İlmələrdə yaşanan ömür...
17.11.2023 [11:27]
Lətif Kərimovun doğum günüdür
Yeganə BAYRAMOVA
O, hər şeydən əvvəl, gördüklərinə və duyduqlarına yaradıcı münasibət bəsləyən sənətkar idi. Sehrli, ilməli dünyası məhz xalçadan başlayır. Ancaq təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərmişdi. Söhbət Azərbaycan xalçaçılıq sənətində müstəsna xidməti olan Xalq rəssamı Lətif Kərimovdan gedir.
Lətif Kərimov nadir ornamental, süjetli-tematik xalçaların, metal, mərmər, çini məmulatının müəllifi, görkəmli qrafik-rəssam idi. Noyabrın 17-si sənətkarın doğulduğu gündür. O, 1906-cı ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada dünyaya göz açıb. Anasının toxuduğu xalçalar onun qəlbində bu sənətə həvəs yaratmışdı. Elə bu sənətdə ilk müəllimi də anası olub. Zaman keçdikcə xalçaçılığın sirlərini öyrənmiş, sənətkar və alim kimi yetişmişdi.
1912-ci ildə Lətif Kərimovun ailəsi İranın Məşhəd şəhərinə köçüb və burada Mirzə Ələkbər Hüseynzadənin xalçaçılıq emalatxanasında çalışıb. Təbriz və Ərdəbil şəhərlərində məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənib.
Lətif Kərimov Azərbaycanda xalçaçılıq elminin banisidir. O, Azərbaycan Respublikası Elmlər Akademiyasında ayrıca xalça sənəti şöbəsini açmağa nail olub, ömrünün sonunadək həmin şöbənin rəhbəri kimi çalışıb və eyni zamanda, pedaqoji fəaliyyət göstərib. Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və peşəkar xalçaçı rəssamların yetişdirilməsi məhz onun adı ilə bağlıdır. Lətif Kərimovun ən əhəmiyyətli xidmətlərindən biri də Azərbaycan Xalça Muzeyinin yaradılması idi.
Onun fəaliyyəti, sənətşünas kimi tədqiqatları daim yüksək qiymətləndirilib. Böyük elmi əhəmiyyəti olan əsərlərinə, ələlxüsus “Azərbaycan xalçalarının ornamentlərinin mənşəyi” kitabına görə 1950-ci ildə Leninqrad şəhərində sənətşünaslıq namizədi alimlik dərəcəsi almışdı. Onun monumental tədqiqat işlərindən biri də 3 cildlik “Azərbaycan xalçası” kitabı bu sənətlə bağlı müasir dövrümüzdə də dəyərli nəşr hesab edilir.
Lətif Kərimovun eskizləri əsasında toxunmuş “Əfşan”, “Qonaqkənd”, “Ləçəkturunc”, “Şuşa”, “Göygöl”, “Qarabağ”, “Butalı”, “Bahar”, “Heyvanlar aləmində”, “Şəbi-hicran”, “Zərxara”, “Firdovsi”, “Səməd Vurğun”, “Vaqif”, “Füzuli”, “Nəsimi”, “Əcəmi” və s. xalçaları Azərbaycan xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir.
Bir az da Lətif Kərimovun fədakarlığından, bu şəxsiyyətin tam şüurlu şəkildə özünü fəda etmək kimi qeyri-adi keyfiyyətindən necə söz açaq... O, Azərbaycan xalçaçılığının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplayaraq Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlamışdı. Lətif Kərimov deyirdi: “Rəqabətsizlik hiss etmək çox çətindir...”. Bu sənətdə onun rəqibi yox idi. Bunu özü də anlayırdı. Ona görə də həm Azərbaycan xalçalarını, həm də öz adını dünyada əbədiləşdirib.
O, həmişə deyirdi: “Bu sənətə xidmət edirəm. Anamın xanada atılan surətli əlləri və mənim ilk vurduğum ilməm gözümün qabağındadır...”. Dahi sənətkar 1991-ci ildə dünyasını dəyişib. Onun yoxluğu Azərbaycan mədəniyyəti üçün çox böyük itki idi.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

