Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / İtaliya Simfonik Orkestrinin dirijoru: Sizin xalqın böyük bəstəkarları, gözəl musiqiləri var

İtaliya Simfonik Orkestrinin dirijoru: Sizin xalqın böyük bəstəkarları, gözəl musiqiləri var

29.07.2015 [09:55]

“Qəbələ VII Beynəlxalq Musiqi Festivalının belə bir gözəl məkanda, dağlar, meşələr arasında, bu cür tanınmış ifaçıların iştirakı ilə keçirilməsi mənim üçün böyük sürpriz oldu”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində festivalın iştirakçısı olan məşhur İtaliya Simfonik Orkestrinin dirijoru Cankarlo de Lorenzo deyib.
Azərbaycanda çoxlu musiqiçi dostlarının olduğunu bildirən C.Lorenzo qeyd edib ki, Qəbələ VII Beynəlxalq Musiqi Festivalında iştirakı ona ölkəmizi yaxından tanımaq üçün gözəl fürsət olub.
İtalyan dirijor festivalı təşkil edənlərə, belə bir gözəl təşəbbüsü irəli sürənlərə də minnətdarlığını bildirərək deyib: “Dünyanın tanınmış musiqiçilərinin bu festivala qatılması, əlbəttə ki, onun yüksək səviyyəsindən xəbər verir. Auditoriyanın festival çərçivəsində keçirilən konsertlərə marağı məni heyran edir. Mənim rəhbərliyimlə Qəbələdə İtaliya Simfonik Orkestrinin iki gün konserti oldu. Biz ilk dəfə olaraq Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüranı səsləndirdik. Tamaşaçılar bizi ayaq üstə alqışladılar. Musiqiçiyə bundan böyük hədiyyə ola bilməz. Biz çox şadıq ki, dahi Ü.Hacıbəylinin əsərini yüksək səviyyədə ifa edə bildik. Sizin xalqın böyük bəstəkarları, gözəl musiqiləri var”.

 
Paylaş:
Baxılıb: 1203 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30