Xalq şairi Hüseyn Arifin xatirəsi yad edilib
09.07.2009 [10:23]
Akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və başqaları nəğməkar şairin həyat və fəaliyyətindən danışıblar.
Hüseyn Hüseynzadə Camal oğlu (Hüseyn Arif) 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Bakı pedaqoji məktəbini, ADU-nun şərqşünaslıq fakültəsini, Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib.
Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor, Gənclik Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində işləyib.
Bildirilib ki, Hüseyn Arif ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayıb. Onun liberettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Dövlət Opera və Balet teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub.
Şair 1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Mahnılarına musiqi bəstələnib. 1976-cı ildə Yuqoslaviyanın Sarayevo şəhərində Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ günlərinin iştirakçısı olub.
İncəsənət ustaları, aşıqlar şairin sözlərinə yazılmış mahnılar ifa edib, bədii qiraət ustaları şeirlərini səsləndiriblər.
Vurğulanıb ki, “Sən mənimlə get”, “Qocalan Deyiləm”, “Sölə yadındamı?”, “ömür gözləsə”, “ömür deyir”, “Dilqəm”, “Ayrı düşəli” və başqa 30-a yaxın şeir və poemalar kitabının müəllifi olan şair hər zaman xalqın yaddaşında və xatirələrində yaşayacaq.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

