Payız tətilində uşaqları hara aparaq?
02.11.2023 [14:09]
M.BAYRAMLI
Məktəblərdə payız tətilinə sayılı günlər qalıb. Belə ki, tətil 16-20 noyabr tarixlərini əhatə edir. Tədris ilinin 5 günlük növbəti - qış tətili isə 27-31 yanvar 2020-ci il tarixlərində olacaq.
Payız tətilində uşaqları hara aparaq? Bu sual ilə baş-başa qalan valideynlər üçün bu yazı maraqlı ola bilər.
Övladlarınızı teatra apara bilərsiniz. Teatrlardan “tətil günlərində uşaqlara nə hazırlamısınız?”- deyə soruşduq.
Məsələn, Akademik Milli Dram Teatrında azyaşlı tamaşaçılar üçün “Məlikməmməd” adlı uşaq tamaşası təqdim olunacaq. Eyniadlı Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşanı 17 noyabr izləyə bilərsiniz.
Dövlət Akademik Musiqili Teatrı isə uşaqların görüşünə “Düyməcik” əsəri əsasında hazırlanan tamaşa ilə gələcək. Noyabrın 19-da teatr məşhur nağıl əsasında yazılan “Düyməcik” tamaşasını təqdim edəcək.
Səməd Vurğun adına Rus Dram Teatrı da uşaqlar üçün sürpriz hazırlayır. Teatrın yaradıcı kollektivi noyabrın 18-də “Uqaday skazku - 5” (Nağlı tap - 5) tamaşasını təqdim edəcək. Eləcə də "Ələddinin, Şahzadə Yasəmin və Lampanın cininin sərgüzəştləri" tamaşası noyabrın 19-da nümayiş olunacaq. Hər iki tamaşa həm uşaqların, həm də valideynlərin xoşuna gələcək. Balacalar klassik rəqs sənəti ilə ünsiyyətdən zövq alacaq, valideynlər isə uşaqlıq illərinə qayıdıb təəssüratlarını təzələyəcəklər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tətilin ilk günü - 16 noyabr “Mauqli” tamaşasını təqdim edəcək. Balacaların sevimli nağıl personajı olan Mauqlinin sərgüzəştlərindən bəhs edir. Mədəniyyət ocağı noyabrın 17-də H.K.Andersenin “Çirkin ördək balası” tamaşası ilə repertuarına davam etdirəcək. Sənət ocağında noyabrın 18-də isə Astrid Lindqrenin eyniadlı romanının motivləri əsasında səhnələşdirən “Uzuncorab Pippi”tamaşası nümayiş olunacaq. Ən nəhayət, noyabrın 19-da Canni Rodarinin “Çippollino” alleqorik dram təqdim olunacaq.
Öz növbəsində, “Pişiyin evi” balet-tamaşası Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı uşaqları bir araya gətirəcək. Samuel Marşakın “Pişiyin evi” nağılı əsasında hazırlanan eyniadlı balet-tamaşa noyabrın 18-də nümayiş olunacaq. Uşaqlar üçün nəzərdə tutulmuş tamaşanın xronometrajı 1 saat 10 dəqiqədir. Şən musiqi və rəqslərlə zəngin tamaşa ibrətamiz həyat hadisələrdən bəhs edir. Teatrda eləcə də noyabrın 19-da Mulan - Uşaqlar üçün interaktiv myuzikl təqdim olunacaq. Uzaq keçmişdə qədim Çində yaşamış igid qız Mulan haqqında heyrətamiz bir hekayədən söhbət açılır.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının repertuarında özünə möhkəm yer tutan tamaşalardan biri də “Qoğal”dır. Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” noyabrın 16-da təqdim ediləcək. Eləcə də 17 noyabr tarixində “Qızıl balıq” və “Üç cəsur”, habelə noyabrın 18-də “Üç donuz balası” və “Maşa və Ayı” tamaşaları ilə azyaşlıların qarşısına gələcəklər. “Melisa” və “Çippolina” əsərləri isə noyabrın 19-da təqdim olunacaq. Ən nəhayət, tətilin son günündə, yəni noyabrın 20-də özbək xalq nağılı “Leyləyin hədiyyəsi” və “İtki” tamaşaları ilə azyaşlıları sevindirəcəklər.
Habelə “Cırtdan” balacaları Şuşa Teatrında yenidən qarşılayacaq. Noyabrın 19-da teatrın yaradıcı kollektivi növbəti dəfə balacalar üçün “Cırtdan” tamaşasını təqdim edəcək.
Noyabrın 19-da Opera Studiyasının səhnəsində bütün ailə üçün yeni “Mario və dostlar” tamaşasının premyerası olacaq. Uşaqlar şər qüvvələrin yeni çağırışları ilə qarşılaşmaq üçün Mario ilə böyük bir səyahətə çıxacaqlar.
“The Illusionist” tərəfindən valeh olmağa hazırsınız? İllüzionist Enver Ertaşın böyük-kiçik hər kəsin təəccüb və böyük zövqlə izləyə biləcəyi “İllüzionist” adlı inanılmaz şousunu da qaçırmayın. Noyabrın 18-də Kino Mərkəzində...
Əziz valideynlər, bu materialı sizin rahat seçim edə bilməyiniz üçün hazırladıq. Payız tətili günlərində xoş və mədəni istirahət diləyi ilə...
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

