Litvada keçirilən xeyriyyə yarmarkasında Azərbaycan stendi maraqla qarşılanmışdır
02.12.2013 [14:13]
Azərbaycanın Litva Respublikasındakı səfirliyi paytaxt Vilnüs şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin iştirakı ilə Ratuşada keçirilmiş 11-ci Beynəlxalq milad xeyriyyə yarmarkasında ölkəmizi layiqincə təmsil etmişdir.
Səfirlikdən AzərTAc-ın müxbirinə verilən məlumata görə, ənənəvi yarmarkanın məqsədi iştirakçılar tərəfindən satışa çıxarılan məhsullardan əldə olunan vəsaitin Litvanın uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına yönəldilməsindən ibarətdir. Bununla yanaşı, yarmarka iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyətinin və mətbəxinin təbliği baxımından da böyük əhəmiyyət kəsb edir.
Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, ölkəmizlə bağlı fotoşəkillər, kitablar, bukletlər, şirniyyatlarımızdan paxlava və şəkərbura, həmçinin meyvə şirələri, mineral sular nümayiş olunmuşdur.
Xeyriyyə yarmarkasının açılışında Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte iştirak etmişdir. Açılış mərasimindən sonra bir sıra stendlərə baxan D.Qribauskayte Azərbaycan stendinə yaxınlaşmışdır. Səfir Həsən Məmmədzadə stenddə nümayiş olunan məhsullar haqqında Prezidentə qısa məlumat vermişdir.
Qırxdan artıq diplomatik nümayəndəliyin və xarici təşkilatların təmsil olunduğu yarmarkada Azərbaycanın stendi ev sahibi Litva və Fransa stendləri ilə yanaşı qurulmuş və ən çox ziyarət edilən stendlərdən biri olmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22

