Ermənilərin oğurladığı “Sənə qurban”ın tarixçəsi...
04.11.2023 [12:10]
MÜŞFİQƏ
Tarix 1931-ci ili göstərir. Nakam şairimiz Mikayıl Müşfiqin aşiq olduğu Dilbər Axundzadə bir müddətlik Gəncəyə getməyə hazırlaşırdı. Bu xəbərə olduqca kövrələn Mikayıl “Qurban” rədifli şeirini deməyə başlayır. Müşfiqin halı Dilbərə təsir edir və ona: “İstəyirsən, heç getməyim, daha bundan ötəri niyə belə narahat olursan?”,- cavabını verir. Müşfiq yenə də şeirlə cavab verir:
Deyirsən, yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal, sənə qurban.
Nə zaman istəsən, əziz canımı
Qumral gözlərinlə al, sənə qurban.
Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı,
Gəl çəkmə könlümə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.
Müşfiqlə Dilbərin solmayan, təravətini itirməyən eşq hekayəsinin bəhrəsi olan şeirin tarixçəsi bax beləcə yazılmışdı.
1968-ci ildə Mikayıl Müşfiqin dövlət səviyyəsində 60 illik yubileyinə hazırlıq prosesi zamanı bəstəkar Ələkbər Tağıyev bu şeirə müraciət etdi və musiqi bəstələdi. Bu mahnı ilk dəfə Zeynəb Xanlarovanın ifasında səsləndi. O, keçmiş SSRİ-nin hər bir respublikasında qastrol səfərlərində olarkən bu mahnını dəfələrlə ifa etdi və mahnı məşhurlaşdı.
Maraqlıdır ki, 55 il müddətində bu mahnı müxtəlif ölkələrdən olan müğənnilər tərəfindən yunan, ərəb, türk və başqa dillərdə ifa edildi. Mahnımıza göz dikən mənfur niyyətli insanlar da vardı. 1985-ci ildə İran ermənilərindən olan müğənni Andranik Madadyan mahnını mənimsəyərək onun sözlərini dəyişib və izi itirmək məqsədilə “Garun” (Bahar) adı ilə ifa etmişdi. Eləcə də erməni müğənnilər Tiqran Asatryan, Spitakci Hayko və başqaları “məharətlə” öz adlarına çıxmağa başlamışdılar.
Xatırladaq ki, mahnı 1978-ci ilin 10 iyun tarixində Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi (indiki Əqli Mülkiyyət Agentliyi)ndə qeydiyyata alınıb. Bütün arxiv sənədləri “Sənə qurban” mahnısının Azərbaycan müəlliflərinə məxsus olduğunu göstərir. Əslində, yarım əsrlik bu yola nəzər saldıqda qürur yaşayırıq. Mahnımın dünyanı fəth etməsi gerçəkliyi danılmazdır. Mikayıl Müşfiq dühasından bizə miras qalan bu sərvəti qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıyıq.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

