/ / Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvan şəhərində keçirilməsi çox böyük tarixi əhəmiyyət kəsb edən hadisədir
Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvan şəhərində keçirilməsi çox böyük tarixi əhəmiyyət kəsb edən hadisədir
07.10.2009 [10:13]
Məlum olduğu kimi, bugünlərdə Naxçıvan şəhərində türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirildi. Milli Məclisin deputatı Fəttah Heydərovla söhbətimiz bu tədbirin əhəmiyyəti haqqındadır.
- Fəttah müəllim, bir neçə gün öncə Naxçıvan şəhərində türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirildi. Bu zirvə görüşünün əhəmiyyəti haqqında nə deyə bilərsiniz?
- Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvan şəhərində keçirilməsi çox böyük tarixi əhəmiyyət kəsb edən hadisədir. Tədbirdə çox vacib və aktual məsələlər müzakirə olunub. Bu tədbir, eyni zamanda, ölkə paytaxtında deyil, əyalət şəhərində keçirilməsi ilə də əlamətdardır. Zirvə görüşü məhz Şərqlə Qərbin qapısı olan Naxçıvanda keçirilib. Qeyd etmək istəyirəm ki, bu bölgə tarixboyu bir sıra münaqişələrin həll edildiyi məkan olub. Naxçıvan qədim türk torpağıdır, ən qədim tarixi abidələrin mövcud olduğu məkandır. Əlamətdar haldır ki, keçmişdə olduğu kimi, bu günün özündə də bu torpaqda vacib, tarixi əhəmiyyətə malik olan mərasimlər keçirilir. Yəni, mədəniyyət, tarix, yaşam ənənələri, dil birliyi olan ölkələrin yığıncaq nöqtəsi olmaq etibarı ilə bu görüşün Naxçıvanda keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Bilirsiniz ki, dünyada Avropa Şurası, ATƏT, İKT, MDB kimi bir çox təşkilatlar fəaliyyət göstərir. Azərbaycan dövləti həmin qurumların üzvü olmaqla yanaşı tarixə istinad edərək türkdilli dövlətlərin birliyinin üzvü kimi bu təşkilatın güclənməsinə xüsusi önəm verir.
Tədbirin Azərbaycan üçün əhəmiyyəti həm də ondan ibarətdir ki, türkdilli ölkələrin dövlət başçıları Naxçıvana gəlməklə ölkəmizdə həyata keçirilən siyasətin əyalətlərdə də ciddi bəhrələr verdiyinin şahidi oldular. Zirvə görüşü Azərbaycanda iqtisadi inkişafa, quruculuğa, insanlığa xidmət edən bu siyasətin bir nümunə kimi götürülməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Zirvə görüşünü eyni zamanda əsas problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına istiqamət verəcək bir tədbir kimi də dəyərləndirmək olar. çünki tədbirdə iştirak edən bütün dövlət başçıları ölkəmizin haqq işini, ədalətli mövqeyini dəstəklədilər və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini vurğuladılar. Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkiyə prezidenti Abdullah Gül, Qırğızıstan prezidenti Kurbanbek Bakıyev Azərbaycanda gedən proseslərə çox yüksək qiymət verdilər. Belə dəyərli fikirləri dost ölkələrin dövlət başçılarının dilindən eşitmək çox xoşdur. Bütün bunlar gələcək nailiyyətlər üçün də stimul verir. Bilirsiniz ki, zirvə görüşündə Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında saziş imzalandı və Naxçıvan Bəyannaməsi qəbul olundu. Bu sənədlər regionda sülhün və sabitliyin qorunmasına, əməkdaşlığa çağırışlar edən tarixi sənədlərdir.
- Məlumdur ki, Naxçıvan Muxtar Respublikası uzun illərdir Ermənistan tərəfindən blokadaya alınıb. Zirvə görüşünün bu məkanda keçirilməsi Naxçıvanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından nə dərəcədə önəmlidir?
- Ermənistanın təcavüzkar siyasəti nəticəsində Naxçıvan blokada şəraitində yaşayır. Buna görə də həmişə beynəlxalq aləmin diqqətində olub. ümumiyyətlə, görüşün bu bölgədə keçirilməsi Azərbaycan insanlarının nəyə qadir olduğunu sübut edir. ölkəmizin bir hissəsi blokada şəraitində olmasına baxmayaraq, insanlar çox böyük əzmkarlıqla çalışırlar, qurub-yaradırlar və bu, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nə qədər böyük qüdrətə malik olduğunu sübut edir. Bu quruculuq işləri dünyaya göstərir ki, kənardan nə qədər maneçilik olsa da, Azərbaycan siyasəti bunlardan yüksəkdə dayanır. Azərbaycan insanı öz torpağını qiymətləndirməyi və yüksəltməyi bacarır.
Yeri gəlmişkən onu da qeyd etmək istəyirəm ki, Naxçıvan kimi Dağlıq Qarabağ da Azərbaycanın bir hissəsidir. Amma Naxçıvanla müqayisədə Dağlıq Qarabağda heç bir inkişaf yoxdur. Orada yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Bu gün Dağlıq Qarabağın ağır vəziyyətdə olması separatçı rejimin günahıdır. Əgər separatçılar öz əsassız iddialarından əl çəksələr, Azərbaycan qanunlarına tabe olsalar, Dağlıq Qaradağ da Naxçıvandan geri qalmayan inkişafa malik ola bilər. Qazandığımız uğurlar dünyaya sübut edir ki, bizim siyasətimiz düzgündür. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır. Təbii ki, belə də olacaq və münaqişə Azərbaycanın ədalətli mövqeyi nəticəsində həll olunduqdan sonra Dağlıq Qarabağda insanlar firavan yaşayacaqlar.
- Bu gün yaşadığımız dünya qloballaşmaya doğru gedir. Belə bir şəraitdə türkdilli ölkələrin birliyi nə qədər əhəmiyyətlidir?
- çox gözəl olar ki, insanlar həmişə birgə fəaliyyət göstərmək, daha yaxşı nailiyyətlər əldə etmək üçün istənilən formada birləşsinlər. Bir insan digərilə, bir toplum başqa bir toplumla birləşib hansısa iş görmək istəyirsə, məqsədinə daha tez nail olur. Yəni, güc birlikdədir. Bu birliklər isə bir-birinə qarşı yönəlməməlidir. Şübhə etmirəm ki, türkdilli ölkələrin birliyi gələcəkdə daha yaxşı nəticələr verəcək. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə sıx əməkdaşlıq mövcuddur. Bu ölkələr arasında tarixi ənənələr var. Məqsədimiz bu ənənələri yaşatmaq və gücləndirməkdir. Bizim birliyimiz yalnız humanist və ümumbəşəri nailiyyətlərə xidmət edən birlikdir.
- Fəttah müəllim, hazırda Türkiyə-Ermənistan münasibətlərinin qurulması istiqamətində atılan addımlar da gündəmin əsas mövzularından biridir. Bu məsələyə münasibətiniz necədir?
- Bilirsiniz, hər bir münaqişənin sonu var. Münaqişələrin də, müharibələrin də, mübahisələrin də sonu sülhdür, barışıqdır. İnsanlara xidmət etməyən sərhədlər olmamalıdır. Tarixboyu Avropa dövlətləri bir-biri ilə qanlı müharibələr aparıblar. Amma bu gün həmin xalqlar birgə yaşayırlar. Avropa Birliyində dövlət sərhədləri olsa da, bu, formaldır, dövlətlər ailə şəklində yaşayırlar. Ermənistanla sərhədləri nəinki Türkiyə, hətta Azərbaycan da aça bilər. Bir şərtlə ki, ermənilər tutduqları səhv mövqedən geri çəkilsinlər. Lakin nə qədər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayıb, sərhədlərin açılmasının önəmi olmayacaq. çünki açıq sərhəddə də, qapalı sərhəddə də düşmən kimi yaşamaq mümkün deyil. Ermənilərin təkcə türklərə qarşı deyil, bəşəriyyətə qarşı iddiaları var. Ermənistanda kök salmış işğalçılıq siyasəti, iddiaları sərhədlərin açılmasına, əlaqələrin qurulmasına mənfi təsir göstərəcək. Ona görə də, dünya birliyi Ermənistanı işğalçılıq siyasətindən çəkindirməlidir. Əks halda bu dövlət bölgədə sülh və sabitlik üçün təhlükə olaraq qalacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
25 Aprel 13:53
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:47
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
Gündəm
25 Aprel 11:38
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16

