Tahir Salahova Fransanın mükafatı təqdim edilib
03.07.2009 [10:20]
Azərbaycanın tanınmış rəssamı Tahir Salahov Fransanın ən nüfuzlu mükafatlarından biri hesab edilən “İncəsənət və ədəbiyyat” ordeninin “Zabit” dərəcəsinə layiq görülüb. Fransa İncəsənət Akademiyasının katibi Arno d’Oterivin və Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi səfir Eleonora Hüseynovanın təşkilatçılığı ilə akademiyada Fransa mədəniyyət və kommunikasiya naziri tərəfindən mükafatın görkəmli fırça ustasına təqdim edilməsi mərasimi keçirilib.
Tədbiri Arno d’Oteriv açaraq bildirib ki, akademiyanın üzvü Raymond Süb tərəfindən təsis edilən və dünyanın tanınmış sənət ustalarına verilən belə yüksək mükafatı bir gün şəxsən öz əli ilə yaxın dostu Tahir Salahova təqdim edəcəyini xəyalına belə gətirməyib. Doğma vətəni Azərbaycanda, keçmiş sovetlər ittifaqında və dünyanın bir çox ölkələrində Tahir Salahovun əməyinə yüksək qiymət verildiyini qeyd edən katib rəssamın əsərlərinin Azərbaycan, Rusiya və Ukrayna muzeylərini bəzədiyini, İtaliyada, Türkiyədə, Yaponiyada, Almaniyada, Amerikada, İspaniyada, Bolqarıstanda, Monqolustanda, Polşada və başqa ölkələrdə sərgilərinin təşkil olunduğunu diqqətə çatdırıb.
T.Salahovla 25 ildir ki, dostluq etdiyini deyən Arno d’Oteriv rəssamın dəstəyi ilə Azərbaycanda və Rusiyanın bir çöx şəhərlərində olduğunu, söyləyib: “Həmin vaxt Tahirin sayəsində Bakı ilə tanış oldum. İlk səfərimdən sonra qəlbən sevdiyim Bakıya bir neçə dəfə səfər etdim. 25 il bundan əvvəl gördüyüm Bakı ilə indiki Bakı arasında təsvirəgəlməz fərqi ifadə etməyə söz tapmıram. Şəhər öz simasını tamamilə dəyişib, müasir paytaxta çevrilib. Qərblə Şərq mədəniyyətini özündə təcəssüm etdirmək çox çətindir. Amma Azərbaycanda bu, öz təzahürünü tapa bilib”.
Arno d’Oteriv T.Salahovun Şərq və Qərb mədəniyyətinin interpretasiyasına mühüm töhfə verdiyini söyləyib.
Azərbaycanın və keçmiş SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti Tahir Salahov onun əməyinə verilən yüksək qiymətə görə Fransanın mədəniyyət və kommunikasiya nazirinə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin onun 80 illik yubileyinin keçirilməsi barədə verdiyi Sərəncamın, ölkəmizin ən yüksək mükafatına - “Heydər Əliyev” ordeninə layiq görülməsinin, həmçinin, Almaniyada müalicə olunarkən respublikamızın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəssamın tezliklə sağalması arzularının ifadə olunduğu məktubunun onun üçün çox qiymətli olduğunu diqqətə çatdırıb. Bu mükafatın qəlbini qızdırdığını deyən T.Salahov bunu onunla izah edib ki, mükafatın ürəyi qızdırması insanın əməyinə verilən dəyərin göstəricisidir. “Yaradıcılığıma təkcə vətənimdə deyil, Fransada da böyük qiymət verilməsi mənim üçün əvəzedilməz xoşbəxtlikdir. Sənətimə dəyər verən hər kəsə sağ ol deyirəm”.
Tahir Salahov ilə bağlı fikirlərini bölüşən Fransanın tanınmış moda ustası Pyer Karden rəssamla uzunmüddətli tanışlıqlarının olduğunu söyləyib. Tahir Salahovun istedadının vurğunu olduğunu deyən P.Karden onun yaradıcılığını əlçatmaz bir zirvəyə bənzədib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

