Siyavuş Novruzov: “Müsavat” beş-altı nəfərin toplaşıb çay içdiyi dərnəyə çevrilib
05.12.2014 [10:02]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Publika.az-a müsahibəsində “Müsavat”da baş verən prosesləri şərh edib.
- Siyavuş müəllim, “Müsavat”da narazılar yeni hərəkat yaratdılar. Siz qurultaydan sonra bu partiyanın parçalanacağını deyirdiniz. Sizcə, bu artıq parçalanma deyilmi?
- Mən əvvəldən qurultayın yenidən keçirilməsini demişdim. Çünki bu qurultay ədalətsiz, qeyri-demokratik və saxtakarlıqla keçirilmişdi. Bu da partiyanın rayon-şəhər təşkilatlarının, partiya üzvlərinin maraqlarını özündə əks etdirmirdi. 20 ildən artıq bir müddətdə partiyanın inkişafına mane olan, seçkilərdə məğlub duruma salan, dialoqdan imtina edən və digər məsələlərə əngəl törədənlər saxta yolla rəhbərliyə seçildilər. Bu adamlar partiyanı nüfuzdan salır, daxildə qruplaşma yaradır, ümumi işi bir neçə nəfərin əlində cəmləşdirərək, daxil olan maliyyəni mənimsəyiblər. Qurultayı çağırmaqda məqsəd isə, sadəcə, yeniliyin olması idi. Lakin 10 ildən artıq nizamnamə pozuntusuna yol verilməsinə baxmayaraq, yenilik olmadı. Qurultayda saxtakarlıqla seçilən bu qrup “Müsavat”ı monopoliyada saxlamaqda davam etdi. Bütün bu proseslər “Müsavat” üzvlərinin gözü qarşısında baş verdi. Nəticə etibarilə, rayon təşkilatları, eləcə də “Müsavat”ı yaradan bir çox insan etiraz olaraq istefa verdilər. Onlar yeni qurultay tələb edirlər. Mən bunu normal qarşılayıram. Dünya təcrübəsi, xüsusilə qonşu Türkiyə təcrübəsi göstərir ki, hansısa məsələdə razılıq yoxdursa, partiya bütövlüyü naminə yenidən qurultay keçirilir. Özünə arxayın olan siyasi təşkilat və onun lideri bundan çəkinməməlidir. Əgər çoxluq yenidən qurultay tələb edirsə, buna qarşı çıxmaq nizamnamə pozuntusudur. Lakin “Müsavat”ı monopoliyaya alanlar yenidən qurultay olacağı təqdirdə seçilməyəcəklərini yaxşı anlayırlar. Buna görə də qurultaydan imtina edir və etiraz edənləri repressiv üsullarla cəzalandırır, partiyadan uzaqlaşdırırlar. İndiyə qədər ictimai-siyasi proseslərdə aktiv iştirak edənlər, partiyadaxili siyasi sistemi yaradanlar kənarda qalıblar. Onlar hansısa formada öz ideyalarını cəmiyyətə çatdırmağa məcburdurlar. Buna görə də yeni hərəkatın yaranması tam zərurətdən ortaya çıxan məsələdir.
- Maraqlıdır, İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər də baş verənlərlə razı deyil və yeni partiyanın anonsunu verir.
- O, qurultayda çıxış etmək istədiyini, lakin imkan yaradılmadığını özü deyib. Onun 2009-cu ildə partiya sıralarından çıxarıldığı bəhanəsini gətiriblər. Amma özü 2013-cü ildə yaxşı işlədiyi üçün “Müsavat”ın fəxri fərmanı ilə təltif olunduğunu deyir. Deməli, təkcə seçkilərdə yox, bir çox sahədə saxtakarlığa yol verirlər və bunlar yavaş-yavaş üzə çıxır. Bu baxımdan baş verənlərin yeni siyasi təşkilatın meydana çıxması ilə nəticələnəcəyini düşünürəm. Faktiki olaraq “Müsavat”da nizamnamə kobud şəkildə pozulub. Rəhbər vəzifələrində təmsil olunanların bəziləri ümumiyyətlə partiya üzvü deyil. Sadəcə olaraq, Qərbin dəstəklədiyi, maliyyə verdiyi hansısa QHT rəhbərləridir. Düşünürlər ki, gələcəkdə bu tipli insanlar vasitəsilə Qərbdən maliyyə ala bilərlər. Belələrini rəhbərliyə gətirəndə, illərdir “Müsavat”da fəaliyyət göstərənlər qıcıqlanır. Buna görə də təbii olaraq hazırkı proseslər yaşanır.
- Yeni hərəkatı hazırkı rəhbərlik iqtidarın layihəsi hesab edir. Lakin hərəkatda təmsil olunan Adil Qeybulla ictimai-siyasi proseslərdə mühüm iştirakı olmayan partiyanın iqtidar üçün maraqlı olmadığını bildirib. Siz necə düşünürsünüz?
- Həqiqətən də, belədir. Rəhbərliyi “Müsavat”ı çox pis vəziyyətə salıb. Bu partiyanın hazırda Azərbaycanda ictimai-siyasi proseslərə təsir etmək gücü sıfıra bərabərdir. Ölkədə qəzet üzərində fəaliyyət göstərən partiyalar var. “Müsavat” da yavaş-yavaş belə partiyaya çevrildi. Bələdiyyə seçkilərinə qatılmır, ictimai-siyasi həyatda heç bir dəstəyə malik deyil. Yeni ideyalar, alternativ təkliflər verə bilmirlər. Partiyada kadr dəyişikliyi, islahatlar yoxdur. “Müsavat” beş-altı nəfərin toplaşıb çay içdiyi dərnəyə çevrilib.
- Siyavuş müəllim, Sərdar Cəlaloğlu Əli Kərimlini müxalifətin “primadonna”sı adlandırdı. Bu haqda nə deyə bilərsiniz?
- Mən siyasətdə həmişə proqnoz vermişəm, təhlillər aparmışam. Amma kimliyindən asılı olmayaraq heç kimi təhqir etməmişəm. Hətta düşmən mövqeyində dayandığım adamları da. Ona görə də bu məsələ haqda heç nə demək istəmirəm. Kim kimə nə deyir, özləri bilər.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23

