Bakıda Azərbaycan yazıçılarının XII qurultayı keçirilib
18.06.2014 [09:56]
İyunun 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan yazıçılarının XII qurultayı keçirilib.
AzərTAc xəbər verir ki, qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.
Qurultay iştirakçıları Fəxri xiyabanda uyuyan görkəmli şair və yazıçılarımızın da məzarları üzərinə gül-çiçək düzüb, xatirələrini ehtiramla anıblar.
Sonra qurultay iştirakçıları Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül-çiçək düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qurultayın xarici ölkələrdən olan qonaqlarına Şəhidlər xiyabanının tarixi, şəhərdə aparılan abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib.
Dövlət və hökumət qurumları nümayəndələrinin, Milli Məclisin deputatlarının iştirak etdikləri Azərbaycan yazıçılarının XII qurultayına 25 ölkədən 60-dək qonaq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri arasından isə 400-dək nümayəndə qatılıb.
Azərbaycan Yazıçılar Birliyinin bölmələr üzrə hesabat məruzələri tədbirdən əvvəl kitab halında qurultay iştirakçılarına təqdim edilib.
Qurultayı AYB-nin sədri, Xalq Yazıçısı Anar açıb.
Tədbirdə Azərbaycan yazıçılarının XII qurultayı və AYB-nin yaradılmasının 80 illik yubileyi münasibətilə TÜRKSOY tərəfindən təltif edilmiş bir sıra tanınmış qələm adamlarına mükafatlar təqdim olunub.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətə və incəsənətə, elm adamlarına göstərilən diqqət və qayğıdan söz açıb.
Mərasimdə təbrik nitqi söyləyən dünya şöhrətli qazax yazıçısı Oljas Süleymenov, Moskva Yazıçılar İttifaqının birinci katibi Yevgeni Sidorov, Türkiyədən Ataol Bəhramoğlu, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişariya, Ukraynadan İvan Draç, Rusiyanın Tatarıstan Respublikasından Renat Xarisov, Avrasiya Yazarlar Birliyinin rəhbəri Yaqub Öməroğlu, Serbiyadan Radomir Andriç və digər qonaqlar çıxış edərək dünya ədəbi prosesində baş verən yeniliklərdən söz açıb, Azərbaycanda yaradıcı insanlara dövlət qayğısını yüksək qiymətləndirib və qurultayın işinə uğurlar arzulayıblar.
Azərbaycan Yazıçılar Birliyi təftiş komissiyasının sədri Qəzənfər Paşayev qurultay iştirakçılarına ötən dövr ərzində görülmüş işlər barədə məlumat verib.
Qurultayda Xalq şairi Nəriman Həsənzadə, akademik İsa Həbibbəyli, Xalq şairi Vaqif Səmədoğlu, Xalq şairi Zəlimxan Yaqub, yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova, Xalq şairi Sabir Rüstəmxanlı, gənc yazıçı, Prezident mükafatçısı Pərvin Nurəliyeva, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, AYB-nin Moskva Bölməsinin sədri, tənqidçi-ədəbiyyatşünas Tofiq Məlikli, Xalq Yazıçısı Çingiz Abdullayev çıxış edərək ötən dövr ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açıblar.
Fasilədən sonra işini davam etdirən Azərbaycan yazıçılarının XII qurultayında Xalq şairi Söhrab Tahir, Milli Məclisin deputatları Nizami Cəfərov, Rafael Hüseynov, Aqil Abbas, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova, yazıçı-publisist Əjdər Ol, yazıçı, AYB-nin gənclər şurasının sədri Elşad Ərşadoğlu, tənqidçi-dramaturq Əli Əmirli, şairə Həyat Şəmi, AYB-nin Qarabağ bölməsinin rəhbəri Ənvər Əhməd, “Azərbaycan” jurnalının redaktoru İntiqam Qasımzadə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəyli, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və başqaları Azərbaycan ədəbiyyatının müasir inkişaf mərhələlərindən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən söhbət açıblar.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxış edərək bildirib ki, qurultayın özünün daxili dramaturgiyası, gözəl harmoniyası var.
Müzakirələrə yekun vurulduqdan sonra Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, AYB-nin fəaliyyətinin əsas istiqamətləri təsdiq olunub. Qurultayda təşkilati məsələlərə baxılıb.
Xalq yazıçısı Anar Rəsul oğlu Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.
Qurultay AYB-nin rəhbər strukturunu, ağsaqqallar şurasını, idarə heyətini və təftiş komissiyasını seçib.
Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ona yenidən etimad göstərdiklərinə görə qurultayın iştirakçılarına minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06

