/ / Siyavuş Novruzov: Parlament seçkisi ilə bağlı hər bir dairə və namizədlər üzrə araşdırmalar aparılıb
Siyavuş Novruzov: Parlament seçkisi ilə bağlı hər bir dairə və namizədlər üzrə araşdırmalar aparılıb
01.07.2015 [10:24]
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun Trend-ə müsahibəsi
- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri hansı mərhələdədir?
- Parlament seçkilərinə hazırlıqla əlaqədar proseslər gedir. Partiyanın rayon və şəhər təşkilatlarına lazımi tapşırıq və tövsiyələr verilib. Mərkəzi seçki qərargahının və yerli seçki qərargahlarının fəaliyyət proqramı hazırlanıb və mərhələli şəkildə bu proqram həyata keçirilir. Hazırda rayon və şəhər seçki qərargahlarının yaradılması və texniki təchizatı, orada fəaliyyət göstərəcək şəxslərin seçilməsi və onlara təlimlərin keçirilməsi prosesi gedir. İyul ayı ərzində bu məsələlər öz həllini tapmalıdır. Bundan əlavə, hər bir dairənin ərazisində seçicilərin kateqoriyaları, əhalinin məşğuliyyəti, oradakı problemlər və digər məsələlərlə bağlı araşdırma aparılacaq. Avqust ayının 1-dək bu proseslər də həllini tapmalıdır.
Bütün seçki dairələrində namizəd irəli sürdüyümüz üçün Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq,hər bir dairə və məntəqəyə bir nəfər məşvərətçi səs hüquqlu üzv və bir nəfər müşahidəçi təyin etmək hüququna malikik.Bu baxımdan həmin şəxslərin də müəyyənləşməsi və seçilməsi prosesi gedir. Həmçinin namizədlərimiz üçün imza toplayacaq şəxslərin müəyyənləşdirilməsi prosesi gedir. Çalışırıq ki, hər bir dairə üçün təxminən 10 nəfər imza toplayan şəxs müəyyən edək ki, imzatoplama kampaniyası uğurla başa çatsın. Bundan sonra isə qalan proseslərə seçkiyə start verildikdən sonra başlanılacaq.
- YAP-ın parlamentdə təmsil olunan hazırkı tərkibində hansı dəyişikliklər gözlənilir?
- Hər bir dairə və namizədlər üzrə araşdırmalar aparılıb. Yəni fəaliyyətdə olan deputatların və gələcəkdə deputatlığa namizədliyi irəli sürüləcək şəxslərin fəaliyyəti ilə əlaqədar dairələrdə araşdırmalar aparılıb.
Bilirsiniz ki, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti blok şəklində və ya ayrı-ayrılıqda seçkilərdə iştirak etməklə bağlı öz fikirlərini bildiriblər. Bu baxımdan biz indi həmin partiyalardan kimlərin hansı dairələrdən namizədliyini irəli sürəcəyini və bizdən onlara kimlərin alternativ ola biləcəyini öyrənəcəyik.
Yeni Azərbaycan Partiyası öz araşdırmalarını yekunlaşdırıb. Biz hər bir dairədən öz namizədlərimizi irəli sürəcəyik. Digər partiyaların hansı dairələrdən kimlərin namizədliyini irəli sürəcəyini gözləyirik. Ola bilər ki, bizdə hansısa operativ yerdəyişmələr olsun.
- Bu seçkilərdə gənc namizədlərə üstünlük veriləcəkmi?
- Gənclərlə bağlı konkret bir məsələ yoxdur. Yəni kimin yaşlı, kimin gənc olması məsələsi yoxdur. Təbii ki, Azərbaycanda kifayət qədər yaxşı təhsil almış, dövlətçiliyə sədaqətli, Azərbaycanı layiqincə təmsil edə biləcək yeni nəslin nümayəndələri yetişib. Əvvəl bələdiyyə seçkilərində gənclərin sayı dörd faiz təşkil edirdisə, son bələdiyyə seçkilərində artıq bu rəqəm 30 faizdən yuxarı oldu. Bunu əsas müəyyən edən seçicidir. Əgər seçici səs verəcəksə, layiq biləcəksə, deməli, o insanlar orada təmsil olunmalıdır.
- Müxalifət düşərgəsinin seçkilərə hazırlığını və onların bu seçkilərdəki şansını necə dəyərləndirirsiniz?
- Müxalifət partiyaları heç bir araşdırma aparmadan, dairələrin yerli xüsusiyyətlərini öyrənmədən namizəd müəyyənləşdirməyə çalışırlar. Müxalifətdə bu təhlil yoxdur, elə təxminən deyirlər ki, mən filan yerdən namizədliyimi verəcəyəm, amma dəfələrlə sübut olunub ki, müxalifət “liderləri” son 20 ildə hər dəfə öz dairələrini dəyişiblər. Yəni bu onun göstəricisidir ki, onlar konkret araşdırma aparmırlar. Bir dəfə bir dairədən namizədliklərini irəli sürürlər, buradan alınmadısa, başqa dairədən namizədliklərini verirlər, oradan bir başqa dairəyə gedirlər və bunun heç birinin fundamental əsası olmur və uduzurlar. Onlar nəzərdə tuturlar ki, filan rayonun ərazisində müəyyən problemlər var. Onlar elə düşünürlər ki, həmin yerdən öz namizədliklərini irəli sürsələr, insanlar bunlara səs verəcəklər.
Problem var və bu problemin həlli istiqamətində də işlər gedir. İnsanlar bunu başa düşür, dərk edir. İnsanlar problemin həll olunması üçün narazılığını bildirir, müxalifətə səs vermək üçün deyil. Amma müxalifət bu problemi əlində bayraq tutaraq, tez həmin dairədən namizədliyini irəli sürür və elə bilir ki, bu insanlar onlara səs verəcəklər. Bu cür halları çox görmüşük. Hesab edirəm ki, müxalifətin bu seçkilərdə də heç bir perspektivi olmayacaq.
Digər tərəfdən, müxalifətin heç bir sosial bazası yoxdur. İnsanlar artıq onlara etibar etmirlər. Bu, müxalifətin mitinq adı altında keçirdiyi son bir neçə aksiyadan aydın göründü.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

