Bəhreynli nazir: Azərbaycan dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirir
02.07.2019 [09:55]
Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. İyunun 30-da Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayıb. Sessiyanın işində Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə də iştirak edir.
AZƏRTAC xəbər verir ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin növbəti illik sessiyasının Bakıda keçirilməsini yüksək qiymətləndirən xanım nazir Azərbaycanın dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirdiyini bildirib.
Azərbaycanın UNESKO-nun bu mötəbər tədbirinə çox yüksək səviyyədə hazırlaşdığını qeyd edən bəhreynli nazir deyib: “Hər şey çox gözəl təşkil olunub. Azərbaycan qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək imkanlarını artıq bir neçə dəfə sübuta yetirib. Əminəm ki, bu sessiya da uğurla gerçəkləşəcək”.
Bəhreynli nazir Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasından gözləntilərini də dilə gətirib. Bildirib ki, dünya irsinin qorunması məsələsi nəinki hər hansı bir təşkilatın, eləcə də hər bir insanın diqqət göstərməli olduğu məqamdır. “Bəşəriyyət sürətli elmi-texniki tərəqqi dövrünü yaşayır. Bu inkişaf özlüyündə gözəldir. Lakin dünyada baş verən hərbi toqquşmalar, işğallar və münaqişələr təəssüf ki, bəzən minilliklərin mədəni mirasını çox qısa zamanda məhvolma təhlükəsi ilə üz-üzə qoyur. Ona görə də UNESKO və onun tərkibində fəaliyyət göstərən bir sıra qurumların işinə dəstək verilməlidir. Bu mənada Bakıda keçirilən sessiyada dünya mirasının qorunması baxımından çox doğru qərarların qəbul ediləcəyinə inanıram”, - deyə xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə bildirib.
Qeyd edək ki, Bəhreynin Mədəniyyət və Əntiq Əşyalar naziri daha əvvəl bir neçə dəfə Azərbaycanda olub. 2015-ci ilin may ayında ölkəmizə səfəri çərçivəsində Azərbaycan Xalça Muzeyini ziyarət edən xanım nazir xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, ənənələri ilə yaxından tanış olub. Qonaq həsirlərin, xovsuz xalça növləri sayılan “Şəddə” və “Zili” xalçalarının öz vətənində də məşhur olduğunu bildirib. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqda xoş təəssürat oyadıb.
Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifəyə qədim çeşni əsasında muzeydə toxunmuş Qarabağın “Çələbi” xalçası, sənətşünaslıq doktoru, professor Röya Tağıyevanın Qahirədə ərəb dilində işıq üzü görmüş “Azərbaycan xalçası” kitabı və muzeyin sertifikatı hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxGündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10

