Bizim müsahib
20.02.2026 [09:16]
Emosiya, temperament...
Firdovsi Atakişiyev: Oynayacağım rol daxilimdəki hissləri oyatmalıdır
Firdovsi Atakişiyev illərdir səhnədə müxtəlif obrazlara həyat verən aktyorlardandır. Söhbətimiz əsnasında aktyor sənətə necə gəldiyindən, səhnədə qazandığı təcrübələrdən və gələcək planlarından danışdı. Firdovsi Atakişiyev ilə olan müsahibəmizi təqdim edirik.
- Bu sahəyə gəlişinizi necə xatırlayırsınız?
- Mən dil açandan mahnı oxumağa başlamışam. Hətta kiçik yaşlarımdan qonşuları və bir çox aktyorları yamsılayırdım. Ailəm məni gələcəkdə komik aktyor kimi görürdü. Hamı düşünürdü ki, bu bacarıq məndə var. Lakin böyüdükcə xarakterim və simam dəyişdi, özümü daha çox ciddi obrazlarda gördüm.
- Aktyorluq peşəsi insanın şəxsi həyatına necə təsir göstərir?
- Sənətimi heç vaxt həyatımdan ayırmamışam. Lakin bir müddət həyatımda müəyyən hadisələr baş verdi və sənəti kənara qoyaraq ailəmi seçdim. Bu, həyat yoldaşımın xəstəliyi ilə bağlı idi. Həmin dövrdə təkcə sənətdən deyil, bir çox şeydən uzaqlaşdım. Amma sənətim məndən incimədi. O ağır günləri yaşadıqdan sonra yenidən qayıtdım və aktyorluq sənəti mənə yenidən qucaq açdı.
- Həyat yoldaşınızdan söz düşmüşkən, İranə Tağızadənin aktyor olmağınızda hansı rolu olub?
- Biz ailəmizi qorumaq, övladımızı böyütməklə yanaşı, sənətimizi də birgə yaşadırdıq. Məni aktyor kimi çox bəyənir və dəstəkləyirdi. İranə xanım çox istedadlı rejissor idi və sənətlə bağlı ondan çox şey öyrəndim. Ondan sonra karyeramda sanki rejissora ehtiyac qalmadı - mənə möhkəm bir baza qoydu və getdi. Qayınatam Tofiq Tağızadə ilə sənət barədə çox müzakirələr aparırdıq. Müəllimim Nəsir Sadıqzadə də son dərəcə görkəmli pedaqoq idi. Yolumun bu insanlarla kəsişməsi baxımından özümü şanslı aktyor hesab edirəm.
- Yoldaşınız, siz, qaynatanız - hamınız sənət adamı olmusunuz. Övladınızın bu sahəyə marağı olmadı, yoxsa siz istəmədiniz?
- O, ədəbiyyatı, kino sahəsini və tarixi çox yaxşı bilir, lakin tamam başqa sahədə çalışır. Bu sənəti özü seçmədi. Kiçik yaşlarında “Köpək” filmində bir rola çəkildi, ondan sonra davam etdirmək istəmədi.
- İndiki Firdovsi Atakişiyev 20 il əvvəlki Firdovsiyə nə öyrədə bilərdi?
- Yalnız həyat təcrübəsini. Mən həmişə Tanrı ilə ruhən ünsiyyətdə olmuşam və bu mənə güclü intuisiya verib. Uşaqlıqdan belə düşünmüşəm ki, bir iş məndə alınmırsa, deməli, Allah mənə ondan daha yaxşısını verib. Həyatım boyu buna şahid olmuşam və inanıram ki, belə də davam edəcək.
- Filmdə rol seçərkən hansı meyarlara üstünlük verirsiniz?
- Emosiya, temperament... Oynayacağım rol daxilimdəki hissləri oyatmalıdır.
- Yaxın günlərdə yeni layihəniz işıq üzü görəcək. İstəyirəm bu barədə danışasız.
- Bəli, AzTV-də çoxdan gözlənilən “Tarixin oyunu” layihəsi efirə çıxıb. Bu, intellektual insanların meydanıdır. Layihənin əsas məqsədi Azərbaycan tarixinin təbliğidir. Proqramda həm tarixi irsimiz, həm də müasir tariximizlə bağlı suallar yer alacaq.
- Hazırda fəaliyyət göstərən gənc aktyorlardan razısınızmı?
- Mən hər şeydən razıyam. Yaxın zamanda istedadlı rejissor Elvin Rüstəmzadə ilə birgə işimiz olacaq. Həmin layihədə məni maraqlı bir obraz gözləyir və inanıram ki, tamaşaçılar tərəfindən də xoş qarşılanacaq.
Eyni zamanda, yaxın günlərdə Oskar Uayldın “Dorian Qreyin portreti” tamaşası təqdim olunacaq. Bu əsər gənclik illərimdən sevdiyim əsərlərdən biridir. Layihə artıq tamaşaçı rəğbətini qazanıb. Hər müğənni və ya aktyor Heydər Əliyev Sarayında anşlaq yarada bilmir. Lakin biz teatr aktyorları olaraq ardıcıl iki tamaşada bu sevgini və ehtiramı gördük. Tamaşadan sonra yarım saatdan çox tamaşaçılarla şəkil çəkdirdik. Bu sevgi bizə böyük motivasiya verir.
Mart ayında isə Tolstoyun “Anna Karenina” əsəri səhnəyə qoyulacaq. Hər iki tamaşanın rejissoru əslən Makedoniyadan olan Corc Rizeskadır. Belə istedadlı gənclərlə işləmək mənə böyük zövq verir.
- Aparıcılıq, teatr, yoxsa film - hansı sahə sizə daha yaxındır?
- Hər üçü. Çünki hər birinə böyük məsuliyyətlə yanaşıram. Bu məsuliyyət sənətə olan sevgimdən və hörmətimdən irəli gəlir.
- Elə rol olubmu ki, oynamaq istəmisiniz, amma alınmayıb?
- Heç vaxt heç bir obrazın həsrətini çəkməmişəm. Tale elə gətirib ki, ana xətt olan rolları oynamaq mənə nəsib olub. Məsələn, H. Cavidin “İblis” əsərində Vasif, Şekspirin “On ikinci gecə”sində Orsino, Tennessi Uilyamsın “Arzu tramvayı”nda Stenli Kovalski, Dostoyevskinin “Karamazov qardaşları”nda Dmitri Karamazov, “Sənətkarın taleyi” tamaşasında Hüseyn Ərəblinski, Puşkinin “Kapitan qızı”nda Yemelyan Puqaçov və s. misal gətirə bilərəm.
- Firdovsi Atakişiyev hansı halda obrazdan imtina edə bilər?
- Əgər rol məndə emosiya yaratmırsa, səhnədə məni tər basmırsa, tamaşadan sonra təngnəfəs olmuramsa, deməli, o obraza görə səhnəyə çıxmağa dəyməz.
- Bu sahəyə gəlmək istəyən gənclərə nə tövsiyə edərdiz?
- Səbrli olsunlar və nəfsinə hakim olmağı bacarsınlar. Bizim sənət o qədər də gəlirli sahə deyil, amma həyat maddiyyat üzərində qurulub. Maddiyyatla mənəviyyat arasındakı mübarizədə qalib gələ bilsələr, sənətdə qala biləcəklər.
Söhbətləşdi: Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23

