/ / "Qızıl Alma"nı yalnız Qarabağda deyil, Azərbaycan xalqının tarixi torpaqlarının daxil olduğu bütün məkanlarda axtarmaq lazımdı
"Qızıl Alma"nı yalnız Qarabağda deyil, Azərbaycan xalqının tarixi torpaqlarının daxil olduğu bütün məkanlarda axtarmaq lazımdı
24.06.2009 [12:27]
Türkiyənin Ege Universitetinin professoru, Türk Dünyası Araşdırmaları İnstitutunun direktoru Fikrət Türkmən bütün elmi fəaliyyətini türk mifologiyasının, folklorunun öyrənilməsinə və tarixi köklərimizin araşdırılmasına həsr edib. Türk boylarının yaşadığı torpaqları qarış-qarış gəzib, hər toplumun qədim irsi, mənəvi bağlılıqlarını incələyən professor bu günlərdə redaksiyamızın qonağı oldu.
-Türk mifologiyasında Azərbaycan faktoru diqqəti hansı xüsusiyyətləri ilə cəlb edir?
-Bəlli bir dönəmə gəlincəyə qədər nə Türkiyə, nə Azərbaycan, nə da başqa bir dövlət vardı. Bir mütləq dövlət vardı - Türküstan! Tarixi gəlişmələrdə Türküstan Doğu və Batı deyə iki yerə parçalandı. Əslində, bu böyük bir siyasətin nəticəsi, nəhəng Türküstanı parçalamaq üçün atılan bir addım idi. 1928-ci ildə də Daşkənd Konqresində bu məsələ rəsmi şəkildə həllini tapdı. Və qəbilələri din və millət ayrılığına sürükləyən qərar qəbul edildi. Məsələn, Qaraqalpaqlılar ayrı bir millət kimi qeyd olundu. Bu qəbilə uzun zaman özbəkmi, qazaxmı olduğuna qərar verə bilmədi. Hətta türkmənlərə yaxın olduqlarından aralarında türkmənləşmə də başladı. Tarixin qədim qatlarında isə belə ayrılıq yox idi. Bütün türk mifologiyasını araşdırsaq görərik ki, Azərbaycanın digər türk boylarından, qövümlərindən ayrıcalığı yoxdur. Yeganə fərq Azərbaycanın payına vətən kimi Qafqaz dağlarının ətəklərinin düşməsidir. Bu dağlar Azərbaycana Tanrının lütfüdür. Niyə? Dünyanın bütün masallarında Qaf dağı deyə müəqəddəs bir məkan var. Və bu dağlar silsiləsi ölkənin ən varlı məkana çevrilməsinə imkan yaradır. Və həmin imkandan yararlanmaq təcrübəsini isə dünyanın ən böyük turizm mərkəzi olan İsveçrə bütün dünyaya nümayiş etdirir.
Türk mifologiyası içərisində isə ayrıcalıqlar yoxdu. ümumiyyətlə, mifologiya xalqı bir kökə aparıb çıxarır - ortaq mədəniyyətə, düşüncəyə və fəlsəfəyə malik bir dövrə. “Dədə Qorqud” dastanında isə türk toplumunun bəlli tarixi dövrə qədəm qoyması öz əksini tapıb. Millət olmaq üçün qəhrəmanlıq gərək idi. Türk toplumunun tarixi dönəmi başlayırdı və toplum mifoloji yaşantı və düşüncələrdən çıxaraq millət olmaq üçün qılınc çalırdı. Dastan dövrünü bitirib yarıyerləşik, yəni oturaq həyata keçilən zamanda isə daha bir dönəm gəlir, düşüncənin epik-mistik dönəmi, modern dünyaya girmə, buddizm kimi böyük dinlərin yaranış dövrü başlanırdı. Hər bir dinə giriş, hər bir gəlişmə özü ilə yeni bir fəlsəfi düşüncə gətirir və formalaşdırırdı. “Dədə Qorqud” dövründə millətlərin formalaşması bütöv toplum halından, özünü tək millət kimi ifadə etməsində əks olunurdu. Hər bir millətin özünün dini yaranır, fəlsəfi düşüncəsi, fərdləri, tək tipləri formalaşırdı. Onu da deyim ki, uzun zaman Azərbaycanın Anadolu türkləri ilə keçilən yolları paralel olub.
“Dədə Qorqud dastanı”nın ən böyük əhəmiyyətindən biri bütün bu gəlişmələrin keçmişimizlə bu günümüz arasında körpü olan mədəniyyət abidəsində öz əksini tapmasıdır.
- Mifologiyamızdan söhbət açılan yerdə türkün “Qızıl Alma”sından danışmamaq günah olar...
- “Qızıl Alma” arzu və idealdır. Türkün üzünü tutduğu hədəfdir. Türk simvolik olaraq ordusuna “Qızıl Alma” deyə bağırmış. Bu da bizim mifologiyamızdan gəlmədir. Nağıllarımızı xatırlayın, övladı olmayan cütlüyə alma verirmişlər. Alma törəmək, artmaq anlamındadı. Arzuya yetmək deməkdi.
- Bu anda türkün “Qızıl Alması” Qarabağdımı?
- Mənim, həm də tək mənim yox, bütün türk həqiqətlərini bilənlərin düşüncəsinə görə “Qızıl Alma” həm Qarabağ, həm də bütün itirilmiş torpaqlarımızdır.
- Türk toplumu zaman-zaman qabarmalar və çəkilmələr yaşadı. Bu toplum indi hansı dönəmdədir?
- Türk toplumunun parçalanması dövründən indiyə qədər belə qaynaşma, can bir qəlbdə olma, bir məqsədə yürümə olmayıb. Yəni, artıq ikinci onillikdir ki, bərabər addımlayırıq. Ən böyük nailiyyətlərimizdən biri isə o olub ki, ortaq türk dilinin yaranması ideyası gerçəkləşməyə başlayıb. Amma bunun üçün səylər artırılmalıdır. Ortaq mədəniyyətə malik olduğumuzdan bu o qədər də çətin olmayacaq. Türklük bizim kimliyimizdir. Ona görə də, bizim anlaşma dilimizin türkcə olması lazımdır. Amma ortaq türk dilinin yaradılması üçün müəyyən zaman lazımdır və bu dilin yaradılmasında elm və mədəniyyət adamlarının da üzərinə böyük vəzifələr düşür.
Həm də dərin tarixi köklərə, dostluğa və qardaşlığa əsaslanan birliyimizin möhkəmlənməsindən qorxuya düşənlər, güclü bağlantılara sahib olan xalqlarımızın bu qardaşlığını gözü götürməyən qüvvələr də var. Uzağa getməyək, Türkiyə-Ermənistan sərhədlərinin açılması mövzusu ilə əlaqədar yaranmış vəziyyəti xatırlayaq. Hər iki tərəfdə - xalqlarımızda bir narahatlıq yaşandı. Əslində, bu, bir erməni fitnəsi idi. Bizim aramızı heç kimsə vura bilməz. Türkiyə o zaman sərhədi aça bilər ki, Ermənistan Azərbaycanın torpaqlarını işğaldan azad etsin.
- Elm adamı həm də səyyah deməkdir. Bütün Türk dünyasını gəzən Fikrət Türkmən türk xalqlarından birinin böyük şəxsiyyəti - Heydər Əliyevlə də görüşübmü?
- Mən o görüşləri həmişə böyük qürur hissi ilə xatırlayıram. çünki, Türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünyanın siyasi tarixində xüsusi yeri var. Heydər Əliyev dünyanın tək-tək yetişdirdiyi tarixi şəxsiyyətlərdəndir. Və təkcə azərbaycanlılar yox, bütün türk dünyası özünün böyük oğlu ilə qürur duyur. Dahi siyasətçi olan Heydər Əliyev nəinki Azərbaycanın inkişafı, eləcə də, türk dünyasının birliyi üçün xüsusi xidmətlər göstərib. Mən əminəm ki, türk xalqının böyük oğlu Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Azərbaycanı dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirəcək.
Heydər Əliyev mənim elmi araşdırmalarımla maraqlanırdı. İlk dəfə “Gülüstan” sarayında kitabımı Ona təqdim edəndə aldı, vərəqlədi və üzü şəfəqlə işıqlandı. Sonra qolunu mənim boynuma saldı, şəkil çəkdirdik. Dahi siyasətçi elmə, elm adamlarına çox böyük qiymət verirdi.
- Maraqlı söhbət üçün sizə təşəkkür edirik.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

