/ / Mübariz Qurbanlı: İkili standartlara yol verilməsinin nəticəsidir ki, bu gün beynəlxalq münasibətlər sistemində böhran yaşanır
Mübariz Qurbanlı: İkili standartlara yol verilməsinin nəticəsidir ki, bu gün beynəlxalq münasibətlər sistemində böhran yaşanır
17.04.2014 [09:07]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı “publika.az” saytına müsahibə verib:
- Mübariz müəllim, Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirədə dövlət başçısı bir sıra sahələrdə mövcud olan nöqsanlara toxundu, ekologiya və nəqliyyat sektorundakı problemlərdən danışdı. Prezidentin dilə gətirdiyi problemlərin həlli istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?
- Cənab Prezidentin keçirdiyi müşavirədə ölkəmizin sosial-iqtisadi inkişafı, qarşıda duran vəzifələr, beynəlxalq aləmdə yerimiz, yeridilən siyasət və əldə olunan uğurlar çox dəqiq formada ifadə edilib. Müşavirədə, həmçinin, vacib olan məsələlər də gündəmə gətirilib, ətraf mühitin qorunması, yeni yaşıllıqların salınması, Bakı şəhərinin abadlaşdırılması, Abşeron yarımdasının ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması və digər məsələlərə toxunulub və müvafiq tapşırıqlar verilib. Bakı şəhərində nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi, vətəndaşlarının istirahətinin təşkili və başqa məsələlər də müşavirədə önəmli yerlərdən birini tutub.
Prezidentimizin çıxışında beynəlxalq vəziyyət, indiki şəraitdə Azərbaycanın yürütdüyü siyasət, xüsusilə də, Ermənistanın təcavüzkar siyasətinə qarşı tutduğu haqlı mövqe, beynəlxalq təşkilatların işğalçı Ermənistana hələ də sanksiyalar tətbiq etməməsi məsələsi gündəmə gətirilib və bir daha bildirilib ki, Azərbaycan bu məsələni sürətləndirmək istəyir. Əslində, Qərb dövlətləri və beynəlxalq təşkilatlar bu məsələdə ikili standartlara yol verməməli idi. İkili standartlara yol verilməsinin nəticəsidir ki, bu gün beynəlxalq münasibətlər sistemində böhran yaşanır. Zamanında təcavüzkar Ermənistana qarşı lazımi sanksiyalar tətbiq edilsəydi, digər bu cür hərəkətlərə yol verən ölkələrə də bunu tətbiq edən zaman normal proses kimi özünü göstərəcəkdi. Lakin biz görürük ki, təcavüzkar Ermənistana qarşı bu cür sanksiyalar tətbiq edilməyib. Dağlıq Qarabağda separatçılığa rəvac verən, quldurluq və terrorla məşğul olan, azərbaycanlılara qarşı soyqırımda iştirak edən şəxslər hələ də xarici ölkələrdən dəvət alır, onlara viza verilir. Əgər bu gün Rusiyanın iş adamlarına sanksiyalar tətbiq olunursa, bu cür sanksiyalar Ermənistanın siyasi liderlərinə və rəhbərlərinə də tətbiq olunmalıdır. Çünki Ermənistan keçmiş SSRİ ölkələri arasında ilk işğalçı hərəkətlərə yol verən ölkədir. SSRİ məkanında işğala rəvac verən ən birinci ölkə Ermənistan olub. Onların bu mövqeyinə hələ də göz yumulduğu üçün MDB məkanında ərazi iddiaları indi də qalır.
Əgər zamanında SSRİ məkanında xəritənin formasının dəyişməsinin qarşısı alınsaydı, Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonların işğalına qarşı ciddi təzyiq göstərilsəydi, təcavüzkara təzyiq olsaydı, bəlkə də, indi bu hadisələr baş verməzdi. İndi Qərb diplomatları Krımla bağlı beynəlxalq təşkilatlarda müzakirələr zamanı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktını yada salaraq Ukraynada baş verən hadisələrin başlanğıcının oradan gəldiyini söyləyirlər. Ona görə də, Prezidentimiz haqlı olaraq, öz çıxışında bu məsələyə geniş yer ayırıb, bununla bağlı bizim hücum diplomatiyamızın vəzifələrini müəyyən edib.
Müşavirədə hökumətin bir neçə üzvü də çıxış edib, məsul olduqları sahələrdə gördükləri işləri ictimaiyyətin diqqətinə çatdırıblar.
- Nazirlər Kabineti Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar verib. Qərarın mətni mətbuatda birmənalı qarşılanmayıb. Bu qərar ilə Prezident İlham Əliyevin nəqliyyat sektorunu tənqid etməsinin əlaqəsi ola bilərmi?
- Mənə elə gəlir ki, mətbuat həmin qərarı oxuyub, ancaq məsələnin mahiyyətinə varmadan sensasiya axtararaq qəbul edilən qərarın hər hansı qurumun əleyhinə və ya lehinə olması barədə proqnozlar verir. Həmin qərarda yazılıb ki, yeni qurum yaradılıb. Burada kiminsə əlindən nəyinsə alınmasından söhbət getmir. Sadəcə olaraq, nəqliyyatla bağlı yeni qurum yaradılır. Bu qurum hələ yaradılmayıb, yaranandan sonra fəaliyyəti ortada olacaq. Bəlkə də, bu qurumla birlikdə müxtəlif təşkilatlar bu işləri görəcək. Çünki həmin qərarda da yazılmayıb ki, kiməsə nə isə verilsin, nə isə alınsın. Bu barədə qərarda bir cümlə də yoxdur. Qərarda söhbət yalnız nəqliyyatın idarə olunması ilə bağlı yeni qurumun yaradılmasından gedir. “BakuBus” fəaliyyətə başlayandan sonra yəqin ki, digər qurumlar da fəaliyyət göstərəcək.
- İqtidar komandasında təmsil olunan bir neçə şəxsin nurçu olması barədə yazılanlara münasibətiniz necədir?
- İndi hansısa dini təmayül adı altında kimlərsə qadağan olunmuş işlərlə məşğul olursa və bunun qarşısı alınırsa, burada hər hansı sensasiya axtarmaq lazım deyil. Dövlətin qayda-qanunları var və hər şey də bu qanunlar çərçivəsində tənzimlənir. İndi jurnalistlər bütün günü eyni mövzudan, nurçulardan yazırlar. Ancaq əmin olun ki, bu dövlət və millət Prezident İlham Əliyevin rəhbərliyi ilə güclüdür və inkişaf edir. Azərbaycanda hər hansı qrup və ya dini təmayül ölkənin inkişafını sarsıtmaq imkanına malik deyil. Lakin bu o demək deyil ki, biz ölkənin Konstitusion əsaslarına zidd qurumların fəaliyyətinə göz yummalıyıq. Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN), Daxili İşlər Nazirliyi və digər orqanları müvafiq və profilaktik tədbirlər görürlər. Hesab edirəm ki, indi hər hansı bir hadisədən yapışaraq kiminsə nurçu olması barədə fikir yürütmək əlverişli vasitə deyil.
- Kəpəz rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin də adı nurçuluqda hallanır. Partiyanın təşkilat sədri N.Həmzəyevlə bağlı olan bu məsələyə münasibətiniz necədir?
- Mən bu barədə qəzetlərdə sensasiya xətrinə yayılan yazılara şərh vermək istəmirəm. Əgər ciddi söhbətlər varsa, bu barədə danışmağa hazıram. Bizim partiyanın üzvləri Heydər Əliyev siyasətinə və ideyalarına sadiq olaraq, Yeni Azərbaycan Partiyasına daxil olan insanlardır. Partiyamızın rəhbərliyində təmsil olunan şəxslərlə birlikdə Heydər Əliyev siyasətini uğurla həyata keçiririk. Ətrafımızda olan insanlar da Ulu öndərin yolunun davamçılarıdır. Partiyamızın üzvləri hər hansı qruplarda, o cümlədən, nurçuluq deyilən qrupda təmsil olunmur və olunmamalıdır.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

