/ / “Qarabağ Azərbaycandır!” hərəkatı xalqımızı torpaqlarımızın işğaldan azad edilməsi məqsədinə daha da yaxınlaşdırır
“Qarabağ Azərbaycandır!” hərəkatı xalqımızı torpaqlarımızın işğaldan azad edilməsi məqsədinə daha da yaxınlaşdırır
16.10.2019 [10:04]
Milli Məclisin deputatı Cavid Osmanov www.yap.org.az saytına müsahibə verib:
- Cavid müəllim, məlum olduğu kimi, hazırda gündəmin əsas mövzularından biri Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda etdiyi çıxış və həmin çıxışında Qarabağ həqiqətlərini çatdırması, Ermənistanın işğalçılıq siyasətini tutarlı faktlarla bir daha ifşa etməsidir. Bu barədə nə deyə bilərsiniz?
- Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə təşkil olunan “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı olduqca yüksək maraq və diqqətlə qarşılanıb, öz növbəsində, bir sıra mühüm mesajlarla yadda qalıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirinə, onun sərsəm bəyanatlarına tutarlı cavab verdi. Tarixi faktların təsdiq etdiyi kimi, SSRİ dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Çox hallarda bununla bağlı ifadə edilən fikirlər subyektiv mülahizələrdən ibarət olmaqla qeyri-obyektiv xarakter daşıyır, reallığı əks etdirmir. Gerçəklik isə budur ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması göstərilmişdi, yəni ermənilərin bu qərarın Dağlıq Qarabağı kiməsə ötürmək üçün verildiyi iddiası doğru deyil - tamamilə yanlışdır. Məhz münaqişənin başlanması nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun bütün azərbaycanlı əhalisi qovulub. Yəni azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib, hazırda da işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur. Həmin ərazilərin böyük hissəsinin yandırılmış, dağıdılmış evlərdən, məktəblər və ictimai obyektlərdən ibarət olması aşkar reallıq kimi ortadadır.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın humanitar fəlakətlə üzləşməsinə səbəb olub. Belə ki, Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan 1 milyon insan öz doğma torpaqlarından qovulub. Bununla yanaşı, son vaxtlar bu ölkənin baş naziri mütəmadi olaraq “münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağın “xalq”ı üçün məqbul olmalıdır”, - deyə fikir bildirir. Bu, tarixi və hüquqi reallıqların təhrif olunması ilə yanaşı, absurd yanaşmadan başqa bir şey deyil. Çünki Prezident İlham Əliyevin də bəyan etdiyi kimi “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Dövlətimizin başçısının “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri qarşı tərəfə mesajdır ki, Azərbaycan heç zaman işğal faktı ilə barışmayacaq və öz torpaqlarını azad edəcək.
- Bu gün respublikamızda “Qarabağ Azərbaycandır!” hərəkatı böyük vüsət alıb. Sizcə, bu hərəkatın əhəmiyyəti nədən ibarətdir?
- “Qarabağ Azərbaycandır!” hərəkatı respublikamızda böyük əks-səda doğurub. Bilirsiniz ki, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır.
30 ilə yaxındır ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu işğal altındadır. Yəni Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq işğalçı siyasətini davam etdirir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə məhəl qoyulmur. Ona görə də həm ATƏT-in Minsk qrupu, həm də digər beynəlxalq təşkilatlar tərəfindən bu ölkəyə qarşı təsir və təzyiqlər göstərilməli, işğalçı siyasətə son qoyulmalıdır.
Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin bütün dünya tərəfindən qəbul edilən həll modeli də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalarını təsdiqləyir. Yəni münaqişənin həlli bütün dünya tərəfindən qəbul edilmiş BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.
Hesab edirəm ki, “Qarabağ Azərbaycandır!” hərəkatı da xalqımızı torpaqlarımızın işğaldan azad edilməsi məqsədinə daha da yaxınlaşdırır. Bu hərəkat artıq milli ideya səviyyəsində qəbul olunur. Bu fakt göstərir ki, Azərbaycan prinsipial siyasətini davam etdirir, ölkəmizin mövqeyi qəti və birmənalıdır. Bu gün Ermənistan da yaxşı bilir ki, Azərbaycan işğalçı ölkənin status-kvonu legitimləşdirmək cəhdlərinə heç vaxt imkan verməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir. Ermənistanın isə yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Bu ölkənin rəhbərliyi dərk etməlidir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, Azərbaycan bütün hallarda öz ərazi bütövlüyünü bərpa edəcək!
- MDB Dövlət Başçıları Şurasının Aşqabad şəhərində keçirilən toplantısında da Prezident İlham Əliyev tərəfindən Ermənistanın dövlət siyasətinin mahiyyəti bir daha ifşa olundu...
- “Valday” Beynəlxalq Diskussiya Klubundakı tarixi çıxışından sonra cənab Prezident İlham Əliyev Ermənistana növbəti zərbəni Aşqabadda vurdu. Prezident İlham Əliyev Ermənistanda Qaregin Njdeyə abidə qoyulmasına diqqət çəkərək Ermənistanın faşizm ideyasına dəstək verdiyini bildirdi. Ermənistanda Qaregin Njdeyə abidə ucaldılması bu ölkənin necə terrorçu, işğalçı olduğunun göstəricisidir. Cənab Prezidentin bu addımları Azərbaycanın mövqeyini gücləndirməklə düşmən ölkəyə zərbə vurur. Dövlət başçısının qətiyyətli çıxışı Ermənistan rəhbərliyini çıxılmaz duruma salır. Bütün dünyaya sübut edilir ki, Ermənistan sülhün tərəfdarı deyil. Azərbaycan isə sülh istəyir, amma bu mümkün olmazsa, hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənistan həm diplomatik müstəvidə, həm də hərbi müstəvidə Azərbaycandan xeyli zəifdir. Son günlər baş verənlər də bunun əyani sübutudur.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20

