Çin dilini öyrənib…
04.09.2025 [18:18]
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin tələbəsi Elnur Novruzov Çinin Xi'an Jiaotong Universitetində təqaüd qazanıb .
Mövzu ilə əlaqədar ÇİN HTP TƏLƏBƏSİ - Elnur Novruzov “İnformator.az”a müsahibəsində deyib:
Jurnalistika ixtisasını seçməyinizdə əsas amil nə idi?
“Abituriyent vaxtında qəbul imtahanları bitdikdən sonra qəti ixtisas qərarı verməyin vaxtı idi. Yığdığım baldan sonra o vaxt qarşımdakı ixtisaslardan biri də məhz jurnalistika olub. Mənim ətrafımda olan dost,tanış,qohum-əqrəba,bir sözlə, hamı məndən cavab gözləyibvə məndə içimdəki Elnurdan cavab gözləyirdim, çünki qərar dəqiq olmalı idi. Qərarımı biləndən sonra isə demək olar hamı bir nəfər kimi dedi: “Başqa bir ixtisas ola da bilməzdi, necə deyərlər, bu ixtisas elə sənin əyninə biçilib”. Məndə hiss edirdim ki, qərar səhv olmayıb və pis olmayacaq”.
Sizcə Bakı Dövlət Universiteti xarici təqaüd proqramları üçün tələbələrini necə hazırlayır?
“Bu xüsusda əsas güc tələbənin üstünə düşür deyərdim, ona görə ki,universitetdə bir sıra tədbirlər, seminarlar,ustad dərsləri və.s olur. Tələbə gərək ki, analizetmə bacarığına sahib olub fərq qoymalıdır ki, mən mütləq hansında iştirak etməliyəm. Belə tədbirlərdə iştirak edərək xarici təqaüd proqramlarına sözsüz həvəs yaranır. Həvəs yarandıqdan sonra isə artıq belə xəbərlərlə maraqlanıb addımlar atmağa başlayırsan. Əlbəttə tələbə kimi gərək bütün qeyd-şərtsiz xəbər və elanları oxumalıyıq hətta ixtisasımıza fərq qoymadan”.
Təqaüd proqramına qəbul üçün tələb olunan akademik göstəricilər və əlavə bacarıqlar hansılardır?
“Bir çox təqaüd proqramına qəbul kimi HTP-nində tələbi ÜOMG ( ümumi orta müvəffəqiyyət göstəricisi) -nin yuxarı olmasıdır. Burada tələb ÜOMG-nin 71-in üstündə olmasıdır, amma əlbəttə ki, tələb olunan digər sənədlərdə var ki, onlar da mühüm əhəmiyyət kəsb edir. Məsələn dil biliklərinizin yaxşı səviyyədə olması, sizi fərqləndirəcək. Təqdim edəcəyiniz CV-nində əhəmiyyətini vurğulamaq yerinə düşər. Motivasiya məktubu isə bir növ açar rolunu oynayır. Sonda isə müsahibədə sizin dünyagörüşünüz və özünüzü təqdimetmə bacarığınız yoxlanır”.
Bir ildə Çin dilini öyrənməyə necə nail oldunuz? Hansı metodlar və ya proqramlar faydalı oldu?
“Çin dilini öyrənmişəm” bu biraz real deyil. Kimsə çin dilini bilə bilər, amma müəyyən səviyyədə. Bu çox yaxşı səviyyədə ola bilər,lakin “Mən çin dilini bilirəm deyə bilmək hünər tələb edir”. Mənə gəldikdə isə bu səviyyəyə çatmaqda çətinlik çəkməmişəm,çünki məqsədim var idi və oxumuşam. İnad,inam və məqsəd böyük qüvvədir. İnadkar insan məqsədinə inamla addımlasa mütləq uğur qazanacaq. Davamlılıq isə sizə böyük kömək edər, dərslərə davamlı hazırlaşın. Günün müxtəlif saatlarında az da olsa dərslə məşğul olurdum ki, beyin daim heroqliflərlə məşğul olsun və bu həqiqi sözümdür. Bütün gənclərə müvəffəqiyyət arzu edirəm “.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06

