/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib
20.04.2025 [08:14]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 19-da Heydər Əliyev Sarayında dünyada məşhur 200 nəfərlik "Qelikon-opera" Moskva Musiqili Teatrının quruluşunda "Zoluşka” operasının təqdimatında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan bəstəkarı Leonid Vaynşteynin "Qelikon-opera" teatrının tamaşası hər bir balaca şahzadənin görməli olduğu səhnə əsəridir. Dahi Qara Qarayevin tələbəsi olmuş Leonid Vaynşteynin musiqisi parlaq və yaddaqalandır. Heydər Əliyev Sarayının səhnəsində təqdim olunan operaya dirijorluğu Xalq artisti Yalçın Adıgözəlov edib.
Tamaşanın təqdimatında TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, tanınmış teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai və siyasi xadim Yuli Qusman, azərbaycanlı bəstəkar Leonid Vaynşteynin oğlu - NTV telekanalının baş direktorunun müavini - baş prodüseri Timur Vaynşteyn və ailə üzvləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və ictimai-siyasi xadimlər iştirak ediblər.
Qeyd edək ki, “Zoluşka”nın premyerası 1985-ci ildə Bakıda, Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində keçib. 35 ildən sonra maraqlı sehrbazlıq və şəkildən-şəklə çevrilmələr irimiqyaslı dekorasiyalar və müasir holoqrafiyalı texnologiyanın köməyi ilə yaradılıb.
Əsər Şarl Perronun məşhur “Zoluşka”sına əsaslanan, möcüzələr, dönüşmə prosesi və əsl sehrlə dolu, ən müasir teatrlardan birində qüsursuz şəkildə təcəssüm olunmuş, Moskvadakı holoqrafik texnologiyaların və müasir səhnələrin köməyi ilə tamaşaçılara təqdim olunan mehriban musiqili nağıldır.
Heyrətamiz transformasiyalar və sehr genişmiqyaslı dekorasiyalar və müasir holoqrafik texnologiyaların müşayiəti ilə əfsanəvi nağıl əsasında yazılmış opera heç bir tamaşaçını biganə qoymadı. Süjet xəttinə əsasən operada xeyir və gözəllik şər və paxıllığa qalib gəlir.
Tamaşa ərzində qonaqpərvər Nağılbaz bütün yaşlarda olan tamaşaçıları maraqlı oyuna cəlb edib. Tamaşaçılar balqabağın möcüzəli şəkildə faytona, siçanların gözəl atlara, Zoluşkanın Şahzadə xanıma çevriləcəyinin şahidi oldular. Bundan əlavə, teatrda qonaq olan qızlara büllur ayaqqabını geyinmək nəsib oldu.
Tamaşanın rejissoru İlya İlyin, bədii rəhbəri isə Dmitri Bertmandır.
Opera tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

