/ / Əli Ömərov: İlk Avropa Oyunları iqtisadi, mədəni və siyasi baxımdan da müstəsna əhəmiyyət kəsb edir
Əli Ömərov: İlk Avropa Oyunları iqtisadi, mədəni və siyasi baxımdan da müstəsna əhəmiyyət kəsb edir
05.05.2015 [10:15]
Müsahibimiz Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycanın sabiq baş prokuroru, Deportasiya Qurbanları Cəmiyyətinin dönəm sədri Əli Ömərovdur:
- Əli müəllim, Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin sonuncu toplantısında müzakirə olunan məsələlər sırasında qondarma “erməni soyqırımı” və ilk Avropa Oyunları da olub. İlk növbədə, birinci məsələ ilə bağlı aparılan müzakirələrin fonunda fikirlərinizi bilmək istərdik...
- Bəli, bu günlərdə Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin toplantısı keçirildi. Toplantıda əsas etibarilə təşkilati məsələlər müzakirə edildi, qurumun dönəm sədri seçildi. İdarə Heyətinin üzvləri əvvəlki dönəm sədri Nurəddin Osmanlıya indiyə qədər göstərdiyi fəaliyyətə görə dərin təşəkkürlərini ifadə etdilər. Nəticəyə uyğun olaraq yeni dönəm sədri seçildim.
Toplantıda bir sıra məsələləri müzakirə etdik. Bunlar sırasında qondarma “erməni soyqırımı” məsələsi də yer aldı. Orada da əminliklə ifadə olundu və bir daha qeyd edirəm ki, əsl soyqırımını məhz ermənilər törədiblər. Son 100 ildə 5 milyona yaxın soydaşımız öz doğma torpaqlarından deportasiya olunub. Vətəndaşların daimi yaşayış yerlərindən qanunsuz olaraq kütləvi şəkildə köçürülməsi beynəlxalq hüquqda yolverilməz hal kimi xarakterizə olunur.
Amma ermənilər öz havadarlarının vasitəsilə bu qondarma “soyqırımı” iddialarını qabardıblar. Bu gün də bu iddiaları dəstəkləyənlər tarixin saxtalaşdırılmasına açıq şəkildə göz yumurlar. Bilirsiniz ki, qondarma “soyqırımı”nın 100 illiyinə həsr olunmuş mərasimdə Rusiya və Fransanın dövlət başçıları iştirak etdilər. Biz bunu dini kontekstdə dəyərləndiririk. Onlar xristian dininə mənsub olduqlarına görə dini baxışlar zəminində həmrəylik nümayiş etdiriblər. Bu həm də onu göstərir ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv yanaşma ortaya qoymur, daha çox ermənipərəst mövqe sərgiləyir.
Onu da qeyd edim ki, Deportasiya Qurbanları Cəmiyyəti olaraq bu “soyqırımı” məsələsində Azərbaycan və Türkiyə hökumətlərinin mövqeyini qətiyyətlə dəstəkləyirik. Azərbaycan və Türkiyə dövləti bu istiqamətdə qətiyyətli siyasət aparır, ermənilərin qondarma iddialarını alt-üst edir. Və biz əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda torpaqlarımız işğaldan azad olunacaq.
- İlk Avropa Oyunları Azərbaycan və Avropa üçün əlamətdar hadisə olacaq. Bir məqam da var ki, bu Oyunlar ərəfəsində bəzi qərəzli dairələr Azərbaycana qarşı “qara piar” kampaniyası aparırlar. Bu barədə nə deyə bilərsiniz?
- Biz yuxarıda bəhs olunan toplantıda cari ilin iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarını da müzakirə etdik. Ümumi qənaət ondan ibarətdir ki, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edəcək. Bu baxımdan, Azərbaycana qarşı qarayaxma kampaniyası qərəzli olmaqla yanaşı, heç bir real əsasa söykənmir. Bu kampaniyanın arxasında erməni lobbisi və onlarla əməkdaşlıq edən qüvvələr dayanır.
İlk Avropa Oyunları bir çox mənada ölkəmiz üçün əhəmiyyətli olacaq. Buraya gələn insanlar Azərbaycan reallıqları ilə tanış olacaq, ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin nəticələrini görəcəklər. Onlar, eyni zamanda, xalqımızın sahib olduğu yüksək keyfiyyətlərin - qonaqpərvərliyinin, mədəniyyətinin şahidi olacaqlar.
Bütövlükdə, ilk Avropa Oyunları böyük idman hadisəsi olmaqla yanaşı, iqtisadi, mədəni və siyasi baxımdan müstəsna əhəmiyyət kəsb edir. Deportasiya Qurbanları Cəmiyyəti bu Oyunların əhəmiyyətini yüksək qiymətləndirir, onun keçirilməsini xalqımızın və dövlətimizin maraqlarına uyğun hesab edir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

