/ / Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunlarına həsr olunmuş tədbir keçirilib
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunlarına həsr olunmuş tədbir keçirilib
27.09.2019 [08:39]
Sessiyanın işində fərqlənən şəxslər və təşkilatlar mükafatlandırılıb
Sentyabrın 26-da Bakı Konqres Mərkəzində bu ilin iyunun 30-dan iyulun 10-dək ölkəmizdə təşkil edilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunlarına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkə başçısının müvafiq sərəncamları ilə sessiyanın yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş şəxslərə orden, medalların vəsiqələri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub.
İlk olaraq sessiyaya həsr olunmuş videoçarx nümayiş edilib.
Tədbirdə çıxış edən sessiyanın təşkilat komitəsinin rəhbəri, Mədəniyyət naziri Əbülfəs Qarayev 10 gün ərzində görülən işləri yüksək qiymətləndirib. Nazir sessiyanın işinə verilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edilib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı Bakıda 45 qərar qəbul edilib və 29 irs nümunəsi siyahıya salınıb. Bakı sessiyasında 2500-ə yaxın nümayəndə iştirak edib. On gün ərzində çox ciddi müzakirələr aparılıb, 166 sahəyə baxılıb və 29 irs nümunəsi siyahıya salınıb.
Əbülfəs Qarayev ölkəmizin ev sahibliyi etdiyi möhtəşəm tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
Nazir vurğulayıb ki, sessiyanın açılış mərasimində Azərbaycan əsilli dünyaca məşhur ifaçı Sami Yusifin iştirakı ilə təqdim olunan konsert proqramı bu gün “YouTube”da rekord sayda baxış əldə edib. Bu da Azərbaycan mədəniyyətinin dünyada təbliğinə növbəti töhfədir.
Nazir vurğulayıb ki, sessiya çərçivəsində Azərbaycanın Mədəniyyət Nazirliyi, UNESKO-nun Ümumdünya İrs Mərkəzi, Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Abidə Menecerləri və Gənc Peşəkarlar forumları uğurla təşkil edilib.
Ə.Qarayev deyib ki, Azərbaycan UNESKO-nun Dünya İrs Siyahısına daxil olan abidələrinə çox həssaslıqla yanaşır. Bu sessiyaya qədər İçərişəhər, Qobustan Ümumdünya İrs Siyahısına daxil idi. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsini ölkəmizin böyük uğuru kimi dəyərləndirən nazir ölkəmizdə mədəni irsin qorunması istiqamətində dövlət səviyyəsində böyük işlər görüldüyünü söyləyib.
Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunları ilə bağlı hesabat bu ilin noyabrında UNESKO-nun Baş Assambleyasına təqdim ediləcək.
Sonra mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə sessiyanın işində fəal iştirakına görə təşkilat komitəsinin üzvlərinə Mədəniyyət naziri Əbülfəs Qarayevin və UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Metşild Roslerin imzaladığı diplomlar təqdim olunub.
Tədbirdə sessiyanın işinə dəstək vermiş bir çox qurumlara və şəxslərə də mükafatlar verilib.
Diplom alanlar sırasında AZƏRTAC-da var.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

