Bakıda məşhur fransız rəssamı Bernar Buffenin fərdi sərgisi açılıb
27.09.2014 [10:45]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub
Sentyabrın 26-da Bakıda, Heydər Əliyev Mərkəzində məşhur fransız rəssamı Bernar Buffenin fərdi sərgisinin açılış mərasimi olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva açılış mərasimində iştirak ediblər.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərgi haqqında məlumat verərək deyib ki, bu gün növbəti layihəmizi təqdim edirik. Bir neçə ay ərzində şəhərimizin sakinləri və qonaqları Heydər Əliyev Mərkəzində görkəmli fransız rəssamı Bernar Buffenin sərgisi ilə tanış ola bilərlər. A.Ələkbərov layihənin ərsəyə gəlməsində böyük zəhməti olan Heydər Əliyev Mərkəzinin və London Opera Qalereyasının kollektivlərinə dərin minnətdarlığını bildirib. O, diqqətə çatdırıb ki, layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında çıxış edərək deyib: “Əziz dostlar!
Mən sizin hamınızı Bakıda, Heydər Əliyev Mərkəzində fransız rəssamı Bernar Buffenin sərgisinin açılışında görməkdən çox şadam. Yəqin ki, sizlərdən çoxunuz artıq onun yaradıcılığı ilə tanışsınız, lakin çoxunuz da onun haqqında bu gün ilk dəfə öyrənəcəksiniz. Mən birinci dəfə Buffenin yaradıcılığı ilə iki il bundan əvvəl tanış oldum və ilk baxışdan onun əsərlərinə vuruldum. Mənim üçün onun əsərləri emosiya, hisslər və dərinliklə doludur. Hətta onun ən kədərli və tünd çalarlı əsərləri yenə də müsbət enerji verir və əhval-ruhiyyəni yüksəldir.
Buffe yaradıcılığı boyu 12 mindən çox əsər yaradıb. Çox parlaq, dramatik, maraqlı həyat yaşamasına baxmayaraq, o, demək olar ki, unudulub. Əminəm ki, bugünkü sərgi vasitəsilə xeyli insan bu böyük rəssam haqqında məlumat əldə edə biləcək”.
Sərginin açılışında dünyanın bir çox şəhərlərindən qonaqların iştirak etdiyini bildirən Leyla Əliyeva deyib: “Əksəriyyətiniz Azərbaycanda çox olmusunuz, bəzilərinizin isə ölkəmizə ilk səfəridir. Lakin hər birinizin ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, memarlığı haqqında kəşf edəcəyi çox şey var. Fərqli mədəniyyətlərin, dinlərin, ənənələrin kombinasiyası hər zaman bizə yeni yaradıcı ideyalar bəxş edir. Fürsətdən istifadə edərək mən noyabr ayında Londonda həyata keçiriləcək növbəti layihəmizin anonsunu vermək istəyirəm. Həmin sərgidə məşhur rəssamların əsərləri nümayiş olunacaq”.
Sərginin təşkilatçılarına təşəkkür edən Heydər Əliyev Fondunun vitse-prezidenti bildirib: “Zənnimcə, ən qüdrətli incəsənət bu günün meyllərini izləmək deyil, səmimi və dərin əsərlər yaratmaqla zamanın sınağından keçməkdir. Məncə, Buffe rəssam kimi buna nail olub”.
Sonra London Opera Qalereyasının direktoru Jan-David Malat çıxış edərək sərginin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgi ilə tanışlıq zamanı məlumat verilib ki, rəssamın Bakıdakı ilk fərdi sərgisində 43 əsəri nümayiş olunur. Onların sırasında müəllifin “Sirk”, “Dantenin cəhənnəmi”, “Dərisi soyulmuşlar” silsilələrindən rəsmləri, eyni zamanda, avtoportretləri yer alıb.
Sərginin təşkili ərəfəsində Bernar Buffenin əsərlərinin reproduksiyasından ibarət kataloq nəşr olunub. Kataloqda ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Leyla Əliyeva ön sözdə Bernar Buffenin əsərlərinin Bakıya gətirilməsindən və dünyanın istedadlı memarlarından olan Zaha Hadid tərəfindən layihələndirilən Heydər Əliyev Mərkəzində sərgilənməsindən məmnunluq hissi keçirdiyini qeyd edib.
Bernar Buffenin Heydər Əliyev Mərkəzindəki sərgisi 2015-ci il yanvarın 15-dək davam edəcək.
Bernar Buffe 1928-ci il iyunun 10-da Parisdə anadan olub. Rəssam melanxolik, monoxrom əsərləri ilə məşhurlaşıb. O, “Fəxri Legion”, “İncəsənət və Ədəbiyyat” ordenlərinin kavaleri olub. 1973-cü ildə Yaponiyada Bernar Buffe Muzeyi yaradılıb. Parkinson xəstəliyindən əziyyət çəkən rəssam 1999-cu ildə 71 yaşında intihar edib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 12:44
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:58
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
Gündəm
17 Aprel 11:24
Gündəm
17 Aprel 11:22
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31

