ki, bir payız günündə baş tutdu. Məni Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova qarşılayır. Qeyd edim ki, Qara Qarayevin Ev Muzeyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filiallarından biridir. Muzey Qara Qarayev irsinin toplanması, qorunması, tədqiqi, təbliği və nümayişi istiqamətində fəaliyyətini mükəmməl şəkildə qurub. Üçotaqlı muzeyin bir otağında divara yerləşdirilmiş rəflərdə bəstəkara aid şəxsi əşyalar saxlanılır. Mənə bildirdilər ki, bəzi eksponatlar yer olmadığı üçün fondlarda qorunur. Alla xanımın respublikada və respublikadan kənarda müxtəlif arxivlərdə aşkar etdiyi, ailə üzvləri tərəfindən muzeyə təqdim olunan eksponatlar nümayiş olunur. Bəstəkarın şəxsi əşyaları olan otaqda həm də onun çəkdiyi fotolar sərgilənir. Bu da bəstəkarın fotoqraflığa böyük həvəsi olduğundan xəbər verir. Bundan əlavə moto sürmək də onun sevimli hobbilərindən biri olub. Lakin kitab oxumaq, mütaliə etmək isə onun daha çox məşğul oldu fəaliyyətlərdən biri idi. Qara Qarayevin atası pediatr həkim olub. Anası Sona xanım isə Azərbaycanda ilk təhsil almış xanımlardan biri hesab olunur. Qeyd edək ki, hazırda fəaliyyət göstərən 2 nömrəli uşaq xəstəxanası da Q.Qarayevin atası Əbülfəz Qarayevin adını daşıyır.
Qarayevin musiqi sevgisi ilə alışıb yanması heç də təsadüf deyil. Onun anası poeziya və musiqi ilə dərindən məşğul olub. Belə ki, Qarayevin musiqi istedadının üzə çıxmasında anası və dayısının böyük rolu olub. O, Azərbaycan Dövlət Konservatoriyası nəzdində Musiqi texnikumuna qəbul olunur və fortepiano üzrə təhsil alır. 1935-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almağa başlayır. Bir müddətdən sonra Üzeyir Hacıbəyovun təşəbbüsü ilə 5 musiqiçi Moskvaya təhsillərini davam etdirməyə yola salınır. Onlardan biri də məhz Q.Qarayev idi. Lakin o, hər şeyə dərin maraqla yanaşırdı. Muzeydə bəstəkarın tamamlanmamış əsərləri də saxlanılır. Onun tələbələri arasında Firəngiz Əlizadə, Polad Bülbüloğlu, Sevda İbrahimova, Fərəc Qarayev, Arif Məlikov, Cəlal Abbasov, Elnarə Dadaşova, Azər Dadaşov kimi bəstəkarlar olub. A.Bayramova mənə muzey barədə danışaraq digər otağa aparır. Otağın dizaynı diqqətimi çəkdi. Divarlarda müxtəlif rəng çalarları gördüm.
Qara Qarayev demək olar ki, bütün janrlarda əsərlər bəstələyib. Avstriyalı dizaynerlər, həmin əsərlər haqqında məlumatlar qeyd olunan divarları ayrı-ayrı rənglərə boyayıblar. Dram janrı boz rəngində, Opera və Balet üçün musiqi qırmızı rəngdə, kamera və simfonik musiqi qəhvəyi rəngdə və s. Bəstəkarın sevdiyi rəng qırmızı olduğu üçün divar çalarlarında qırmızı rəngdən daha çox istifadə olunub. Buranın tərtibat-dizayn işlərini "Partner Culture+Projects" (Hors Kampman) şirkəti həyata keçirib.
Otaqda müəllifin orijinal əlyazmaları xüsusi tərtib olunmuş rəflərdə saxlanılır. Rəflərin birində bəstəkarın 1941-1945-ci illər Vətən müharibəsinə həsr olunmuş "Vətən" operasının əlyazmasını görürəm. O, bu əsərə görə "Stalin" mükafatına da layiq görülüb. "Yeddi gözəl" isə onun ilk baletidir. İkinci balet 1958-ci ildə yazdığı və 1967-ci ildə "Lenin" mükafatına layiq görüldüyü "İldırımlı Yollarla" baletidir. Muzeyin divarlarında Qarayevin ailəsinin şəkilləri yerləşdirilib.
Maraqlısı budur ki, sənətkarın ailə üzvləri iki sahədə fəaliyyətlərini davam etdirirlər: Musiqi sahəsi və həkimlik peşəsi...Bəstəkarın nəvələrinə yazdığı məktublar da ziyarətçilərdə kifayət qədər maraq doğurur. Məktublara uşaqların başa düşəcəyi şəkildə şəkillər də çəkilib. Məni muzeylə daha yaxından tanış edən A.Bayramova bildirir ki, son vaxtlar gənclərin muzeylərə olan marağın artdığının şahidi olur: "Bu məni çox sevindirir. Əlbəttə ki, gələnlər arasında turistlər də var və digər müxtəlif təbəqənin və yaş qrupunun insanları da". Muzeylə yaxından tanış olduqdan sonra oradan ayrılıb Bakının köndələn küçələri ilə yoluma davam etdim..
Bir daha şahid oldum ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızda sənətkarların xatirə, ev-muzeylərinin yaradılması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib. Və budur, bu gün də o ənənə böyük ustalıqla davam etdirilir.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

