Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Adil Kərimli: Azərbaycan həm yerli, həm də beynəlxalq miqyasda mədəni və dini irsin qorunmasına töhfə verir

Adil Kərimli: Azərbaycan həm yerli, həm də beynəlxalq miqyasda mədəni və dini irsin qorunmasına töhfə verir

28.11.2024 [10:41]

Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) X Qlobal Forumu çərçivəsində noyabrın 27-də "Dini məkanların mühafizəsi: çoxtərəfli yanaşma” adlı qlobal konfrans təşkil olunub. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli konfransda çıxış edib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, nazir konfransda təqdim olunan UNAOC-un “Dini yerlərin qorunması üzrə Fəaliyyət Planı: Təhlükəsiz və dinc ibadət üçün birlik və həmrəylikdə” adlı hesabatını yüksək qiymətləndirib, Fəaliyyət Planının dini məkanlara qarşı dözümsüzlüklə mübarizədə ən əhatəli sənədlərdən biri olduğunu vurğulayıb.

Bildirilib ki, Azərbaycan Respublikası adıçəkilən Fəaliyyət Planında qeyd olunan mədəniyyətlərarası dialoq üzrə altı ümumdünya forumuna və dini liderlərin üç qlobal sammitinə ev sahibliyi edib. Bundan əlavə, Azərbaycan həm yerli, həm də beynəlxalq miqyasda mədəni və dini irsin qorunmasına öz töhfəsini verir.

Qeyd edək ki, "Sülhdə birlik: etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması" mövzusunda keçirilən X Qlobal Forum Sivilizasiyalar Alyansının yaranmasının 20 illiyinə həsr olunub.

Paylaş:
Baxılıb: 715 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30