IV Bakı Beynəlxalq Teatr Konfransı başa çatıb
09.11.2016 [00:10]
Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə paytaxtımızda “Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 8-də işini plenar iclaslarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, günün ilk növbəti plenar iclası Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti Azərpaşa Nemət və Litvanın tanınmış teatrşünası Violeta Podolskaytenin moderatorluğu ilə baş tutub. Çıxışlarda müasir dövrdə teatr identifikasiyası və teatrşünaslığın inkişafı üçün aktual olan məsələlərə toxunulub.
İranlı rejissor Əli Xoşqoftari “Gənc nəslin tamaşaları ictimai hadisə kimi” adlı məruzəsində qeyd olunan mövzuda əsas problemli məsələlərə toxunmaqla onların həll və inkişaf yollarından danışıb.
Rusiyalı teatrşünas Aysılu Saqitova “Rifkat İsrafilov - Başqırd teatrının reformatoru”, Qazaxıstanın tanınmış teatrşünas rejissoru Gülnar Jumaseyitova “Yüzlərlə mədəniyyətin yer aldığı dünyada qazax xoreoqrafiyasının milli özünəməxsusluğunun axtarışları”, İtaliyadan olan teatrşünas İrina Markezini “Kontora qayıdış. İtaliya təcrübəsi” və özbəkistanlı sənətşünas Temur Rəşidov “Mərkəzi Asiya mədəniyyətində və incəsənətində milli və regional identifikasiya problemləri” mövzularında çıxış ediblər.
Plenar iclasın ikinci hissəsində Gürcüstan, Rusiya, Azərbaycan, Ukrayna və Macarıstandan olan teatrşünasların “Tbilisidə Azərbaycan teatrı - keçmişi, bu günü, gələcəyi və inkişaf perspektivləri”, “Müasir teatrda immersivlik təcrübələri”, “Multikultural dəyərlər və mədəniyyətlərarası dialoq”, “Müasir teatr sənətində festival formasının funksiyaları”, “Kalibanın epiloqu” və “Müasir Azərbaycan teatrının sosiologiyası multikultural dəyərlər aynasında” kimi mövzularda məruzələri dinlənilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Məryəm Əlizadə və Yunanıstanın Aristotel Universitetinin Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının üzvü, “Tənqidi səhnələr” veb-jurnalının baş redaktoru, professor Savas Patsalidisin moderatorluğu ilə reallaşan növbəti iclasda “Tərcümə pyesləri Azərbaycan səhnəsində”, “Mən sadəcə başqasıyam”, “Multikulturalizm və qarışıq reallıq (Texnologiyalar sayəsində tamaşanın təsirini artırmaq imkanları), “Milli teatrlar çoxmədəniyyətli regionda”, “Uşaq və gənclər teatrlarının əhəmiyyəti” mövzularında çıxışlar dinlənilib.
Fasilədən sonra davam edən sonuncu plenar iclasda Peter Paxl (Almaniya) “Bayroyt və Bakı - Reynin qızılı və təmiz neft”, Azaliya Balqazina (Rusiya) “Çoxmədəniyyətlilik və teatrların nəzdindəki muzeylərin problemləri”, Şuntaro Yoşida (Yaponiya) “Yano Hideyukinin əsərləri: “Şahinin quyusunda” əsəri çərçivəsində əcnəbi və qarışıq mədəniyyətlərin təqdimatı”, Sayid Kazemian (İran) “Teatr və sosial şəbəkələr”, Vasil Vovkun (Ukrayna) “Musiqili teatrlarda qarşılıqlı layihələr”, Atis Rozentals (Latviya) “Alvis Xermanisin “Brodski/Barışnikov” tamaşasına Latviya, ABŞ, İsrail və Rusiya mətbuatının reaksiyası” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə yekun vuran konfransın Təşkilat Komitəsinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iki gün ərzində dinlənilən məruzələrdən, konfrans çərçivəsində keçirilən seminar, ustad dərsi və treninqlərdən, həmçinin Azərbaycan teatrının inkişafı naminə son illər görülən işlərdən söz açıb.
Bildirilib ki, tədbirdə 38 ölkədən 150-yə yaxın teatr mütəxəssisi iştirak edib.
Prezident İlham Əliyevin iştirakçılara ünvanlandığı məktuba diqqət çəkən Ə.Vəliyev bildirib ki, bu bütövlükdə Azərbaycana, mədəniyyətimizə qarşı iştirakçılarda son dərəcə böyük rəğbət, sevgi hissləri oyadıb. İki gün ərzində qonaqlar multikulturalizm dəyərləri ilə yaşayan Azərbaycan xalqının yaşam tərzi, düşüncəsi, adət-ənənəsi ilə daha yazından tanış olmaq imkanı əldə ediblər.
Ölkəmizdə mədəniyyətə verilən yüksək qiymətdən söz açan nazir müavini qeyd edib ki, Azərbaycan dövləti mədəniyyətin inkişafı və təbliği üçün mümkün olan hər şeyi edib.
Nazir müavini vurğulayıb ki, ölkə başçısının 2013-cü ildə imzaladığı müvafiq Sərəncamla hər il martın 10-u Azərbaycanda “Milli Teatr Günü” kimi qeyd edilir.
Torpaqlarımızın işğal altında olduğunu, mədəniyyət nümunələrimizin dağıntılara məruz qaldığını söyləyən Ə.Vəliyev ölkəmizdə dünya praktikasında az rast gəlinən qaçqın teatrlarının mövcud olduğunu deyib. İrəvan, Şuşa, Ağdam, Füzuli teatrları hazırda bu vəziyyətdə fəaliyyət göstərirlər.
Konfrans müddətində 48 məruzənin dinlənildiyini diqqətə çatdıran Ədalət Vəliyev tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33

