Bahar Muradova: Heydər Əliyevin Bakıya qayıdışı ilə Azərbaycan vətəndaş müharibəsindən qurtuldu
07.06.2010 [09:51]
- Sizcə, 4 iyun 1993-cü il Gəncə hadisələrinin baş verməsinə hansı proseslər zəmin hazırladı?
- ötən əsrin 80-ci illərin sonu-90-cı illərin əvvəllərində çoxşaxəli proseslər baş verirdi. Kimlərsə bu qarışıqlıqdan istifadə edərək öz siyasi ambisiyalarını yerinə yetirmək istəyirdilər, bəziləri isə Azərbaycanın müstəqilliyinin qorunması və gücləndirilməsi istiqamətində mübarizə aparırdı. İlk vaxtlar Azərbaycanın yenidən qovuşduğu müstəqilliyinin tam təmin olunması üçün lazım olan addımların heç biri atılmadı. Bu bir tərəfdən həmin vaxt hakimiyyətdə olanların səriştəsizliyindən irəli gəlirdisə, digər tərəfdən bəzilərinin maraqları ilə bağlı idi. Nəticə etibarilə Azərbaycan həm daxili ziddiyyətlərlə üz-üzə qalmışdı, həm də ölkəmizin ərazi bütövlüyünə xaricdən təcavüz edilmişdi. Bir sözlə, Azərbaycanın müstəqilliyini təhlükə altına alan hadisələr baş verməkdə idi. Hakimiyyətdə olan AXCP-Müsavat cütlüyünün isə nəinki bu hadisələrin qarşısını almağa, heç özünün hakimiyyətini qorumağa gücü çatmırdı. Azərbaycan xalqı çox çətin vəziyyətdə idi və ölkənin düşünən ziyalıları, bu xalqın gələcəyini dəyərləndirən, hansı addımların atılmasının vacib olduğunu bilən insanlar bir araya gələrək yeni bir siyasi qüvvənin yaranmasını, həmin qüvvənin başında isə ümummilli lider Heydər Əliyevin dayanmasını istəyirdilər. Hakimiyyətdə olduğu dövrdə AXCP-Müsavat cütlüyü üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirə bilmədi. Nə ordu quruculuğu sahəsində, nə də ölkəni iqdisadi çətinlikdən çıxartmaq üçün lazımı addımlar ata bilmədi. Hakimiyyət daxilində olan qruplaşmalararası ziddiyətlər hakimiyyəti iflic etdi. Qarşıdurmalar, qarşılıqlı ittihamlar, ziddiyətlər, Azərbaycanın xarici təcavüzə müqavimətini təşkil etmək əvəzinə önə çıxarılan şəxsi maraqlar ona gətirib çıxardı ki, rayonlar bir-birinin ardınca işğal olundu. Yaranan hakimiyyət-ordu qarşıdurması bəzi hallarda ordunun cəbhə xəttindən geri çəkilməsi ilə nəticələnirdi. Hərbi qüvvələrin hərəsi bir siyasi partiyaya, hansısa bir şəxsə tabe idi. O zamankı hakimiyyətin çətin məqamda düşünülmüş qərarlar verə bilməməsi ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə baş-başa qoymuşdu. Məhz, belə bir məqamda bir-birinin ardınca buraxılan səhvlər iqtidar daxilindəki böhran və xalqın artan etirazının püskürməsi hakimiyyət dəyişikliyini labüd etdi və xalq lazım olan addımı ataraq, ümummilli lider Heydər Əliyevə müraciət etdi. Heydər Əliyevin Bakıya qayıdışı ilə Azərbaycan astanasında olduğu vətəndaş müharibəsindən qurtuldu. Heydər Əliyev Bakıya gələrək, ölkənin potensialını toplayaraq Azərbaycanı xaosdan qurtardı.
- Gəncə hadisələri Azərbaycanın Dağlıq Qarabağda apardığı əməliyyatlara necə təsir etdi?
- O zaman söhbət təkcə hakimiyyət böhranından getmirdi, bu eyni zamanda iqtisadi, hərbi və sosial böhran idi. Gəncə hadisələrindən sonra cəbhə bölgəsindəki rayonlar boşaldılırdı. Belə ki, Milli Məclisin ətrafına toplanan tanklar cəbhə bölgəsindən çıxarılmışdı. Həmin qüvvələr Azərbaycan ərazilərini qorumalı olduğu halda, Bakıda ayrı-ayrı şəxslərin hakimiyyət maraqlarını qorumaq üçün toplanmışdı və qarşıduran qrupların bir-birlərinə güc nümayiş etdirməsi üçün gətirilmişdi. Bu da ermənilərin əlinə göydəndüşmə fürsət idi və bir-birini ardınca Azərbaycanın əraziləri işğal edildi, qısa bir müddət ərzində nə qədər ərazimiz müdafiəsiz qaldı. Bu azmış kimi həmin vaxt hakimiyyətdə olan qüvvələr Heydər Əliyev Bakıya dəvət olunduqdan sonra da öz vəzifələrini yerinə yetirmək əvəzinə Heydər Əliyevə mane olmağa, öz vəzifələrini dondurmağa başladılar. Silahlı dəstələri cəbhə xəttindən geri çəkdilər və bütün istiqamətlərdə ölkə həyatını iflic etməyə yönəlik addımlar atdılar. Hətta onların bir çoxu Azərbaycanda ikinci bir separatizm mənbəyinə dəstək verdilər. “Talış Mugan Respublikası”nı yada salaq. Həm Ermənistanın təcavüzü, həm şimal qonşumuzun Azərbaycandakı proseslərdən öz marağını güdməsi və ölkə daxilində özünə havadarlar tapması vəziyyəti olduqca mürəkkəbləşdirmişdi. Lakin Ulu öndər Heydər Əliyev qısa müddət ərzində prosesləri nəzarət altına aldı və Azərbaycanı inkişaf yoluna çıxardı. Bütün bunlar isə çox ağır zəhmətlər hesabına başa gəldi. O zaman itirilmiş mövqelərimizi bərpa etmək üçün hələ də çətinlik çəkirik.
- Həmin hadisələrin araşdırılması üçün yaradılan istintaq qrupunun fəaliyəti ilə bağlı fikirləriniz necədir? Bəzi fikirlərə görə, hadisələrin baş verməsinə görə məsuliyyət daşıyanların heç də hamısı layiqli cəzasını almayıb.
- Bəziləri elə fikirlərlə çıxış edirlər ki, sanki Azərbaycan xalqının yaddaşında heç nə qalmayıb. ümummilli liderin çox geniş qəlbinin olması onlara bir daha azərbaycanlı olmaq hüququnu qazandırdı. Vaxtilə Azərbaycanı separatizmə sürükləyənlər indi sərbəst şəkildə ölkədə yaşamaqdadırlar. Bəziləri ömürlük və yaxud ən ağır cəzaya məhkum olunmuşdular. Sonradan əfv olundular. Bir çoxları da Azərbaycanda yaşamır, bir çoxları da özlərini siyasi cəhətdən təqib olunmuşlar kimi qələmə verməyə çalışırlar. Bu Azərbaycana qarşı böyük səhvdir. Azərbaycan xalqının, dövlətinin onlarla bağlı etdiyi humanistliyə hörmətsizlikdir. O zaman proseslərin içində olan insanların çoxu bu gün partiya, istimai-siyasi təşkilatların rəhbərləridir. Kimlərsə bizneslə məşğuldurlar və gözəl də yaşayırlar. Mən hər zaman dövlət siyasətində humanizmin tərəfdarı olmuşam. Heydər Əliyev məktəbinin nümayəndələriyik və Heydər Əliyev də ən böyük azərbaycanlı olmaqla ən böyük günahları bağışlamaq üçün böyük qəlbə, ürəyə, siyasi iradəyə malik bir şəxs idi. O, növbəti dəfə bu insanlara şans verdi ki, Azərbaycana xidmət etsinlər. Başa düşənlər olsa da, başa düşməyənlər də var.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

