Hər bir seçici Prezidentin vəkilidir
11.09.2013 [09:11]
Siyavuş Novruzov: Ölkədə tam demokratik seçki mühiti var. Azərbaycan seçiciləri də öz seçimini edib və bir daha seçimini rəsmiləşdirmək üçün oktyabrın 9-da seçki məntəqələrinə gedəcəklər
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Media forum” saytına müsahibə verib:
- YAP-ın prezidentliyə namizədi, Prezident İlham Əliyevin bu seçkidə vəkilləri olacaqmı?
- Prezidentliyə namizəd İlham Əliyevin vəkili Azərbaycan xalqıdır, bütün seçicilərdir. Görülən işlər, həyata keçirilən islahatlar xalq və dövlət üçün edilib. 18 yaşı tamam olmuşlardan başlamış yaşı 100-ü ötənlərədək hər bir vətəndaş Yeni Azərbaycan Partiyasının Sədri, prezidentliyə namizəd İlham Əliyevin vəkili olmaq istəyir, belə arzuları var. Ona görə də, biz hesab edirik ki, hər bir vətəndaş Prezidentin vəkilidir. Bütün bunlara görə vəkillik institutunu məhdudlaşdırmaq olmaz. Seçki Məcəlləsinə əsasən, prezidentliyə namizədin yalnız 50 vəkili ola bilər. Bu müddəanın məcəllədən çıxarılması üçün parlamentdə məsələ qaldıracam, təkliflə çıxış edəcəm. Vəkillik məsələsini sərbəst buraxmaq lazımdır, nə qədər adam istəyir, vəkil olsun.
- Deməli, YAP 50 nəfərlik vəkil siyahısı hazırlamayacaq?
- Xeyr, hazırlamayacağıq. Belə bir niyyətimiz yoxdur. Hər bir seçici prezidentin vəkilidir. Vəkillik məsələsinə görə YAP-da fikir ayrılığı, narazılıq olması, kimlərinsə “mən vəkil olmalıyam” deyib dirəşməsi haqda deyilənlər isə yalan və böhtandır. 50 nəfərlik vəkil siyahısının hazırlanmamağı bunun nəticəsi deyil, belə bir şey yoxdur. Təbii ki, bütün Azərbaycan xalqı prezidentin vəkili olmaq istəyir. Qanuna uyğun olaraq bütün xalq prezidentin vəkilidir.
- Amma elə yerlər var ki, orada prezidentliyə namizədin vəkilləri çıxış etməlidir. Bunun üçün də həmin şəxsin vəkil səlahiyyəti olmalıdır. İTV-də pulsuz efir vaxtında YAP-dan kim çıxış edəcək?
- Seçki Məcəlləsinə əsasən, prezidentliyə namizədin, namizədi irəli sürən partiyanın, blokun səlahiyyətli nümayəndələri olur. YAP-ın səlahiyyətli nümayəndəsi Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, İcra katibinin müavini Mübariz Qurbanlı və mən səlahiyyətli nümayəndəyəm.
Bundan başa, seçki qərargahının üzvü olan və təbliğat-təşviqat kampaniyasında iştirak edən şəxslər İTV-dəki pulsuz efir vaxtında çıxış edə bilərlər.
- YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyev seçki kampaniyasında iştirak etməyəcək. Namizədin təbliğat aparmaması doğru metoddurmu və bu, YAP-ın namizədinə verilən səslərin azalmasına səbəb olmayacaq ki?
- Özünü xalqa tanıtmaq istəyən namizədlər seçki kampaniyası aparırlar. Prezident İlham Əliyevi bütün Azərbaycan xalqı tanıyır. Ona görə də Onun seçki kampaniyası aparmasına ehtiyac yoxdur. Namizəd gedib xalq qarşısında çıxış edir, gördüyü və görəcəyi işlərdən danışır. İlham Əliyev prezident olduğu 10 ildə xalq qarşısında dəfələrlə çıxış edib, proqramlar açıqlayıb, yekunları barədə hesabatlar verib. Həmin proqramlar əsasında da Azərbaycan inkişaf edir, abadlıq, quruculuq işləri aparılır, yeni məktəblər, iş yerləri açılır, əməkhaqqı artır, regionlar dirçəlir. Artıq inkişaf yalnız rayon mərkəzləri ilə məhdudlaşmır, kəndlərə keçib. Hər bir kəndə qaz çəkilir, yeni yollar salınır. Yoxsulluğun aradan qaldırılması üçün iş aparılır. Bütün bunlar haqda tez-tez cəmiyyətə hesabat verilir, gələcək proqramlar qeyd olunur. Prezidentliyə namizəd İlham Əliyevin gedib əlavə olaraq hansı fikri söyləməsinə ehtiyac var? Heç bir ehtiyac yoxdur. Çünki O, öz sözünü deyib və bundan sonra da deyəcək.
- Vacib məsələlərdən biri də seçici fəallığına nail olmaqdır. Əsas namizədlərdən birinin kampaniya aparmaması, rəqibləri ilə yarışmaması seçici fəallığının aşağı düşməsinə səbəb ola bilərmi?
- Əksinə, seçici fəallığını daha da artıracaq. Azərbaycanın istənilən vətəndaşı konstitusiya və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq namizədliyini irəli sürə bilər. Namizəd olmaq istəyən şəxs lazımi sayda imza toplayırsa, MSK onu qeydiyyata alır və həmin şəxs seçkidə namizəd olur. Yəni ölkədə tam demokratik seçki mühiti var. Azərbaycan seçiciləri də öz seçimini edib və bir daha seçimini rəsmiləşdirmək üçün oktyabrın 9-da seçki məntəqələrinə gedəcəklər.
- Rəqiblərin güclü seçki kampaniyası aparıb seçiciləri öz tərəflərinə çəkməsindən, YAP-ın ümid etdiyi səsləri onların qazanacağından ehtiyat etmirsiniz?
- Digər namizədlər ancaq öz aralarında yarışa bilərlər. Nə Azərbaycan daxilində, nə ölkədən kənarda bizim namizədimizlə yarışmaq qabiliyyətinə malik şəxs yoxdur. Bu baxımdan, dediyiniz vəziyyətin yaranacağından narahat deyilik. Təbii ki, bütün seçicilərə təşəkkürümüzü, minnətdarlığımızı bildiririk, onlarla görüşlər keçiririk, həmişə seçicilərlə bir yerdəyik. Digər şəxslər seçkidən-seçkiyə əhali ilə ünsiyyətə girirsə, biz daim bunu edirik, xalqla bir yerdəyik.
- Dövlət başçısının rayonlara səfərləri davam edir. Bunu, həm də, seçki səfərləri adlandırmaq olarmı?
- Qəti şəkildə belə deyil. Əvvəlki illərdə belə səfərlər daha sıx-sıx həyata keçirilib. Arxiv materiallarına baxsaq, bunun şahidi olarıq ki, əvvəlki illərdə Prezident rayonlara daha tez-tez səfər edib. Bu il seçki ilə əlaqədar olaraq səfərlər bir qədər azalıb.
- İlham Əliyevin seçki kampaniyasında iştirak etməməsi haqda qərar partiyanın təklifi ilə qəbul edilib, yoxsa, bu, namizədin öz istəyidir?
- O namizəd təbliğat-təşviqat kampaniyasında iştirak edir ki, öz platformasını, proqramını xalqa çatdırmaq zərurəti duyur, bunun üçün xalqla görüşür, platformasını onlara təqdim edir. İlham Əliyev prezident seçildiyi gündən səlahiyyət müddəti başa çatanadək bütün dövrlərdə gördüyü və gələcəkdə görəcəyi işlər barədə xalqa hesabat verib. Seçki kampaniyası başlayır deyə Onun yenidən hesabat verməsinə ehtiyac yoxdur.
- YAP 9 oktyabrda nə qədər səsə iddia edir?
- Bunu iddia adlandırmaq doğru deyil. Əslində biz xalqla, xalq da bizimlə bir yerdədir. Ona görə də seçicilərin böyük əksəriyyəti YAP-ın namizədinə səs verəcək.
- 2008-ci ilin prezident seçkisində qazanılan səslərdən artıq, yoxsa əskik nəticə gözləyirsiniz?
- Ölkənin inkişafını, əhalinin həyatındakı dəyişiklikləri, bölgələrdəki durumu 2008-ci illə müqayisə edəndə nə qədər böyük irəliləyiş baş verdiyini görmək olar. Təbii ki, 2008-ci illə müqayisədə daha yüksək nəticə, daha çox səs gözləyirik və belə də olacaq.
- Rəqəm demək istəmirsiniz?
- Rəqəmi MSK deyəcək, mən söyləyə bilmərəm.
- Seçki fondu formalaşdırmısınızmı? Nə qədər vəsait xərcləmək niyyətindəsiniz?
- Bəli, formalaşdırmışıq. Vəsaitə gəldikdə, bunu MSK-dan öyrənmək olar.
- İTV-də pulsuz efir vaxtında konkret kimlərin çıxış edəcəyini müəyyənləşdirmisinizmi?
- Bu, çıxışlar olan gün efirdə görünəcək. Tutaq ki, bu gün filankəs olacaq, sabah isə xəstələnib gedə bilməyəcək, onda da başqası efirə çıxacaq. İndidən filankəs olacaq demək olmaz. Bunu ancaq efirdə görmək olar. Burada problem yoxdur.
- YAP-ın seçki kampaniyası dövründə paytaxtda və bölgələrdə kütləvi aksiyalardan istifadə etmək planı varmı?
- YAP Seçki Məcəlləsinin imkan verdiyi, qanunvericiliyin tələblərinə uyğun olan bütün imkanlardan istifadə edəcək.
- Seçki günü ilə bağlı proqnozlarınız necədir? Əvvəllər belə fikirlər səslənirdi ki, ölkədə iğtişaş ola bilər, insanlar küçələrə çıxa bilər və sair.
- Nə baş verəcəyi həmin gün görünəcək. İndidən nəsə demək doğru deyil.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyul 11:55
Ədəbiyyat
17 İyul 11:42
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:22
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50

