Dünya mədəniyyətinin şah əsəri
26.08.2023 [13:00]
Fəza musiqisi-Azərbaycan muğamı
Günel ABBAS
Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Qədim Şərqin ən unikal musiqi janrlarından biri olan muğam əsrlərdən bəri tədqiqatçıların diqqətini cəlb edib və bu gün də dünya musiqi mədəniyyətinin öyrənilməsində mühüm təhlil obyektidir. Azərbaycan xalqının qədim və zəngin tarixinin, mədəni irsinin mühüm bir qolunu təşkil edən muğam sənəti millətin milli özünüdərki, həyat tərzi və soy-kökünün göstəricisi olub, xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir. Xalqımızın düşüncə və təfəkkür tərzində öz əksini tapmış muğamımız əsrlər boyu məhəbbət və nifrət, xeyir və şər, hicran və vüsal, mübarizə və döyüş, inam və qələbə üzərində köklənərək hər bir azərbaycanlının mənəviyyatına daxil olub.
Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin baş katibi, gənc xanəndə Yusif Cəfərbəylinin sözlərinə görə, muğam sənətinin zənginliyi, ucalığı, əbədiyaşarlığı da bu dəyərləri əsrlərdən-əsrlərə daşımasındadır: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün bunları nəzərə alaraq deyirdi: “Bizim xalqımızın böyük musiqi mədəniyyəti tarixi var. Azərbaycan xalqının qədim dövrlərdən indiyə qədər yaşayan xalq musiqisi, xalq mahnıları, Azərbaycan muğamları milli sərvətimizdir”. Ölkə başçısı İlham Əliyev də muğamın Azərbaycanın milli sərvəti olduğunu dəfələrlə qeyd edib. Onun sərəncamı ilə yaradılan və yüksək səviyyədə inşa olunaraq istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi qədim sənətə göstərilən diqqət və qayğının daha bir ifadəsidir”.
Y.Cəfərbəyli qeyd edib ki, avqustun 26-sı həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, muğam sənətinin inkişafında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyevanın doğum günüdür: “Bu gün Azərbaycan muğam sənəti özünün yeni intibah dövrünü yaşayır. Bu sənətin belə sistemli təbliği və inkişafı birbaşa olaraq Mehriban xanımın adı ilə bağlıdır. Azərbaycan mədəniyyətinin bugünkü inkişafında, xüsusən də muğam sənətinin dünyada tanıdılmasında Mehriban Əliyevanın xidmətləri misilsizdir və “mədəniyyətin hamisi” olaraq dövlət quruculuğu işlərində böyük töhfəsini verməkdədir. Onun rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər muğamın müasir tarixində müstəsna rol oynayır. Məhz onun xidmətləri sayəsində muğam sənəti 2003-cü ildə UNESCO-nun “Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri” siyahısına daxil edilib. Heydər Əliyev Fondu bir çox beynəlxalq musiqi festivallarının təşkilatçısıdır. Fondun təşəbbüsü və təşkilati dəstəyi ilə 2009, 2011, 2013, 2015 və 2018-ci illərdə “Muğam aləmi” Beynəlxalq Muğam festivalları keçirilib.
“Muğam aləmi” Beynəlxalq Muğam Festivalı indiyədək bu istiqamətdə mühüm tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun muğamın qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması sahəsində atdığı daha bir böyük addımdır. Bu festival bütün Türk dünyasına xas muğamın tacının da Azərbaycanda olduğunu sübut edib. Bundan başqa, Muğam Televiziya müsabiqələri də bu sahədə atılan uğurlu addımlardandır. Belə ki, 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 120 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə muğam müsabiqəsi baş tutdu. Qədim muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə Beynəlxalq Muğam festivalları təşkil olunub. Məhz həmin layihələrin nəticəsi olaraq sənətdə yeni istedadlar üzə çıxdı. Ümumiyyətlə, belə tədbirlərdə əsas məqsəd xalqımızın möhtəşəm mədəniyyət abidəsi olan, professional musiqimizin yaranıb formalaşmasında əvəzsiz rol oynayan muğamın inkişaf etdirilməsi, ifaçılıq ənənələrinin yeni nəslə çatdırılması, gənc istedadların üzə çıxarılması, gənc ifaçılara sənətkarlıq vərdişlərinin aşılanmasından ibarətdir”.
Y.Cəfərbəyli bildirib ki, Heydər Əliyev Fondu həm də Azərbaycan mədəniyyətinin təbliği və inkişafı istiqamətində həyata keçirilən nəhəng layihələrin müəllifidir: “Bu sıraya “Muğam Dəstgah”ı da daxildir. Layihənin məramı həm köhnə val yazılarının, həm də məharətlə ifa olunan muğamların bütün şöbə və guşələrinin yenidən bərpasından ibarətdir. Layihə çərçivəsində muğam-dəstgahların konsertlərdən birbaşa yazıya alınması və gələcək nəsillər üçün saxlanılması nəzərdə tutulur. “Muğam internet” layihəsində məqsəd internetdə qorunub nəzərdə Fondun digər muğamla bağlı audio və video materialları özündə ehtiva edən muğam yaratmaqdan ibarətdir. Daha iki layihə - “Azərbaycan Muğamı” multimedia toplusu və “Muğam Aləmi” nəşrini də xüsusi qeyd etmək istərdim. Dərs vəsaiti kimi təqdim olunan “Azərbaycan Muğamı” multimedia toplusuna muğamın növləri, janrların mənşəyi, musiqi məzmunu və kompozisiya xüsusiyyətləri barədə məlumatlar daxildir. Səkkiz diskdən ibarət multimedia toplusu Azərbaycan və ingilis dillərində hazırlanıb. Bu topluda Azərbaycan muğamının tarixi, onun Azərbaycan incəsənətində rolu və yeri, Azərbaycanın xalq çalğı alətləri, görkəmli şəxsiyyətləri barədə məlumatlar əks olunub.
Daha bir layihə 2009-cu ilin mart ayında keçirilən Beynəlxalq Muğam Festivalına həsr olunub. 33 DVD diskin cəmləşdiyi topluda Azərbaycan muğam operaları, simfonik muğamlar, klassik Azərbaycan muğamları, tanınmış xarici musiqiçilərin çıxışları yer alıb. 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan uğurlu layihələrdən biridir. Fond tərəfindən 2008-ci ildə hazırlanmış “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı möhtəşəm layihələr sırasında Beynəlxalq Muğam Mərkəzinin açılışı xüsusi əhəmiyyətli hadisə oldu. Bu mərkəzin inşası fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. “Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə malik olan bir ölkədir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan mədəni irsimiz, dilimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz olub. Muğam isə əsl sənət incisidir” söyləyən Mehriban xanım Əliyevaya özünün də söylədiyi kimi “ən böyük sərvətimiz bizim mədəni irsimiz”in təbliğində və bütövlükdə çoxşaxəli fəaliyyətində tükənməz müvəffəqiyyətlər arzulayıram”.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48

