“ABŞ-ın Rəsul Quliyevə sığınacaq verməsini kimsə inkar edə bilməz”
21.05.2014 [09:16]
Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü Bahar Muradovanın Publika.az-a müsahibəsi:
- ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna son müsahibəsi ölkəmizdə birmənalı qarşılanmadı. Müsahibədə Azərbaycan hakimiyyətinə qarşı yer alan bəzi fikirlərə bir sıra dövlət rəsmiləri sərt münasibət bildirdilər. ABŞ səfirinin bu cür fikirlər səsləndirməsini siz necə qarşılayırsınız?
- Bu mübahisəli müsahibə haqqında artıq Azərbaycanın bir çox ictimai və siyasi, həmçinin, dövlət xadimləri açıqlama veriblər. Mən də bu müsahibədə bəzi fikirlərin müvafiq konvensiyaya və ölkələrimiz arasında mövcud olan münasibətlərin ruhuna uyğun olmadığı qənaətindəyəm. Düşünürəm ki, hər hansı bir ölkənin digər dövlətə təyin olunan səfirinin müəyyən olunmuş fəaliyyət sahələri var. Səfirlər də bu və ya digər məsələyə münasibəti müəyyən çərçivədə ifadə etməlidir. Elə məsələlər var ki, onların xarici diplomatlar tərəfindən müzakirə edilməsi məqsədə uyğun hesab olunmur. Ona görə də mən də Azərbaycan rəsmilərinin bu məsələ ilə bağlı səsləndirdiyi fikirlərə qoşuluram. Hesab edirəm ki, ABŞ səfiri Riçard Morninqstar öz fikirlərini ifadə edərkən, Azərbaycanın daxilində gedən müzakirələrin tərəfinə çevrilib. Çünki burada görünür ki, ondan müsahibə alan şəxs də səfiri öz sualları ilə yönləndirməyi bacarıb. Səfir isə özü də bilmədən Azərbaycanda daxili siyasi müzakirələrin tərəfinə çevrilib. Təbii ki, bütün bunlar da çox təəssüf doğurur.
- ABŞ səfirinin Azərbaycanda korrupsiyanın vəziyyəti ilə bağlı fikirlərinə münasibət bildirən Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, Azərbaycanda korrupsiyanın əsasını qoyan şəxs eks-spiker Rəsul Quliyevdir və o, hazırda ABŞ tərəfindən himayə olunur. Bu məsələyə sizin münasibətiniz necədir?
- Hesab edirəm ki, bu, kifayət qədər çox ciddi arqumentdir. Bəzi adamlar bu arqumenti götürüb Novruz Məmmədovu tənqid etmək istəyirlər. Ancaq bu bir faktdır. Yəni, Azərbaycanda korrupsiya və rüşvətxorluqda günahlandırılan bir şəxsə bu gün ABŞ sığınacaq verib. Bunu kimsə inkar edə bilməz. Bu, faktdır. Rəsul Quliyevin rüşvətxor olduğunu və onu ABŞ-ın himayə etməsini söyləmək, Azərbaycanın korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərini şübhə altına almaq kimi qəbul edilə bilməz. Ona görə də bu məsələləri olduğu kimi qəbul etmək lazımdır. Bu məsələni Azərbaycan dövlətinə və onun yürütdüyü siyasətə qarşı yönəldənlər isə öz siyasi dividendlərini güdürlər. Bu isə yolverilməzdir. Azərbaycanın kimlərinsə tövsiyə və göstərişi ilə idarə edilməsini istəyən bəzi vətəndaşlara da sözüm var. Onlar nə üçün bu məsələni başqa formada gündəmə gətirirlər? Mən bunu çox qəribə qarşıladım. Çünki bizim bəzi siyasətlə məşğul olan adamlar ABŞ-ın bu cür mövqeyini çoxdan gözlədiklərini deyirlər. Axı onlar bununla nəyi gözləyirlər? Bunun ardınca hansı addımların atılmasını gözləyirlər? Onlar anlamalıdırlar ki, Azərbaycan dövləti doğru yoldadır. Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da çox düzgün vurğulayır ki, Azərbaycana qarşı heç bir kənar müdaxilələrə və cəhdlərə, ölkədə sabitliyi pozmaq istəyən qüvvələrə yol verilməyəcək.
Heç kim Azərbaycanın korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə aparmasını da inkar edə bilməz. Burada təkcə söhbət administrativ metodlardan getmir. Bilirsiniz ki, Azərbaycan son dövrlər çox böyük ilklərə imza atıb. Azərbaycan dövləti indiyədək heç bir demokratik cəmiyyətlərdə müşahidə olunmayan yeni mexanizmlər tapıb. Azərbaycan dövləti bürokratik əngəllərə, süründürməçiliyə, korrupsiya və rüşvət hallarına qarşı çox effektiv mübarizə metodu tətbiq edir. Mən burada “ASAN xidmət” mərkəzini xüsusi vurğulamaq istəyirəm. Bu, mexanizm Azərbaycanın təcrübəsidir və ən effektli mübarizə metodudur. Azərbaycanın bu təcrübəsi nəinki özü üçün, həm də bütün dünya dövlətləri üçün nümunə ola bilər. Hesab edirəm ki, məhz ABŞ-ın özü də Azərbaycanın bu üsulundan öz ölkəsi üçün yararlana və bunun nə dərəcədə effektli olmasına əmin ola bilər.
- Bahar xanım, hazırda ABŞ-Azərbaycan münasibətlərində nə baş verir?
- Mən bunu həddindən çox qəlizləşdirməyin də tərəfdarı deyiləm. Bu cür bəyanatlar dəfələrlə olub və bundan sonra da ola bilər. Hər hansı dövlətin nümayəndəsi Azərbaycanın daxili siyasəti ilə bağlı müəyyən yersiz açıqlamalar verir və buna dövlətin və cəmiyyətin hər hansı nümayəndələrinin reaksiyası baş verir. Bu isə təbiidir. İndi ABŞ səfirinin də müsahibəsinə qarşı adekvat müsahibələr oldu və hər kəs nəyin doğru olduğunu gördü. Ancaq bir məqamı da qeyd edim ki, ABŞ-Azərbaycan münasibətlərini pozmaq istəyən qüvvələr də var. Amma biz buna yol verməməliyik. Ona görə də, biz ABŞ səfirinin bu müsahibəsinə görə bəyan edirik ki, bu, ABŞ-Azərbaycan münasibətlərinin ruhuna uyğun deyil. Çünki bizim münasibətlərimiz dostluq, tərəfdaşlıq, əməkdaşlıq və terrora qarşı mübarizədə birgə fəaliyyətə xidmət edir. Təbii ki, bu münasibətlər gələcəkdə də davam edəcək.
- İnternetdə AXCP sədri Əli Kərimlinin avtomobilinin izlənilməsini əks etdirən videokadr yerləşdirilib. Bu məsələyə münasibətiniz necədir?
- Bilirsiniz, artıq Azərbaycan cəmiyyəti Əli Kərimli adlı bir siyasətçini çoxdan unudub. Gedib küçədə istənilən vətəndaşdan soruşun ki, Əli Kərimli kimdir. İnanmıram ki, çox adam bunu tapıb desin. Əli Kərimlinin siyasətçi və partiya sədri olduğunu bilən çox az adam tapılar. Mən bu məsələ ilə bağlı Əli Kərimlinin piarını aparmağa və digər tanınmış dövlət və ictimaiyyət xadimlərini də bu məsələyə cəlb etməyə lüzum görmürəm. Bu videonu kim və nə məqsəd üçün çəkib, bundan nəyə görə istifadə etmək istəyir, bu, onların öz işidir. Ancaq bu onların istədiyi effekti vermədi. Əli Kərimli cəmiyyətin hansı küncündə idisə, elə həmin küncündə də qalıb. İndi onu hər hansı fiqura çevirmək daha mümkün olmayacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32

