Regionlarda mədəni irsin təbliği diqqət mərkəzindədir
12.02.2019 [09:34]
Ölkəmizdə uğurlu mədəniyyət siyasətinin həyata keçirilməsində mühüm addım olan regional mədəniyyət idarələrinin yaradılmasından iki il ötür. Ötən müddət ərzində bölgələrdə mədəni inkişafın sürətləndirilməsi, təcrübə mübadiləsinin aparılması, incəsənət ustalarının peşəkarlıq səviyyəsinin artırılması, region və respublika miqyaslı mədəniyyət layihələrinin həyata keçirilməsi bu sahədəki struktur islahatlarının uğurundan xəbər verir. Yəni regional idarələrin təşkili bu sahədə çevik idarəetməni təmin etməklə mədəniyyət müəssisələrinin səmərəli fəaliyyətinə və keçirilən mədəni-kütləvi tədbirlərin məzmununun keyfiyyətcə yaxşılaşmasına təkan verib.
483 mədəniyyət müəssisəsini birləşdirən Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarını əhatə edir. Bu rayonlarda yerləşən klub, mədəniyyət evləri, mərkəzləşdirilmiş kitabxana sistemi və filialları, Heydər Əliyev mərkəzləri, muzey müəssisələri, qalereyalar, uşaq musiqi və incəsənət məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması, göstərilən xidmətin yüksəldilməsi istiqamətində xeyli iş görülmüşdür. Mədəni-maarif müəssisələrinin yaxından iştirakı ilə həyata keçirilən bir-birindən maraqlı, daha çox tamaşaçı rəğbəti qazanan rəngarəng tədbirlər yaxşı nümunə kimi qeyd oluna bilər. Əldə olunan uğurlar onu deməyə əsas verir ki, yeni idarəetmə sisteminin tətbiqi ilə regionun mədəni həyatında hissolunacaq dərəcədə canlanma yaranmaqdadır. Yeni-yeni və bir-birindən maraqlı layihələrin həyata keçirilməsi bölgədə mədəni inkişafı daha da sürətləndirmişdir. Bir sözlə, yola saldığımız 2018-ci il bütövlükdə ölkəmizin həyatında olduğu kimi, Xaçmaz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların mədəni və ictimai-siyasi həyatında da bir çox maraqlı hadisələrlə yadda qaldı. Belə ki, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş X Ümumrespublika Kitab bayramı keçirildi. Xaçmaz Regional Mədəniyyət İdarəsi və Quba rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Regional Muğam festivalı”nda 40-dan çox gənc muğam ifaçısı öz istedad və qabiliyyətini nümayiş etdirdi. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qusar şəhərində “100 illik tariximiz” devizi altında keçirilən “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı bütövlükdə regionun mədəni həyatında son dərəcə böyük hadisəyə çevrildi.
Xalqımızın qədim sənət nümunələrinin, milli mətbəxinin, adət və ənənələrinin təbliğinə həsr olunmuş tədbirlər də maraq doğurur. Xaçmaz rayon Tarix-diyarşünaslıq muzeyində Azərbaycan xalqının qədim süfrə mədəniyyətini özündə əks etdirən sərgi günlərlə davam etmişdir. Sərgidə xalqımızın süfrə mədəniyyətini əks etdirən 300-dək qədim məişət əşyası nümayiş olunmuşdur. Respublikamızda ilk dəfə olaraq Quba şəhərində keçirilən “Regionun mətbəx günü” adlı festival da iştirakçılar tərəfindən çox böyük maraqla qarşılanmışdır. Quba şəhərindəki Nizami adına parkda təşkil olunmuş tədbirdə şimal rayonlarının özünəməxsus, bir-birindən ləziz mətbəx nümunələri, folklor və incəsənətlə bağlı təqdimatları festival iştirakçılarında xüsusi təəssüratlar yaratmışdır.
Xaçmaz Regional Mədəniyyət İdarəsi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Cabir Novruz adına Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Siyəzən Mədəniyyət Mərkəzində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə də möhtəşəmliyi ilə böyük marağa səbəb olan layihələrdəndir. Tədbirdə respublikanın görkəmli alimləri, şair və yazıçıları, Müşfiq poeziyasının pərəstişkarları iştirak ediblər. Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi də geniş surətdə qeyd olunmuşdur.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin respublikanın digər regional mərkəzləri ilə birgə həyata keçirdiyi uğurlu layihələr barəsində də söz açmaq yerinə düşər. Bu sıradan “Bölgələrdən bölgələrə” layihəsi çərçivəsində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən geniş konsert proqramını və Xaçmaz rayon Heydər Əliyev Mərkəzində İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutan maraqlı konsert proqramını da qeyd etmək lazımdır.
Regionda fəaliyyət göstərən yeganə dövlət dram teatrı olan Qusar Dövlət Ləzgi Dram Teatrının repertuarı da ötən il çox zəngin olmuşdur. “Sərhədsiz teatr” Beynəlxalq teatr festivalı çərçivəsində bu teatrın Xaçmaz Mədəniyyət Mərkəzində oynadığı “Pəri cadu” tamaşası böyük rəğbətlə qarşılanmışdır. Qəbələ Xalq Teatrı isə şimal rayonlarında “Göyçək Fatma” tamaşası ilə çıxış etmişdir. Şabran rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dram dərnəyinə “Xalq teatrı” adının verilməsi də regionun mədəni həyatında baş vermiş mühüm hadisə kimi qeyd olunmalıdır.
Ötən il həm də sərgilər ili olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş dekorativ tətbiqi sənət növləri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət sərgilərə minlərlə tamaşaçı baxmışdır. Xaçmaz Dövlət Rəsm Qalereyasında metal üzərində bədii döymə ustası Zeydulla Ağayevin, çay daşı üzərində oyma ustası Ədalət Pirverdiyevin, dekorativ toxuma ustası Könül Əsgərovanın, Xaçmaz şəhər uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin, habelə dekorativ tətbiqi sənət ustası Rüqiyə Ziyadxanovanın əl işlərindən ibarət “Sehrli ilmələr” adlı sərgi, Qusar şəhər sakini, gənc fotoqraf Jalə Qədimova tərəfindən ilin müxtəlif fəsillərində çəkilmiş fotoşəkillərindən ibarət “Təbiətin əsrarəngiz anları” adlı fotosərgi də tamaşaçılarda böyük maraq doğurmuşdur. Təbiidir ki, ötən il mədəniyyət sahəsində əldə olunan uğurlar qarşıdakı illərdə daha sanballı işlər görülməsi üçün bir təkan olacaqdır.
Nazim Ağayev,
Xaçmaz Regional Mədəniyyət
İdarəsinin rəisi
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48

