Azərbaycanlı dizaynerin modaları fransızların marağına səbəb olub
09.12.2014 [09:07]
Dekabrın 6-da dünyada modalar şəhəri kimi məşhur olan Parisin möhtəşəm “George Y” hotelinin “Vandom” salonunda şərq geyim modalarının festivalı keçirilib. Tədbirdə ölkəmizi tanınmış modelyer Fəxriyyə Xələfova təmsil edib.
AzərTAc-a müsahibəsində festival haqqında məlumat verən F.Xələfova deyib: “Mən bu il artıq ikinci dəfədir ki, Parisdə öz yeni kolleksiyamı nümayiş etdirirəm. Birinci dəfə “LABO etnik” modalar festivalına qatılmışdım. Bu beynəlxalq festivalda etnik elementlərlə zəngin kolleksiyalar nümayiş olunurdu. Elə həmin vaxt bugünkü tədbirə dəvət aldım.
“Oriental Fashion Shou”, adından da göründüyü kimi, şərq üslubunda hazırlanan modaların təbliği məqsədilə daşıyan festivaldır. Mərakeşli həmkarlarım çox maraqlı kolleksiyalar təqdim etdilər. Ümumilikdə, festivalın ab-havası xoş təsir bağışlayırdı. Buna səbəb bütün kolleksiyaların zənginliyi və gözəl parçalardan hazırlanması idi.
Festivalda mənim on kolleksiyam nümayiş olundu. Onların əsas qayəsini Azərbaycanın geyim mədəniyyətini, milli geyimlərimizin səciyyəvi elementlərini, dekorativ tikmə növlərini fransız tamaşaçılarına göstərmək təşkil edirdi.
Festivalda nümayiş olunan kolleksiyalarım vasitəsilə əl işindən, ipək parçalardan, buta naxışlardan hazırlanmış geyimlər təqdim etdim. Onların bir çoxu həm tamaşaçıların, həm də mətbuatın marağına səbəb oldu. Nümayişdən sonra mənə ünvanlanan çoxsaylı suallar bu maraqdan xəbər verirdi.
Eyni zamanda, tamaşaçılar Azərbaycana xas milli geyim üslubunun Şərq ölkələrinin milli geyimlərindən nə ilə fərqləndiyini bilmək istəyirdilər. Mən onlara bu fərqi izah etdim. Belə ki, Azərbaycan milli geyimlərinin özünəməxsus, təkrarolunmaz elementləri var və heç bir Şərq ölkəsinin geyimləri ilə istər görünüş, istərsə də məzmun baxımından üst-üstə düşmür. Mən kolleksiyalarımda hər zaman Avropa üslubu ilə milli üslubu sintez şəkildə təqdim etməyə çalışıram. Ona görə də hazırladığım geyimlər çox dəbdəbəli görünür”.
Belə möhtəşəm tədbirdə iştirak etməsini çox əlamətdar hadisə kimi dəyərləndirən F.Xələfova söhbətini belə tamamlayıb: “Mənə Azərbaycanı, onun geyim mədəniyyətini fransızlara yaxından tanıtmaq səadəti nəsib olduğuna görə sevinir və qürur hissi keçirirəm”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

