Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətini dəstəkləyir
14.08.2013 [09:12]
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov www.yap.org.az saytına müsahibə verib:
- Seymur müəllim, YAP Gənclər Birliyinin builki “Yay məktəbi” layihəsi başa çatıb. “Yay məktəbi”nin nəticələri haqda fikirlərinizi bilmək istərdik. Gözləntilər özünü doğruldurmu?
- Ölkəmizin ən aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası daim maraqlı layihələrlə çıxış edir. Bu da cəmiyyətimiz tərəfindən müsbət qarşılanır. Çünki bu layihələr bilavasitə cəmiyyətdən gələn sosial sifarişlərdir. Eyni zamanda, əhalinin müxtəlif təbəqələrinin partiyamızın bu fəaliyyətinə dəstək verməsi onun gücünü artıran amillərdən biridir. YAP-ın bir çox sahələri özündə ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin bütün təbəqələri əhatə olunub. Ölkəmizin həyatında mühüm və əlamətdar günlərdə, xüsusi bayramlarda YAP tərəfindən həmişə diqqət və qayğıya ehtiyacı olan ailələrə, insanlara yardımlar edilir, köməkliklər göstərilir.
Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsi olan gənclərimiz də həmişə YAP-ın diqqət və qayğısını hiss edir. Ümumilikdə, gənclərlə iş partiyamızın fəaliyyətində əsas istiqamətlərdən birini tutur. Məhz YAP Gənclər Birliyi tərəfindən artıq bir neçə ildir ki, böyük uğurla davam etdirilən və bütün ölkəmizin bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbi” layihəsi artıq ənənəyə çevrilib. Qeyd edim ki, bu ilin iyul ayında da “Yay məktəbi” təşkil olundu və uğurla başa çatdı. İyul ayında dörd mərhələdə həyata keçirilən bu layihə gənclərimiz tərəfindən yüksək qiymətləndirilir. Builki “Yay məktəbi”ndə partiyanın üzvü olan 600 fəal gənc iştirak edib. Tədbirlər Oğuz rayonunun “Afra” hotelində və Masallının “Viləş” istirahət mərkəzində reallaşdırıldı. Xatırladım ki, bu layihə 2007-ci ildən həyata keçirilir və tədbirin keçirilmə qaydaları daha da təkmilləşdirilib.
Layihədə iştirak edən gənclər həm Bakı şəhərini, həm də bölgələri təmsil ediblər. Hər il olduğu kimi, bu dəfə də “Yay məktəbi” ölkəmizin gözəl guşələrində təşkil olundu. Gənclərin yerləşdiyi hotellərdə yüksək şərait var, onlar bu hotellərin bütün xidmətlərindən istifadə edə biliblər. Bildiyiniz kimi, layihənin məqsədi odur ki, gənclər həm asudə vaxtlarını yaxşı keçirsinlər, həm bir-birilə təmas, münasibət qursunlar, eləcə də, onlar üçün intellektual və əyləncəli yarışlar təşkil olunur. Eyni zamanda, “Yay məktəbi”ndə partiyamızın rəhbər şəxsləri, deputatlar, Milli Məclisin komitə sədrləri, eləcə də, hökumət nümayəndələri gənclərin qonağı olublar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşüb, gəncləri maraqlandıran suallara cavab veriblər. Hesab edirəm ki, “Yay məktəbi” gənclərimizin intellektual səviyyəsinin daha da yüksəlməsi və asudə vaxtlarının səmərəli keçirilməsi baxımından əhəmiyyətli layihədir. İnanıram ki, partiyamız gələcəkdə də bu layihələrə ciddi şəkildə dəstək verəcək.
- Azərbaycan gəncliyinin böyük bir hissəsi Yeni Azərbaycan Partiyasının sıralarında birləşib. Gənclərin öz siyasi talelərini bu partiya ilə bağlamalarını, onların bu istək və arzularını şərtləndirən amillər hansılardır?
- Bu gün ölkəmizin inkişaf siyasətində özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası öz sıralarında 600 min insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir. Partiyamızın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclərin özünəməxsus yer tutması, eləcə də, diqqət və qayğı ilə əhatə olunmuş gənclərin partiyamızın qüdrətinin və gücünün əhəmiyyətli dayaqlarından birinə çevrilməsi, partiyaya gənclərin axını Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla gələcək inkişafımıza ən etibarlı təminat yaradır.
Şübhəsiz ki, Azərbaycan gənclərinin YAP sıralarına qoşulmaları, öz siyasi talelərini bu partiya ilə bağlamalarının ciddi əsasları var. Partiyamızın sıralarına, xüsusilə, intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərlə bağlı olduğunu əminliklə söyləmək olar. Bu, o deməkdir ki, YAP gənclərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər.
Məlum olduğu kimi, hazırda YAP üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir və partiyada birləşən gənclərin sayı 200 min nəfərdən artıqdır. Əlbəttə ki, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan gəncliyi də Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətini dəstəkləyir. Onu da bilirsiniz ki, YAP-ın fəaliyyətində başlıca olaraq xalqa xidmət amili dayanır. Sadaladığım bu amillər ölkə gənclərinin partiyamıza qoşulmasının, öz siyasi talelərini YAP-a bağlamasının əsasını təşkil edir.
- Seymur müəllim, YAP Gənclər Birliyi bütün seçki kampaniyalarında maraqlı layihələrlə çıxış edir. Bu seçkilərdə də yeni layihələriniz olacaqmı?
- Əlbəttə, bizim prezident seçkiləri ilə əlaqədar müəyyən layihələrimiz var. YAP Gənclər Birliyi olaraq bu layihələri əsasən təbliğat-təşviqat prosesində həyata keçirəcəyik.
Amma bütövlükdə, təşkilatımız ardıcıl olaraq cəmiyyətə maraqlı layihələr təqdim edir. Müasir dövrümüzdə İKT-nin əhəmiyyətini nəzərə alsaq, YAP Gənclər Birliyinin üzvləri daim sosial şəbəkələrdə fəal olmağa çalışır. Bilirsiniz ki, radikal müxalifət partiyaları, ölkəmizin inkişafını istəməyən qüvvələr sosial şəbəkələr vasitəsilə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Təbii ki, biz onların qarşısında susmuruq və tutarlı arqumentlərimizi ortaya qoyuruq. YAP-da yüksək intellektli gənclər birləşib və müqayisə etsək, müxalifət düşərgəsində toplaşan azsaylı gənclər bizim gənclərdən intellekt cəhətdən çox-çox aşağıdır. Çox təəssüf edirəm ki, ölkəmizdə az da olsa, müasir dövrlə ayaqlaşa bilməyən, reallıqları görməyən, hadisələrə obyektiv baxa bilməyən gənclər var. Bu gənclər radikal, hakimiyyətə gəlmək naminə Azərbaycanın düşmənlərilə əməkdaşlıq etməkdən çəkinməyən müxalifət partiyalarının rəhbərlərinin əlində alətə çevriliblər. Müxalifət partiyaları hansı alternativ proqram ortaya qoya bilirlər? Təbii ki, belə proqramları yoxdur. Onlar sözçülükdən başqa irəliyə getmək iqtidarında deyillər, Azərbaycan cəmiyyəti ənənəvi müxalifətin eyni fikir, eyni təfəkkür sahibi olduğunu, məsələlərə bəsit düşüncə tərzi ilə yanaşmasını bilir və bütün bunlar müasir dövrün tələbləri ilə səsləşmir. Ona görə də, müxalifət düşərgəsi öz ətrafına çox cüzi sayda gənclər toplaya bilib.
Hesab edirəm ki, onlar da səhv yolda olduqlarını dərk edib, nə vaxtsa düzgün yola qayıdacaqlar. Qeyd etdiyim kimi, bütün hallarda YAP-ın üzvü olan gənclər sosial şəbəkələrdə qarşı tərəfin iddialarına tutarlı şəkildə cavab verirlər. Gənclərimiz sosial şəbəkələrdə qruplar yaradıblar ki, bu qruplar gənclər arasında xeyli populyardır. Qruplarda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət təbliğ olunur. Eyni zamanda, ölkəmizin inkişafını əks etdirən bütün məsələlər haqda münasibət açıqlanır. Bir sözlə, bu qrupda birləşən on minlərlə insan çox fəallıq göstərir ki, bu da qarşı tərəfin əsassız iddialarına tutarlı cavab verilməsində vacib rol oynayır.
Ümumiyyətlə, görülən işlər nəticəsində Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğunu bilirik. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. YAP Gənclər Birliyi öz fəaliyyətində Prezident İlham Əliyevin siyasətinin uğurlarını təbliğ etməyi özünün başlıca vəzifəsi hesab edir və bu işin öhdəsindən layiqincə gəlməyə çalışır. Yuxarıda qeyd etdiyim kimi, seçki kampaniyasının təşviqat dövründə isə yeni layihələrimizi təqdim edəcəyik.
Xəbər lenti
Hamısına baxİdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34

