Romanslarımızın banisi - Asəf Zeynallı
27.10.2023 [11:30]
Musiqiyə həsr olunmuş ömür...
Asəf Zeynallı 1909-cu il aprelin 5-də Azərbaycanın neçə-neçə elm, mədəniyyət və incəsənət xadimini yetişdirən qədim Dərbənddə doğulub. Həyatın ən ağır sınaqları ilə gənc yaşından rastlaşan gələcəyin böyük bəstəkarı bir yaşında atasını itirir və üç qardaşı ilə gənc anasının himayəsində qalır.
Məşhur bəstəkar Mstislav Rastropoviçin atasından violençel dərsi alan A.Zeynallı 1923-1926-cı illərdə Bakı Musiqi Texnikumunda təhsil alır. 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəylinin sinfini bitirir və ilk peşəkar bəstəkar adını alır. Konservatoriyada oxuyarkən A.Zeynallı Üzeyir Hacıbəylinin dərslərini böyük səbirsizliklə gözləyirdi. Onun yaradıcılığında dahi bəstəkarın böyük rolu olub. Üzeyir bəydən xalq musiqisinin əsaslarını öyrənən Asəf Zeynallı sonralar Azərbaycanın ən uzaq guşələrinə gedərək xalq mahnılarını toplayır. Gənc bəstəkar Konservatoriyada Qərbi Avropa və rus klassik musiqisi dərnəyini yaradır.
Asəf Zeynallı təhsil almaqla yanaşı, Türk İşçi Teatrında və Konservatoriyanın nəzdindəki musiqi məktəbində işləyib. Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev kimi görkəmli bəstəkarlar onun şagirdləri olub. Asəf Zeynallı Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyevlə birgə “İbtidai not savadı” dərsliyini tərtib edib.
İlk milli romansların, fortepiano və skripka üçün miniatür pyeslərin, ilk simfonik nümunələrin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixinə daxil olub. Avropa musiqisinin nəzəri əsaslarını dərindən mənimsəyən bəstəkar onları xalq musiqisi ilə sintez edərək orijinal əsərlər yaradıb.
O həmişə 23 yaşında qalacaq...
Musiqişünasların dahi adlandırdıqları gənc bir bəstəkar var idi, hansı ki, cəmi 23 il yaşadı. Amma öz qısa ömrünün ağrılı, məhrumiyyətli illərini musiqi salnaməmizin parlaq səhifəsinə çevirə bildi. Bəlkə buna görədir ki, onu hələ də 23 yaşlı növcavan kimi xatırlayırıq. Bütün bu xüsusiyyətlər artıq söhbətin kimdən getdiyi barədə müəyyən, bəlkə də dəqiq təsəvvürlər yaradıb. Onun haqqında bəhs etməyimiz təsadüfi deyil, Azərbaycan musiqisinə sonsuz sənət inciləri bəxş edən Asəf Zeynallı 1932-ci ilin məhz bu günündə - oktyabrın 27-də, istedadının çiçəkləndiyi bir vaxtda, ömrünün 23-cü baharında dünyasını dəyişib.
Üzeyir bəyin sevimli tələbəsi
Asəfi gördüyü andan “Bu ki əsl istedaddır” deyən dahi Üzeyir Hacıbəyli ona xüsusi diqqət göstərib. O, sonrakı illərdə öz xatirələrində bu qayğı və sevgidən bəhs edərək Üzeyir bəyin mənəvi atası olduğunu qeyd edib.
Üzeyir bəy də onu “Asəf fəaliyyət göstərdiyi qısa bir dövr ərzində məhsuldar işləmiş, çoxlu əsər yaratmışdır. Onun bəstəkarlıq fəaliyyəti təhsil illəri ilə bir vaxta düşdüyündən, əsərləri əslində sənətkarın yaradıcılıq fəaliyyətinin birinci və sonuncu mərhələsini xarakterizə edir. Öz yaradıcılığında yeni musiqi üslubunun sağlam ünsürlərini təbliğ edən Asəf Zeynallı Azərbaycanın ilk professional gənc bəstəkarı idi” sözləri ilə xatırlayırdı.
İlkləri yazırdı...
Asəf Zeynallı qısa ömründə musiqi tariximizdə bir sıra janr və istiqamətlərin də yaradıcısı kimi qalıb. Cəfər Cabbarlının sözlərinə yazılmış “Ölkəm” romansı da bu qəbildəndir. Bəstəkar öz vokal əsərlərində Avropa klassik vokal forması ilə xalq musiqimizin lad muğam və melodiya xüsusiyyətlərinin üzvi surətdə sintezinə nail olub.
Bəstəkar öz əsərləri ilə milli pianoçuluq məktəbinin inkişafına da böyük təsir göstərib, tədris repertuarını zənginləşdirib. Onun 6 pyesdən ibarət uşaq süitası silsiləsi də maraqlı əsərlərdəndir.
A.Zeynallı bu silsilə ilə Azərbaycanda uşaq musiqi ədəbiyyatının ilk nümunəsini yaradıb. 1940-cı illərə qədər tədris proqramında yalnız onun uşaq süitasından istifadə edilib. Bəstəkarın bu silsiləsinə bu günün musiqi tədrisində də geniş yer verilir. Onun fortepiano musiqisinə mürəkkəb polifonik formaya aid olan 9 fuqası da daxildir. Təəssüf ki, onlardan yalnız 2-si bizə bəllidir. Qalan 7-si isə əlyazma şəklində bəstəkarın arxivindədir.
Asəf Zeynallı 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır. Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır.
Xəstəxanada ikən ölümün yaxınlaşdığını hiss edən Asəf Zeynallı qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. O qardaşına deyir: Bu, mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın divarda qalsın”.
Asəf Zeynallı dünyadan köçəndə onun son vəsiyyəti çox təəssüf ki, yerinə yetirilmir. Səbəbi isə bu günə kimi müəmma olaraq qalır. Bəzi mənbələrdə bu əsərin “Bakı” simfoniyası olduğu bildirilir...
AYSU
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

