YAY Qalereyasında rəssam Aida Mahmudovanın “Umwelt” adlı fərdi sərgisi açılıb
17.05.2016 [10:17]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub
YAY Qalereyasında rəssam Aida Mahmudovanın “Umwelt” adlı fərdi sərgisi açılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, rəsmi şəxslərin, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri sərgidə rəssam Aida Mahmudovanın kətan üzərində qarışıq üslubda işlədiyi “Flower beds”, “Landscape”, “Indigo”, “Rockbed”, “Overgrown”, “The Coral” əsərləri, habelə “The Shard” heykəltəraşlıq nümunəsi yer alıb.
“Umwelt” (alman dilində “mühit” deməkdir) ifadəsi1909-cu ildə tanınmış bioloq və filosof Yakob fon İksyukl tərəfindən işlədilib. Bu terminlə o, eyni yaşayış mühitində (ekosistemdə) olan müxtəlif canlıların, o cümlədən insanın cürbəcür xarici siqnallara fərqli reaksiya verməsi faktını izah etməyə çalışıb. Belə ki, iti eşitmə və görmə qabiliyyətinə malik canlılar son dərəcə həssas iybilmə duyğusunun, yaxud xarici mühitlə ultrasəs dalğaları və elektrik sahəsinin köməyi ilə qarşılıqlı təmasda olan canlılara nisbətən dünyanı fərqli, özünəməxsus şəkildə qəbul edirlər. Yeni terminin başlıca məqsədi insanları da yaşadığı ətraf aləmin müxtəlifliyini təsvir etməkdir.
Fərdi “Umwelt” qəbul etməyə hazır olduğumuz ən yaxın ətraf aləm sahəsidir, bu, hər birimizdə var. Balinalar, yarasalar, quşlar və bütün digər canlılar kimi, biz də ətrafımızda cərəyan edən hadisələri öz təcrübəmiz, xarakterimiz və mövcud şəraitin prizmasından qəbul edirik. Bizim “Umwelt” nisbətən daha rahat yaşayış ərazisidir və gündəlik həyatımızda üzləşməli olduğumuz, adət etdiyimiz hərəkət marşrutlarının, öhdəliklərin, situasiyaların və risklərin cəmini özündə birləşdirir. Beləliklə, biz dünyanın sadəcə bir “monolit” təsvirini deyil, saysız-hesabsız təhriflərin və deformasiyaların yer aldığı bir çox nadir təsvirlər əldə edirik. Həmçinin insan digər canlılardan fərqli olaraq, müxtəlif baxışların fərqini heç də həmişə obyektiv gerçəklik kimi qəbul etmir, bununla “dinməz-söyləməz” razılaşmır. Təzadlar və uyğunsuzluqlar bizi diskomfort hissi yaşamağa, bəzən isə iztirab çəkməyə məcbur edir. Hasil edilən mənaların müxtəlifliyi isə bizi daha qətiyyətli edir.
Demək olar ki, hər bir insan məhz öz “Umwelt”ində bütöv bəşəriyyəti cəmləşdirdiyi barədə mütləq əminlik hissi yaşayır. Yalnız bir sıra insanlar var ki, müəyyən hüdudların olduğunu və bu hüdudlardan kənarda digər sivilizasiyaların mövcudluğunu dərk edirlər.
Biz, dərketmə qabiliyyətimizi formalaşdıran amillərin toplusunu, o cümlədən öz “Umwelt”imizin digərlərinə necə təsir etməsini çox vaxt başa düşmürük. Dünya təsəvvürümüzdə “əyri güzgüdə”ki kimi əks olunur və biz deformasiyaya uğramış bu təsviri xarici aləmə proyeksiya edirik.
İnsanlar, sadəcə, bir-birinə paralel dünyalarda yaşayır və öz fərdi dünyasını yaratmaqla, məhz ona məxsus “gerçəkliyin” daha dəqiq, daha inandırıcı versiya olduğuna tam əmin olur. Həqiqətin məhz bizdə olması ilə bağlı əminlik, digər “umweltlərin” qəbul edilməməsinə, cəmiyyət miqyasında isə ideoloji ehkamların müdafiəsinə, fərqli düşüncələrin inkar olunmasına gətirib çıxarır.
Belə bir vəziyyətdə məhz rəssam dözümlülüyün bariz nümunəsi, dərkedilməzliyin son dərəcə geniş həcmini anlayan bir şəxs kimi çıxış edir. Məhz rəssam bir çox fərdi proyeksiyalardan ibarət olan “həyat kətanının” mürəkkəblik duyğusunu ötürməyə, translyasiya etməyə qadir olur. İnsan fərqli idrak proseslərinin cərəyan etdiyi, müxtəlif koqnitiv aləmlərdə yaşayır və rəssamın yaradıcılığı belə “aləmlərin” təmərküzü sayıla bilər.
Aida Mahmudova 1982-ci ildə Bakıda dünyaya gəlib və burada yaşayıb-yaradır. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir. Bu sıradan 56-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun “Vita Vitale” sərgisini, Romanın MAXXI Muzeyində və 55-ci Venesiya Biennalesində “Love Me, Love Me Not” sərgisini qeyd etmək olar. Rəssamın fərdi sərgiləri 2013-cü ildə “Barbarian Art Gallery” (Sürix), 2015-ci ildə isə Nyu-Yorkda “Leila Heller Gallery” və Bakıda Müasir İncəsənət Muzeyində keçirilib. Aida Mahmudova 2011-ci ildə əsası qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması, milli incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur.
Aida Mahmudovanın avqustun 13-dək davam edəcək “Umwelt” sərgisinə giriş sərbəstdir.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

