Nəbzi kino ilə vuran sənətkar
11.07.2023 [15:17]
Bu gün Rasim Ocaqovun anım günüdür
Şahanə XANKİŞİYEVA
Azərbaycanda rejissor dedikdə yəqin ki, hamının ağlına ilk olaraq həmin ad gəlir -Rasim Ocaqov... Və onun rejissoru olduğu filmlər...
“Ad günü”, “İstintaq”, “Qətldən yeddi gün sonra”, “Park”, “Təhminə”, “Otel otağı”, “Ölsəm, bağışla”, “Özgə həyat”...
Bu gün bu dəyərli Xalq artistinin anım günüdür.
Azərbaycan kinostudiyası indiyə qədər minlərlə film yaradıb. Amma çəkilən bütün filmlərin rejissorlarını ustad adlandırmaq olmaz, çünki özlərindən sonra nə onların yolunu davam etdirən rejissor, nə də kəşf etdikləri aktyor yoxdursa, bunu demək Rasim Ocaqova haqsızlıq olar. Rasim bəyin kəşf etdiyi aktyorlar isə bir sıra filmlərimizin “inciləri” hesab edilir.
Yaradıcılığa operatorluqla başlayan Rasim Ocaqov hiss edir ki, onun içində aşıb-daşan yaradıcılıq istəyi rejissor kimi film çəkməkdir. Elə bu məqamda o rejissorluq təhsili alaraq qiymətli əsərlər ərsəyə gətirir. Bu gün Azərbaycan kinosundan Rasim Ocaqovun filmlərini götürsək, canlı varlıq hesab edilən kino yarıçılpaq qalar.
Çoxumuzun sevimli filmi olan “Təhminə” filminin rejissoru da elə Rasim bəy olub. Deyilənə görə, o, siqaretlə yatıb, siqaretlə dururdu. Gündüzlər yemək yemir, yalnız siqaret çəkərdi. Yeməyi gecələr yeyərdi. “Təhminə” filminin çəkilişləri zamanı infarkt keçirib. Gözünü açanda həkim ondan nə istədiyini soruşub. Həkimdən xahiş edib ki, kürəkəninə desin, ona bir siqaret gətirsin. Həkim ona reanimasiyada olduğunu xatırladıb və siqaretin onu öldürəcəyini bildirib. Rasim deyib ki, əksinə, siqaret çəkməsəm, öləcəyəm, ölümümə bais olmayın. Ocaqov ömrünün sonuna qədər siqareti atmayıb.
Tanınmış rejissor, Xalq artisti Əbdül Mahmudov sənətkarı belə xatırlayır: "Biz dostları ona Ocaqov deyə müraciət edərdik. Mən onu belə xarakterizə edərdim: "mükəmməl rejissor, işinin peşəkarı, şedevr filmlərin müəllifi". Ocaqovun nəbzi kino ilə döyünürdü. Bu adam anadan kino üçün doğulmuşdu. Ən zəif ssenarini belə Ocaqov mükəmməl film şəklində çəkib təqdim etməyi bacarırdı. Bir insan kimi həddən artıq mədəni, ziyalı bir insan idi. Çox qəliz, qapalı, qaradinməz, mürəkkəb adam idi. Hər adamla asanlıqla kontakta girməyi bacarmırdı, heç özü də bunu istəmirdi. Buna görə də, kənardan onu o qədər də tanımaq olmurdu. Amma tanıdıqca Ocaqova vurulurdun.
İncə yumor hissinə malik idi. Sadə, səmimi və dürüst insan idi. Amma çəkiliş meydançasında çox sərt, amansız, rəhmsiz, hətta mən deyərdim ki, “Allahsız” bir rejissor idi. Nizam-intizama fikir verən adam idi. Heç vaxt heç kimə güzəştə getməzdi. Bir sözünü iki eləmək mümkün deyildi.
Əvvəl-əvvəl aktyorlar ondan inciyirdilər, amma onu tanıyandan sonra Ocaqovu olduğu kimi qəbul edirdilər. Çünki bilirdilər ki, bütün bu sərtliyin nəticəsi olaraq qarşıda onları uğurlu bir film gözləyir. Bəzən elə rejissorlar olurdu ki, kiminsə tapşırığı, xahişi ilə hansısa aktyoru filmə çəkmək məcburiyyətində qalırdı. Amma R.Ocaqova belə bir xahişlə müraciət etmək mümkünsüz idi. O, aktyorlarını özü seçirdi və seçiminə heç kimin müdaxilə etməsinə imkan verməzdi. O, ssenarini aktyorların üzərində qururdu. Özü də seçiminə əmin idi. R.Ocaqov aktyorlarını incitdiyi qədər də onların qədrini bilirdi. Peşəkarı gözünün üstündə tutmağı bacarırdı"…
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19

