Mülhaus festivalında “Xocalı 613” simfonik poema yeni tərtibatda ifa edilib
23.09.2016 [10:06]
Bu günlərdə Fransanın Elzas regionunda yerləşən Mülhaus şəhərində “Theatre de la Sinne” teatrında “Les 2 Mondes” musiqi festivalının yekun konsertində emosional cəhətdən köklənmiş “Xocalı 613” adlı simfonik poemanın ifa edilməsi yerli auditoriya tərəfindən böyük ehtiramla qarşılanıb.
“Xocalı 613” əsəri Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə sıx əməkdaşlıq edən tanınmış fransız bəstəkarı Pyer Tilloy tərəfindən yazılıb və Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunub. Əsəri azərbaycanlı dirijor Fuad İbrahimovun rəhbərliyi altında Mülhaus Orkestri ifa edib. Bu, azərbaycanlı dirijorun Fransada debüt çıxışı idi. “Xocalı 613” əsəri erməni işğalçıları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş azərbaycanlının harayını musiqinin dili ilə canlandırmaq kimi ərsəyə gəlib. Bu haray Qarabağın harayıdır.
Daha kiçik qruplarda müxtəlif versiyalarda ifa edilmiş bu əsərin yeni tərtibatında əlavə zərb alətlərindən istifadə edilir və bununla erməni silahlı qüvvələrinin azərbaycanlı mülki şəxslərə qarşı törətdiyi vəhşiliklər vurğulanır. Pyer Tilloy deyib: “Xocalı 613” əsəri artıq beş ilə yaxındır ki, dünyanın müxtəlif yerlərində ifa edilir. Bu yeni tərtibat demək olar ki, əsərin fikrimdə tutduğum ilkin konsepsiyasına yaxındır. Mənim əsas məqsədim bu əsərin böyük orkestr tərəfindən ifa edilməsi idi”.
Əsərdə Nyu York şəhərində yerləşən Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu Səbinə Rakçeyevanın skripkada solo ifası və fransalı klarnet ifaçısı Alen Tuaronun interpretasiyası əsərin faciəvi təbiətini nümayiş etdirirdi.
Avropa Azərbaycan Cəmiyyətinin Strasburq ofisinin direktoru Eliza Piter: “Əsəri beş il ərzində simfonik orkestr və kamera ansamblı da daxil olmaqla müxtəlif musiqiçilərin ifasında dinlədikdən sonra belə, mən yenə də bu əsərdən təsirlənirəm. Bu axşam Mülhausda eşitdiyim bu versiya bütün gözləntilərimi üstələdi. Maraqlıdır ki, tədbirdə iştirak edən və əksəriyyəti Xocalı qətliamı haqqında məlumatsız olan fransız auditoriya da eyni şəkildə sanki hipnoz altına düşmüşdü”.
Mülhaus şəhərinin sakini olan Pyer Tilloyun rəhbərlik etdiyi “Les 2 Mondes” festivalı Azərbaycan mərkəzdə olmaqla İpək Yolu ölkələrinin və dünya musiqiçilərini bir araya gətirən bu növ ikinci festivaldır. Festivalın proqramına Azərbaycanın Kitabi Dədə Qorqudun qədim alətlərində canlandırılması, Azərbaycanın “Bakı ulduzları” rəqs qrupunun, pianoçu və bəstəkar Etibar Əsədlinin etnocaz, Aygerim Yersainova və Mukaddas Mijitin rəqs nömrəsi, Səmərqəndin Simli Alətlər Kvartetinin və rəqəmsal “KORDS” qrupunun ifası daxil idi.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11

