“Leyli və Məcnun” operasında səssiz alqışlar
20.09.2022 [10:37]
Günel ABBAS
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni teatr mövsümünü sentyabrın 18-də Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açıb. Səhnə əsərində Məcnun rolunda Əməkdar artist İlkin Əhmədov, Leyli rolunda isə gənc solist Rəvanə Əmiraslanlı səhnəyə çıxıb. Digər rolları isə Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov və başqaları ifa ediblər. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir. Səhnə əsərini dirijor Sevil Hacıyeva idarə edib. Üzeyir bəyin 1908-ci ildə yazdığı, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” həmin il yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Əsər 114 ildir Opera və Balet Teatrının repertuarındadır.
Məlumdur ki, belə bir vəziyyətdə səhnə hazırlamaq və çıxış etmək aktyor heyəti üçün də ağır idi. Onlar səhnədə də bu hisləri həm tamaşaçıdan alır, həm də ötürürdülər. Bu gün eləcə də dahi Üzeyir bəyin anadan olmasının 137-ci il dönümüdür. Bu xüsusda təşkil olunan digər tədbirlər təxirə salınsa da, “Leyli və Məcnun” tamaşasının təxirə salınmasına ehtiyac görülmədi. Hər halda elə bu da “Leyli və Məcnun” operasının özlüyündəki dərin hüzndən irəli gəlir.
Ancaq ümumilikdə həm sənətkarlar, həm də tamaşaçılar teatr üçün darıxmışdı. Xüsusən “Leyli və Məcnun” tamaşasının biletləri çox satılır, hətta elə vaxtlar olur ki, bilet tapılmır. Hazırda teatra böyük axın var. “Leyli və Məcnun” operası 100 ildən artıqdır ki, teatrın səhnəsindən düşmür. Bu, vacib şərtdir. Bəzən elə tamaşalar olur ki, gəlir və gedir. Ancaq bu tamaşa elə deyil. Onlarla ifaçılar “Leyli və Məcnun” operasında öz sənətini nümayiş etdirir. Ən məşhur sənətkarlar çalışırlar ki, “Leyli və Məcnun”da bir rol ifa etsinlər. Son illərdə tamaşaya gənclər dəvət edilir. Bu da Leyli və Məcnun operasının sözün əsl mənasında sənət meyarı olduğunu göstərir.
Bir neçə aylıq fasilədən sonra Dövlət Akademik Opera və Balet Teatrında boş masalar dolmaqdadır. Görünür, zal da tamaşaçılar üçün çox darıxıb. Bir neçə dəqiqə ərzində bütün yerlər dolmağa başlayır. Nəhayət, gözlənilən tamaşanın nümayişi başlayır. Amma bu tamaşada qəribə bir aura var. Hansı ki, onu ancaq tamaşada olanlar hiss edə bilərdi. Tamaşaçılar hər repertuardan sonra alqışlamaq və yüksək səslə sevgilərini çatdırmaq yerinə sadəcə pərdə bağlananda aramla alqışlayırdılar. Bunun da səbəbi son zamanlar Ermənistanın sərhəddə törətdiyi təxribatlar və şəhid xəbərləridir. Bu düşüncələrimdən pərdələrin qalxması ilə ayrılıram. Aktyor heyətinin təbrik almaq üçün səhnəyə çıxmasını gözləsəm də, onları görə bilmirəm. Yalnız Leyli və Məcnun asta addımlarla səhnəyə gəlib həzin, hətta belə desək, səssiz alqışlardan öz paylarını götürür və gedirlər. Heç kim bu vəziyyəti sorğulamır, çünki nəyin necə olduğunu hər kəs yaxşı bilir.
Məcnun rolunun ifaçısı Əməkdar artist İlkin Əhmədov sözünə şəhidlərə rəhmət diləməklə başlayır: “Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Şəhid xəbərlərinin ardından hər birimiz vətəndaş kimi sarsılmışdıq. Amma, eyni zamanda, tamaşa üçün də çalışmalı idik. “Leyli və Məcnun” operasının ağırlığı bir yandan, digər yandan da baş verən hadisələr bizi daha çox təsirləndirdi. Baş rejissorumuz bizi çox yaxşı hazırladı. Biz də öz növbəmizdə bu hazırlığın nəticələrini səhnədə nümayiş etdirdik. Belə bir dönəmdə bizi tək buraxmayan tamaşaçılara və göstərilən sevgiyə görə təşəkkür edirik. Ümumiyyətlə, aktyor hər tamaşaya öz daxilindən bir şeylər həsr edir. Bu dəfə hər birimizin hislərimiz ən pik həddə idi. Bu tamaşa bizim yeni mövsümün ilk tamaşası idi. Əlbəttə ki, bunun da təsiri var idi. Ancaq əsas səbəb belə bir həssas dönəmdə səhnəyə çıxmağımız idi. Mənim üçün “Leyli və Məcnun” operasının teatrda öz yeri var. Bu tamaşada Məcnunun kədəri ilə yanaşı, bir vətəndaş kimi də kədərimi ötürməyə çalışdım. Nə dərəcədə alınıb-alınmadığına tamaşaçılar qərar verəcək. Düşünürəm ki, ümumilikdə tamaşanın öhdəsindən gəlməyi bacardıq”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

