“Jara-2018”: Rusiya estradasının bütün ulduzları Bakıya toplaşacaq
25.05.2018 [09:31]
Dünya musiqi aləmində böyük populyarlıq qazanmış “Jara” festivalının təşkilatçılarından biri olan EMİN mətbuat konfransı keçirib
“Jara-2018” Beynəlxalq Musiqi Festivalı ilə bağlı hazırlıq işləri sürətlə aparılır. Hazırda qəfil küləkdən müdafiə məqsədilə montaj işləri görülür. İştirakçıların sayına gəldikdə, demək olar, Rusiya estradasının bütün ulduzları Bakıya toplaşacaq.
Bakıda keçiriləcək III “Jara” daha hərarətli olacaq
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında festivalın təşkilatçılarından biri, tanınmış müğənni və bəstəkar EMİN deyib.
“Jara” Beynəlxalq Musiqi Festivalına təxminən 1000 nəfər musiqiçi gələcək, çünki hər bir artist öz kollektivinin müşayiətilə çıxış edəcək. Habelə Qazaxıstandan da musiqiçilər gələcək. Təbii ki, Azərbaycandan da ifaçılar olacaq. Hər il bizim artistlərimiz çıxış edirlər və bu il də belə olacaq”, - deyə EMİN bildirib.
Qeyd edək ki, iyulun 26-dan 29-dək “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, LOBODA, EMİN, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq.
Festivalın proqramı haqqında məlumat verən EMİN diqqətə çatdırıb ki, builki “Jara”da üç yubiley konserti olacaq - Valeriya, Vladimir Presnyakov və Leonid Aqutinin yubiley gecələri keçiriləcək. Habelə Lyubov Uspenskayanın yaradıcılıq gecəsi olacaq. Yuri Antonovun da yaradıcılıq gecəsi gözlənilir. Hələ ki o, iştirakını şifahi təsdiqləyib. Eləcə də 55 yaşı tamam olan Valeri Meladze öz kollektivi ilə çıxış edəcək.
“Zənnimcə, Bakıda keçiriləcək III “Jara” daha hərarətli olacaq. Birinci “Jara” bir növ sınaq olsa da, Rusiyanın Birinci Kanalında reytinq baxımından çox yüksək nəticə göstərdi. II “Jara” başa çatdıqdan sonra, ötən il avqust ayının əvvəlində biz təşkilatçılar - Sergey Kojevnikov və Qriqori Leps bir yerə toplaşdıq və Birinci Kanalın nümayəndələri ilə birgə “Jara”nı növbəti səviyyəyə yüksəltmək məsələlərini müzakirə etdik. Beləliklə, qarşımıza vəzifələr qoyduq. Bu dəfə Birinci Kanaldan ən azı 13 efir əldə etməliyik. Bu, dörd günlük festivalda 12 musiqi gecəsi edir ki, hər gün üç-üç bölünəcək. Düşünürəm ki, bu, kifayət qədər mürəkkəb vəzifələrdir və böyük prodakşn, böyük miqdarda material, çoxsaylı mahnılar, yaxşı repertuar deməkdir. Habelə sizin indiyədək eşitmiş olduğunuz mahnılar yeni aranjemanda səsləndiriləcək”, - deyə EMİN diqqətə çatdırıb.
“Jara” postsovet məkanında çox az sayda olan tədbirlərdəndir
Festival çərçivəsində film çəkiləcəyi barədə məlumat verən EMİN deyib: “Filmin şərti adı belədir: “Odnajdı na jare” (“Bir dəfə Jarada”). Bu filmdə həm peşəkar aktyorlar, həm də Rusiya şou-biznesinin nümayəndələri iştirak edəcəklər. Filmdə ayrıca xətt var ki, burada Azərbaycan və Rusiya artistləri çəkiləcəklər. Ekran əsəri “Jara” festivalında səhnəarxası hadisələri təsvir edən yay kinokomediyası olacaq. Bu, həm də Rusiya artistlərinin hamısının çəkiləcəyi ilk film olacaq. Beləliklə, biz çoxseriyalı yeni bədii layihə əldə edəcəyik ki, hər il bu layihə, əlbəttə ki, yeni süjetlərlə təkrarlana bilər. Filmin rejissorunun adını hələ ki açıqlamıram. O, televiziyada işləmiş, çoxlu filmlər çəkən istedadlı bir qızdır. Filmin prodüserliyində mənə dostum Timur Cəfərov kömək edir.
“Jara” üçün bir neçə element fikirləşmişəm. Birincisi, “Azərbaycan” adlı çox yaxşı iki trek yazdırmışıq. Biz festivalı bu mahnı ilə açmaq istəyirik. Digər mahnı - mən onu “Bakıya qaçaq. İkinci hissə” adlandırıram - onun premyerası mayın 28-də olacaq. Bu mahnını mənim dostum Brandon Stone yazıb.
“Jara”nın büdcəsi böyükdür və bu il də belə olacaq. Çünki postsovet məkanında bu cür hadisə çox azdır. “Jara” brendi əsasında “Jara TV” və “Jara” radiostansiyası fəaliyyətə başlayıb. İdeyalar çoxdur və gələcəkdə reallaşdırıla bilər”.
Xatırladaq ki, festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. “Jara-2018”in biletləri ötən il dekabrın 1-dən satışa çıxarılıb.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

