“Sevdiyim insan” “Üns” Yaradıcılıq Səhnəsində
18.02.2017 [10:05]
“Üns” Yaradıcılıq Səhnəsinin rəhbəri, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə bu mədəniyyət ocağında Sevgililər Günü münasibətilə “Sevdiyim insan” adlı konsert olub.
AZƏRTAC xəbər verir ki, tanınmış pianoçu Səidə Tağızadənin təşkil etdiyi konsertin repertuarından tutmuş ifaçılara və dekorasiyalaradək hər elementində sevgi hiss olunurdu. Konserti müşayiət edən Azərbaycan Dövlət Simli Kvartetində skripkaçılar Uran Seyidov, Vaxtanq İmanov və Soltan Məmmədova ilə yanaşı, Azərbaycan Respublikasının Əməkdar artisti, istedadlı violonçelçi və S.Tağızadənin həyat yoldaşı Aleksey Miltix də yer almışdı: beləliklə, əbədi məhəbbət mövzusu səhnədə və həyatda bir-birini gözəl tamamlayırdı.
Konsertin proqramı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət idi. Ustalıqla seçilmiş musiqi sevginin bütün çalarlarını çatdırırdı. Tamaşaçılar musiqini nəinki dinləyir, həm də ehtirasa keçən zərifliyi görə bilirdilər. Məsələn, Astor Pyatsollanın “Oblivion” musiqisinin sədaları altında Latın Amerikası rəqsləri üzrə dəfələrlə Azərbaycan çempionu, öz rəqs məktəbinin yaradıcısı və rəhbəri İlham Osmanovun istedadlı Lenay Seyidəlizadə ilə birinci çıxışında Argentina tanqosu onların sevgisində zərifliyin üstün hiss olduğunu göstərdi. Ondan heç də geri qalmayan Nazrin Adi ilə A.Pyatsollanın “Libertango”sunun sədaları altında növbəti rəqs də alovlu ehtirası nümayiş etdirdi.
“Lumineux” məşhur vokal ansamblının çıxışını tamaşaçılar nəfəs dərmədən dinlədilər. Naala Barateliyanın rəhbərliyi altında ansambl A.Vivaldi, C.Rutter, C.Lennonun əsərlərini, Azərbaycan xalq mahnılarını, habelə mənəvi musiqi və digər əsərləri ifa ediblər.
Bəstəkar Tofiq Quliyevin “Qızıl üzük”, “Bakı haqqında mahnı” və digər əsərləri Nərgiz Kərimova (soprano) ifa edib. “Lumineux” ansamblının solisti Leyla İbrahimova isə tamaşaçıları xarici mahnıların gözəl ifası ilə sevindirib.
K.Sen-Sansın “Canlıların karnavalı” süitasından “Qu quşu” səhnəsini Xoreoqrafiya Akademiyasının şagirdləri Aslana Əliyeva və Fərid Kazakov nümayiş etdirib. Tamaşaçılar gənc rəqqasların ifasında balet kompozisiyasına laqeyd qalmayıb, hamıya uşaq vaxtından tanış olan “ağ qu quşunun” faciəsi böyük maraqla izlənib.
Sonda “Lumineux” vokal ansamblının üzvləri əllərində ürək formasında şarla “Oh, happy day” (“Xoşbəxt gün!”) mənəvi mahnısını ifa etməklə bütün tamaşaçılarda xoşbəxtlik duyğuları aşılayıblar. Onların çıxışı musiqi taktına uyğun ritmik alqışlarla müşayiət olunub. Proqram başa çatsa da, zalı tərk etməyən tamaşaçılar konserti və xüsusi bəyəndikləri məqamları səmimi və dost mühitində müzakirə ediblər.
Rusiya Federasiyasının Azərbaycanda səfiri Vladimir Doroxinin, Macarıstanın Azərbaycanda səfiri İmre Laslotskinin, İspaniyanın Azərbaycanda müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarezin, Fransanın Azərbaycanda səfirliyinin nəzdində Fransız İnstitutunun nümayəndəsi Jervez Matyönün, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, gözəl musiqi həvəskarlarının iştirak etdikləri konserti klassik musiqinin romantik axşamı adlandırmaq olardı.
Qonaqlar arasında Argentina səfirliyinin təmsilçisi də olub. O, Argentina musiqisinin və tanqosunun azərbaycanlı rəqqasların ifasında repertuara salındığına görə təşkilatçılara təşəkkür edib.
Musiqi xalqları və ölkələri yaxınlaşdırdığı kimi, insanları da yaxınlaşdırır. Musiqinin bu keyfiyyəti “Üns” Yaradıcılıq Səhnəsindəki bu romantik axşamda bütün əzəməti ilə özünü büruzə verdi.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34

