“Ana yurt” marşı...
19.01.2023 [11:09]
Bütün türklərin himninin yaradıcıları kimlərdir?
MÜŞFİQƏ
Özbek, Türkmen, Uygur,
Tatar, Azer bir boydur;
Karakalpak, Kırgız, Kazak bunlar bir soydur.
Şübhəsiz ki, dinləyərkən “Ana yurt” marşı elə ilk notlardan insanı özünə heyran edir, dərhal zümzümə etmək istəyi baş qaldırır. İfaçının ürəyəyatımlı avazı, səsinin çaları bu himni daha da doğmalaşdırır, insanı birliyə səsləyir. Bir sıra tədbirlərdə, eləcə də bayramlarda mütəmadi olaraq eşidilir. Bir sözlə, Türk dünyasının marşına çevrilmiş “Ana yurt” marşı bütün dünya türkləri arasında böyük marağa səbəb olub.
Görəsən, ürəklərə yol tapan, böyükdən-kiçiyə hər kəsin sevə-sevə dinlədiyi marş necə yaranıb? Niyə türkçülüyü tərənnüm edən marşın müəlliflərini tanımırıq və onları yetərincə tanıtmırıq? Bu məqsədlə də, marşın yaranma tarixi barədə bir qədər araşdırma aparmaq qərarına gəldik.
Özbekistan, Türkmenistan diye kurmuşlar.
Anayurdum Türkistan’ı bölüp koymuşlar.
İnanmayın, aldanmayın ey, Türk yiğitler
Kırk asırlık tarihe sahip olan Türkler
Hər bir türk övladının əzbər bildiyi bu himnin sözləri Hayati Bice, bəstəsi isə özbək türkü Mehmet Sabir Kargerə məxsusdur. Sabir Karger türkçülük sevgisi ilə böyümüş, Türküstan musiqisinin və folklorunun türk dövlətlərində tanınması üçün fəaliyyət göstərmiş, eləcə də türk boylarını və mədəniyyətini musiqi ilə dinləyicilərə çatdırmış sənət aşiqidir. 1957-ci ildə Güney Türküstanın Andhoy şəhərində anadan olub. “Türküstan xalq musiqisi” adlı iki albomu var. Musiqinin türk dünyasının birləşdirici gücü olduğuna inanan Karger əsərlərini Qafqazdan Balkanlara, Kərkükdən Krıma qədər dünyanın müxtəlif yerlərində yaşayan türklərə ithaf edib. “Ana yurt” və “Gözəl Türküstan” əsərləri ilə adını türk musiqi tarixinə yazdırıb.
Türkistan, Kafkasistan ey güzel yurdumuz
Sana kurban olalım ey, anayurdumuz
Marşın sözlərinin müəllifi Hayati Bice isə 1959-cu ildə Türkiyədə anadan olub. O, əslən Qafqaz qaraçay türklərindəndir. İxtisasca həkim olsa da, 90-cı illərində əvvəllərindən türkçülüklə bağlı bir çox araşdırmalar aparıb. “Türk yurdları” dərgisinin baş redaktoru olub. Eləcə də Türküstanla bağlı müşahidələrini “Türküstan arzusu” adlı avtobioqrafik əsərində qələmə alıb. “Qafqazdan Anadoluya köçlər” adlı ilk kitabını isə 1989-cu ildə nəşr etdirib. “Ana yurt” marşının sözlərini də elə bu zamanlarda ilhamlanaraq yazdığı deyilir. 30 ildən çoxdur ki, bu marş dillər əzbəridir. İnsana ovqat və sevinc hissi bəxş etməkdə davam edir. Hər sətrində, hər notunda türk dünyasını birliyə çağırır. Marşın sədası altında bir daha: “Nə mutlu türkəm deyənə”...
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

