Xocalı soyqırımına həsr edilən “Ağrı” romanının təqdimatı olub
26.02.2019 [08:59]
Fevralın 25-də Bakı Kitab Mərkəzində beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıqları ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından bəhs edən “Ağrı” bədii-sənədli romanının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva iştirak edib.
Əvvəlcə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində lentə alınmış videoçarx nümayiş olunub.
Tədbiri mərkəzin direktoru Günel Rzayeva açaraq bildirib ki, Xocalı soyqırımından 27 il keçməsinə baxmayaraq, bu faciənin ağrı-acısını xalqımız hələ də yaşamaqdadır. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” məlumatlandırma kampaniyası çərçivəsində soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımların atıldığını bildirib. “Hər il bu kampaniya daha geniş vüsət alır, əcnəbi gənclər xalqımıza qarşı törədilən faciənin səbəbini və səbəbkarlarının kimliyini öyrənir və Dağlıq Qarabağ münaqişəsi barədə daha çox məlumat əldə edirlər. İsrailli müəlliflərin qələmə aldıqları roman da bu kampaniyaya bir töhfədir. Roman Azərbaycan, rus və ingilis dillərində nəşr olunub. İsraildə yaşamalarına baxmayaraq, müəlliflər bizim faciəmiz, ağrı-acımız barədə dünya ictimaiyyətinə məlumat verirlər. Düşünürəm ki, gələcəkdə bu cür kitabların sayı daha da çox olmalıdır. Ədəbiyyat, incəsənət xadimləri bu kampaniyaya qoşulmalıdırlar. Ən böyük elçi mədəniyyətdir. Biz mədəniyyət, ədəbiyyat yolu ilə səsimizi dünyaya çatdırmalıyıq”, - deyə Günel Rzayeva qeyd edib.
Yəhudi və Azərbaycan xalqlarını böyük faciələr və qəhrəmanlıqların birləşdirdiyini deyən Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev vurğulayıb ki, Holokost kimi Xocalı soyqırımı da insanlığa qarşı törədilmiş cinayətdir. Holokost və Xocalı faciələri mahiyyətcə eynidir. O, Ermənistandan fərqli olaraq, Azərbaycanda daim müxtəlif mədəniyyətlərə və dinlərə məxsus insanların dinc yanaşı yaşadıqlarını, ölkədə multikultural dəyərlərə hər zaman hörmət edildiyini və qorunub saxlanıldığını bildirib.
Bədii-sənədli romanın elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva qeyd edib ki, israilli müəlliflər Azərbaycan xalqının kədərini və faciəsini böyük ürəkağrısı ilə təsvir edirlər. Onlar ölüm və vahimə toxumu səpən, Azərbaycan tarixinin maddi və mədəni irsini məhv edən, lakin Vətən oğullarını böyük missiyaya - öz əzəli torpaqlarını qorumağa ruhlandıran saf və işıqlı duyğuları məhv edə bilməyən erməni terrorçuların mənfur niyyətlərindən dünyanı xəbərdar edirlər.
Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində belə əsərlərin böyük əhəmiyyət daşıdığını qeyd edib.
Əməkdar jurnalist Qulu Məhərrəmli israilli müəlliflərin ərsəyə gətirdikləri romanı Xocalı soyqırımı qurbanlarının xatirəsinə dəyərli bədii abidə adlandırıb.
Xocalıda törədilmiş soyqırımı aktının canlı şahidi, hazırda İsrail vətəndaşı olan Əsəd Fərəcov faciə ilə bağlı acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Romanın həmmüəllifi Arye Qut əsərin yazılması səbəbləri haqqında danışaraq, əsas məqsədin dünya ictimaiyyətinə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı və ötən əsrin ən dəhşətli etnik təmizləmələrindən biri olan, 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlı əhalinin məruz qaldığı soyqırımı haqqında geniş məlumat vermək olduğunu bildirib. O, əsərin real hadisələrə, Xocalı qətliamını yaşamış şahidlərin söylədikləri faktlara əsaslandığını bildirərək, kitabda ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı qırğın, vəhşiliklər və digər cinayətlərin üzə çıxarılması və günahkarların cəzalandırılması üçün çağırış edildiyini diqqətə çatdırıb. İsrail vətəndaşı olmasına baxmayaraq, Azərbaycanda doğulduğunu və buranı öz doğma vətəni kimi sevdiyini bildirən həmmüəllif bu səbəbdən Xocalı şəhərində törədilmiş qanlı soyqırımı aktının özünün şəxsi ağrı-acısı, faciəsi olduğunu qeyd edib.
“Ağrı” romanında XX əsrin faciəsi - Xocalı soyqırımı ətraflı təsvir olunub. Müəlliflər canlı şahidlərin - Xocalıda kütləvi qırğından sağ çıxa bilmiş sakinlərin ifadələri əsasında “əzabkeş” erməni xalqının iç üzünü açıb, Azərbaycan xalqının kədərini və faciəsini ürəkağrısı ilə təsvir ediblər. Əsərdə müxtəlif dinlərə və millətlərə mənsub olan, fərqli mühitlərdə böyümüş, taleyin qisməti ilə gözəl Bakı şəhərində rastlaşan iki gəncin - Polad və Röyanın sevgi tarixçəsi təsvir olunur. Bildirilir ki, Röya hələ uşaq ikən erməni cəlladlarının Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri amansız qırğının şahidi olub. O, xalqının zorla cəlb edildiyi müharibənin bütün itki və dəhşətlərini yaşayıb. Röya böyüdükdən sonra soyqırımı zamanı sağ qalmış həmyerlilərinə itkin düşmüş doğmalarını və yaxınlarını tapmaq üçün kömək etmək qərarına gəlir. O, var qüvvəsi ilə Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına çalışır.
Xəbər lenti
Hamısına baxAnalitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15

