"Xalqın şairi" xoşbəxtlik sorağında...
18.03.2009 [13:21]
Azərbaycanın Xalq artisti, ömrünün 40 ilini H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına həsr edərək, dünya dramaturqlarının ən müasir və klassik əsərləri əsasında hazırlanmış tamaşalarda bir-birindən maraqlı 100-dən artıq obrazlar yaratmış, son illər milyonlarla tamaşaçının sevimlisinə çevrilmiş Valeh Kərimovun bu günlərdə 65 yaşı tamam olur. 1944-cü il mart ayının 21-də, Cənubi Azərbaycanın Miyana şəhərində dünyaya gəlib. 1969-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirdikdən sonra öz aktyor taleyini həmişəlik olaraq Sumqayıt Teatrı ilə bağlayıb. 1990-cı ildə “Azərbaycanın Əməkdar artisti”, 2000-ci ildə isə Respublikanın “Xalq artisti” fəxri adına, həmçinin, Prezident mükafatına layiq görülüb. Hazırda Prezident təqaüdçüsüdür.
Müsahibimiz, hamımızın daha çox Moşu kimi tanıyıb-sevdiyi sevimli aktyor, respublikanın Xalq artisti Valeh Kərimovdur:
- Valeh müəllim, Siz nə vaxtdan Moşu olmusunuz? Qısası, nə vaxtdın bu dünyada Moşuluq eləyirsiniz?
- (gülür) Lap çoxdandan - ötən əsrin 80-ci illərinin ortalarından.
- Moşu Göyəzənli ilə ilk “tanışlığınız” necə olub?
- Vaqif Səmədoğlunun “Bəxt üzüyü” əsərini ilk dəfə bizim Sumqayıt Dövlət Dram Teatrına gənc rejissorumuz Yusif Əkbərov gətirmişdi. İlk oxunuşdaca əsər xoşuma gəldi. Moşu mənə xüsusilə ləzzət elədi. Amma bilirsiniz də, rolu aktyor seçmir, onu rejissor bölür. Və belə oldu ki, sabahısı gün Yusif bu rolu mənə təklif etdi...
- Bəs film nə zaman çəkildi?
- Hə... Bu olub 1991-ci ilin yayında. 1992-ci ilin yanvarında isə Respublika Sarayında filmə ictimai baxış keçirildi.
- Heç şübhəsiz ki, Moşunu əbədiləşdirən Vaqif Səmədoğludur...
- O, mənim kimi məşhur bir adamın, “xalqın şairi”nin həyatını qələmə almaqla, özünü də məşhurlaşdırıb, məni də... Hər halda, çox sağ olsun!.. Biz haqqı itirən adamlardan döyülük...
- Vaqif Səmədoğlu sizin Moşu haqqında heç öz fikrini bildiribmi?
- Yox, məxsusi olaraq bir fikir söyləməyib, ancaq bir dəfə tamaşadan sonra mənə dedi ki, “ayə, qağa, mən qazaxlıyam, amma bizim ləhcədə sən məndən daha yaxşı danışırsan...”
- Moşu ilə birgə Qazaxa heç getmisinizmi?
- Qağa, Moşu ilə Qazaxa getmək çox məsuliyyətli, “opasnı” işdir. Hələ Sumqayıtda tamaşa zamanı bir qazaxlı müəllimənin dilindən, bax, bu qulağımla eşitmişəm ki, “bu zalım oğlu biz qazaxlıları tamam biabır elədi...”
- Valeh müəllim, Moşuda xoşunuza gələn və gəlməyən cəhətlər hansılardır?
- Xoşuma gələn... ürəyi təmizliyi, düzlüyü, mərdanəliyi, kişiliyi...
- Bəs gəlməyən?..
- Gəlməyən?.. (gülür) demaqoqluğu... Qafiyəbazlıqla məşğul olub özünü doğrudan da xalqın şairi hesab etməsi. Amma hər halda onun cəmiyyətə heç bir ziyanı yoxdur, ziyansız adamdır.
- “Xoşbəxtliyin” qafiyəsi...
- Yox, o hələ tapılmayıb... Elə bütün tamaşa da həmin sözün başındadır da... Xoşbəxtliyin özü kimi qafiyəsini də tapmaq çox müşgül bir məsələdir...
- Valeh müəllim, sonuncu sual: Moşunun sizə çox borcu var, yoxsa sizin Moşuya?
-...(bir xeyli gülür, əsl Moşu gülüşü ilə). Hər halda mənim Moşuya borcum daha çoxdur. çünki məni Azərbaycan tamaşaçılarına daha çox məhz Moşu tanıtdırıb!.. Neynək, borclu borclunun sağlığını istər. Allah Moşuya da, mənə də ömür versin!..
- Amin!
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35

