Moskvada “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb
20.10.2018 [10:11]
Moskvada “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlı “Meyvələrin şahı-Azərbaycan torpağının bərəkəti” sərlövhəli baş məqaləsində Azərbaycan torpağında yetişən dadlı və şirəli meyvələr, ölkədə keçirilən nar, alma, qarpız və mürəbbə bayramlarından söz açır. Müəllif qeyd edir ki, son zamanlaradək Azərbaycan bütün dünyada nefti və kürüsü ilə tanınırdı. M.Mərcanlı yazır: “Əlbəttə, bu cür bəsit yanaşma ölkənin malik olduğu böyük sərvətləri əhatə etmir. Onların arasında təkcə əla dad keyfiyyətləri ilə deyil, həm də müalicəvi xüsusiyyətləri ilə əzəldən şöhrət tapmış meyvə və tərəvəz növləri xüsusi yer tutur. Zəfəran, pomidor, qarpız, qovun, alma, xurma, nar kimi Azərbaycan brendinin reputasiyasını möhkəmləndirmiş nemətlərin adlarını çəkmək kifayətdir”.
“İrs-Nasledie” jurnalının yeni nömrəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Abuzər Bağırovun maarifçi və şair, Azərbaycan uşaq ədəbiyyatının klassiklərindən biri Abbas Səhhətə həsr etdiyi məqaləsi dərc olunub. Jurnalda, həmçinin şairin rus dilinə tərcümə olunmuş şeirləri də yer alıb.
Nəşrdə dərc olunmuş daha bir maraqlı məqalə azərbaycanlı sovet sərkərdəsi, Azərbaycanın və SSRİ-də yaşayan bütün türk-müsəlman xalqlarının ilk admiralı Cəlil Cəlilova həsr olunub. Müəllif admiralın Böyük Vətən müharibəsində keçdiyi döyüş yolundan, hərbi-dənizçiliyin təbliği işinin təşkili və Azərbaycanda mütəxəssislərin hazırlanmasında göstərdiyi xidmətlərdən bəhs edib.
Jurnalda, həmçinin oxuculara “Multikulturalizm konsepsiyası müasir elmi kontekstdə”, “Azərbaycanın qərbində daş dövrünün izləri”, “Araz çayının yaxınlığındakı məqbərədə kim dəfn olunub?” və s. məqalələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

