"Bakıda hiss etdim ki, Olimpiya çempionuyam"
16.08.2012 [00:15]
Londonda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalı qazandıran Toğrul Əsgərov adını ölkəmizin idman tarixinə qızıl hərflərlə yazdırdı. Azərbaycan güləşçisi XXX Yay Olimpiya Oyunlarında bütün görüşləri yüksək səviyyədə keçirərək heç bir rəqibinə şans vermədi. Hələ 20 yaşı tamam olmamış güləşçinin bu cür yarışda heç bir psixoloji təzyiq olmadan rahat çıxış etməsi, bütün diqqətini döyüşünə, rəqibini məğlub etməyə yönəltməsi onun peşəkarlığından xəbər verir. Dünən ölkəyə qayıdan çempionumuz ilk təəssüratlarını bölüşdü. “Yeni Azərbaycan”ın əməkdaşının finalda psixoloji təzyiq hiss edirdinmi sualını isə qəhrəman belə cavablandırdı:
- Londonda finala çıxan 3-cü Azərbaycan idmançısı oldum. Məndən öncə Rövşən Bayramovla Mariya Stadnik həlledici görüşdə uduzmuşdular. Mən finala çıxanda ölkəmizin hələ qızıl medalı yox idi. Axrıncı günlər idi, məsuliyyət çox böyük idi. Bu zaman istər-istəməz psixoloji gərginlik yaranırdı və yalnız qızıl medal qazanmaq lazım idi. Bildiyiniz kimi, rəqibim də çox güclü idi, 4 dəfə dünya çempionu olmuşdu. Allahın köməyi ilə öz istəyimə çatdım. öz gücümə inanırdım və finala yalnız qələbə üçün çıxmışdım. Bu da sonda uğurla nəticələndi. Olimpiadaya çox ciddi hazırlaşmışdıq. Demək olar ki, 1 ildən çoxdur bunu daha da intensivləşdirmişdik. Mənim əsas rəqibim isə finalda qarşılaşdığım rusiyalı Besik Kuduxov idi. Bunu hamı bilirdi. Həm də yalnız digər rəqiblərimdən fərqli onunla güləşməmişdim. Onu da məğlub etdim, qələbəmi hamı gördü. çox sevinirəm ki, Vətənə qızıl medal bəxş etdim.
- ümumiyyətlə, Olimpiya Oyunlarında çıxışınızla bağlı fikirləriniz maraqlıdır...
- Sevincimin həddi-hüdudu yoxdur. çox sağ olun ki, bizə belə diqqət göstərirsiniz. İnşallah, bundan da yaxşı nəticələr olar. Avropa və Olimpiya çempionu oldum, çalışacağam ki, böyüklər arasında dünya çempionu tituluna da yiyələnəm. Növbəti Olimpiadada bu uğurumu təkrarlamaq istəyirəm. Hər bir idmançı kimi, mənim də arzum Olimpiya çempionu olmaq idi. Allaha çox şükür ki, arzuma çatdım və çox xoşbəxtəm. Mən çox sevincliyəm. Nə hiss etdiyimi sözlə ifadə edə bilmirəm. O qədər emosiya var ki.
- Olimpiya çempionu kimi Vətənə qayıtdıqda hansı hissləri keçirirsiniz?
- Bakıya qayıtdıq, sizləri gördüm, indi hiss etdim ki, Olimpiya çempionuyam. Bunu indiyə qədər dərk etmirdim.
- 19 yaşda Olimpiya çempionu olmaq sizdə hansısa arxayınçılıq yarada bilərmi?
- Yox, əksinə, bundan da yaxşı hazırlaşıb, uğurla çıxış edəcəyəm. Bundan da yaxşı nailiyyətlər əldə edib, ikiqat Olimpiya çempionu olacağam. Bu titul mənə stimul verir.
- Hələlik Azərbaycanda ikiqat Olimpiya çempionu yoxdur. Deməli, məqsədiniz bu tarixi uğura imza atmaqdır...
-Bəli.
- Yarışa qoşulduğun gün düşünürdünmü ki, günün sonunda Olimpiya çempionu olacaqsan?
- Bilirdim ki, Olimpiya çempionu olmaq lazımdı. Bilirdim ki, ciddi rəqiblərim var. Başa düşürdüm ki, tarixə düşmək üçün şansım var və bundan yararlanmaq lazımdır. Bütün gücümü sərf edərək istəyimə çatdım.
- Final görüşündə təcrübəli rəqib üzərində böyük qələbən çoxları üçün bir qədər gözlənilməz oldu. Sən necə, belə qələbəni gözləyirdinmi?
- Elə mənim özüm üçün də hər şeyin belə başa çatması bir qədər gözlənilməz sayıla bilər. Yadınızdadırsa, mən hələ Sofiyada demişdim ki, finalda Kuduxovla üz-üzə gələcəm. Yəni, bunu öncədən də gözləyirdim. Amma o vaxt Kuduxovu böyük hesabla məğlub edəcəyimi deyə bilməzdim.
- Onunla görüşə xüsusi hazırlaşmışdınız?
- Bəli, çox ciddi hazırlaşmışdım. Başa düşürdüm ki, geriyə yol yoxdu. Mən çox şadam ki, Azərbaycan xalqına qələbə sevinci yaşada bildim. Bu, mənim üçün ən yaxşı addı.
- Hansı görüş daha çətin keçdi?
- Bütün görüşlərim özünə görə çətin alındı. Bu üzdən qələbəmə görə ikiqat sevincliyəm.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12

