Naxçıvanda “Arılar arasında” tamaşasına baxış olub
29.11.2016 [09:25]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 26-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında yazıçı-dramaturq Elçin Əfəndiyevin “Arılar arasında” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya baxış olub.
Tamaşa başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək deyib ki, Azərbaycanın Xalq yazıçısı, ictimai və dövlət xadimi Elçin Əfəndiyev ötən əsrin 60-cı illərində ədəbi fəaliyyətə başlayıb və geniş oxucu kütləsinin hörmətini qazanıb. Xalq yazıçısı indi də mədəniyyətimizin, ədəbiyyatımızın və incəsənətimizin inkişafı naminə xidmət göstərir. Ədibin povest və hekayələrdən ibarət kitabları, seçilmiş əsərləri, ədəbi tənqidi məqalələri həmişə diqqət mərkəzindədir. Elçin Əfəndiyevin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilərək nəşr olunub. Onun bir sıra əsərləri ekranlaşdırılıb, pyesləri Azərbaycanla yanaşı, xarici ölkələrin də teatrlarında öz uğurlu səhnə həllini tapıb. Naxçıvan teatrı bir neçə dəfə yazıçı-dramaturq Elçin Əfəndiyevin yaradıcılığına müraciət edib, 2001-ci ildə “Mənim ərim dəlidir”, 2002-ci ildə “Mənim sevimli dəlim”, 2009-cu ildə isə “Ah, Paris, Paris” pyesləri uğurla tamaşaya qoyulub. Elçin Əfəndiyevin “Arılar arasında” əsəri Naxçıvan Dövlət Musiqili Dram Teatrında ilk dəfədir ki, tamaşaya qoyulur.
Sonra “Arılar arasında” tamaşasına baxış olub.
“Arılar arasında” pyesində kənd və şəhər, eləcə də nəsillər arasında uzaqlaşma öz əksini tapıb. Tamaşada müəllif bütün problemlərin müqabilində arı ailəsini nümunə kimi götürür. Göstərilir ki, istər cəmiyyətdə, istərsə də ailədə hər bir fərd ona həvalə edilmiş işin öhdəsindən gəlməyə, nizam-intizamlı olmağa, qarşıya çıxan çətinliyi dəf etməyə çalışmalı, bunun üçün iradə nümayiş etdirməlidir. İnsanda bu keyfiyyətlərin formalaşması isə mənəvi tərbiyə ilə bağlıdır. Arılardakı nizam-intizam, arı ailəsindəki qarşılıqlı münasibətlər və hər ailə üzvünün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi insan cəmiyyəti üçün örnək olmalıdır. Səmimi və zəhmətkeş insanların qocalanda belə həyata olan sevgisi, gələcəyə inamı da əsərin əsas ideyasını təşkil edir. Tamaşada təbiətə və insanlara sevgi, gənclərə yüksək amallar uğrunda yaşamaq tövsiyə olunur.
Xalq Artisti Kamran Quliyevin quruluş verdiyi tamaşanın rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur. Xalq artisti Həsən Ağasoy, Əməkdar artist Əbülfəz İmanov, aktyorlardan Zülfiyyə Zeynalova, Zəminə Baxşəliyeva, Səyyad Məmmədov, Şölə Novruzbəyli, Nurbəniz Niftəliyeva və Anar Eyvazov öz ifaları ilə uğurlu səhnə həllinə nail olublar.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Baş nazirinin müavini, yazıçı-dramaturq Elçin Əfəndiyev səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüblər.
Yazıçı-dramaturq Elçin Əfəndiyev uğurlu səhnə əsərinə görə kollektivə təşəkkür edərək deyib: “Arılar arasında” pyesinin Ümummilli liderimiz Heydər Əliyevin vətəni Naxçıvanda səhnəyə qoyulması mühüm əhəmiyyət daşıyır. Naxçıvan teatrı böyük mədəniyyət ocağıdır. Görkəmli Azərbaycan ziyalı və maarifçilərinin on doqquzuncu əsrin sonlarında əsasını qoyduqları Naxçıvan teatrının ölkəmizdə və bütövlükdə Şərqdə teatr sənətinin inkişafında mühüm xidmətləri vardır. Naxçıvan teatrında yaradılan müasir şərait, formalaşan kollektiv sənətə böyük qayğıdan xəbər verir. Bu gün Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işləri, əldə olunan müasir inkişaf mədəniyyət sahəsini, eləcə də teatrı da əhatə etmişdir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov uğurlu tamaşa münasibətilə kollektivi təbrik edərək deyib: “Naxçıvan teatrında müxtəlif janrlarda əsərlər tamaşaya qoyulmuşdur. Teatrda fəlsəfi əsərlərə də müraciət olunmuşdur. Yazıçı-dramaturq Elçin Əfəndiyevin “Arılar arasında” pyesində müasir dövrdə cəmiyyəti narahat edən məsələlərə toxunulur. Nobel mükafatı laureatı yazıçı Moris Metterlinq 1901-ci ildə yazdığı “Arıların həyatı” əsərində cəmiyyətin inkişafında arıların həyatından nümunə götürməyi ön plana çəkmişdir. “Arılar arasında” pyesində də arıların həyatından nümunə gətirilərək səhnələşdirilir və böyük tamaşaçı kütləsinə çatdırılır”.
Ali Məclisin Sədri uğurlu əsərə görə yazıçı-dramaturq Elçin Əfəndiyevə təşəkkür edib, kollektivə yaradıcılıq uğurları arzulayıb.
Sonda tamaşanın yaradıcı heyəti ilə birlikdə xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

