/ / Diplomatiyanın rolu və uğuru Azərbaycanın digər sahələrdəki nailiyyətlərində öz əksini yaxşı tapıb
Diplomatiyanın rolu və uğuru Azərbaycanın digər sahələrdəki nailiyyətlərində öz əksini yaxşı tapıb
10.07.2010 [08:05]
Trend-in diplomatların peşə bayramı günü münasibətilə Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevlə müsahibəsi:
- Məlum olduğu kimi, iyulun 9-da Azərbaycanda diplomatların peşə bayramı qeyd olunur. Bu münasibətlə sizi səmimi qəlbdən təbrik edir və bu sahədə uğurlar arzulayırıq. ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan diplomatiyasının nəticələrini necə qiymətləndirirsiniz?
- Təbrikə görə çox sağ olun. Müstəqil Azərbaycan yaranan andan Azərbaycan diplomatiyası ilk sıralarda bu müstəqilliyi təmin edib. Diplomatlar bu müstəqilliyi beynəlxalq arenada ildən-ilə təsdiq edən insanlardır. Bu illər ərzində Azərbaycanın keçdiyi yola, ölkənin əldə etdiyi nailiyyətlərə nəzər saldıqda, onda diplomatiyanın müəyyən rolunu görmək çox xoşdur. Azərbaycan dünyanın siyasi xəritəsində ayrıca suveren dövlət kimi öz mövqelərini müəyyən edib və bu da Azərbaycan diplomatiyasının qürur duyacağı haldır. Şəxsən mənə gəldikdə, keçmişdə ABŞ-da səfir olduğum zaman Azərbaycanın Vaşinqtonda tanınmasına məsuliyyət daşımışam. Həmin fəaliyyətimdən razıyam, belə ki, Azərbaycan-ABŞ münasibətləri sıfır səviyyəsindən strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatıb və indi bu proses davam edir. Hazırkı fəaliyyətimə gəldikdə isə hesab edirəm ki, gələcəkdə böyük işlər görəcək gənc diplomatlar hazırlamaqla, ön cərgələrdə xidmət etməkdə davam edirəm.
- Yaxın perspektivdə Azərbaycan diplomatiyası qarşısında hansı əsas vəzifələr durur?
- Azərbaycan diplomatiyasının vəzifələri suveren dövlətimiz yaranmağa başladığı dövrdə mövcud olan vəzifələrlə eynidir. Bunlar müstəqilliyi möhkəmləndirmək, Azərbaycanın yalnız Cənubi Qafqaz regionunda deyil, həm də bütün dünyada liderliyinin möhkəmləndirilməsinə çalışmaqdır. Diplomatiyanın müvəffəqiyyəti Azərbaycanın digər sahələrdəki nailiyyətlərini də müəyyən edir. Məhz diplomatiya liderlik etməlidir və Azərbaycanın əksər sahələrinə örnək olmalıdır.
- Azərbaycanlı diplomatların qarşısında duran başlıca vəzifələrdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasıdır. Siz bu münaqişənin yaxın gələcəkdə həlli perspektivlərini necə qiymətləndirirsiniz?
- Mən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edirəm. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyev və tərəflərə razılığa gəlməkdə kömək edən beynəlxalq vasitəçilər tərəfindən çox iş görülür. Bu, mürəkkəb münaqişədir və proqnozlar vermək çətindir. Lakin, Azərbaycanın hazırda dünya arenasında əhəmiyyətli uğurlar əldə etməklə ayaqüstə çox möhkəm durması faktı bu münaqişənin həllinə kömək edir. Əgər dünyada Azərbaycanı uğurla inkişaf edən ölkə kimi daha çox tanısalar, stereotip və ikili standartları dağıtmaq üçün beynəlxalq ictimaiyyət münaqişənin mahiyyəti barədə daha yaxşı məlumatlı olsa, problemin sülh yolu ilə həllinə çatmaq daha asan olar.
- Azərbaycan Diplomatik Akademiyasının fəaliyyət dövründə hansı nailiyyətlər əldə olunub?
- Azərbaycan Diplomatik Akademiyası nisbətən yeni institutdur. Onun prioritet vəzifəsi bizim xaricdəki diplomatik missiyalarımıza lazım olan ixtisaslı diplomatların hazırlanması üçün platformanın yaradılmasıdır. Odur ki, rektor qismində öz işimi çox məsuliyyətli sayıram. Azərbaycanın missiyalarının sayı sürətlə artır və bizim vəzifəmiz səfirlik və konsulluqları təcrübəli kadrlarla təmin etməkdir. Mən gənc diplomatların maariflənməsinə həsr etdiyimiz ilk illərin nəticəsindən çox razıyam. İldə orta hesabla xaricdəki nümayəndəliklərimizdə uğurla çalışan 30 diplomat-məzunumuz olur. Səfirlərin rəyinə görə, onlar keçmiş tələbələrimizin hazırlıq səviyyəsindən çox razıdırlar.
- Diplomatik Akademiyanın planlarında çoxlu layihələr var. Onlardan hansı hazırda uğurla həyata keçirilir?
- Bizdə gənc diplomatların ixtisaslarının artırılması üzrə proqramdan başqa, artıq ikinci ildir magistraturaya qəbul aparılır. Bu proqram böyük uğur qazanıb. Bu, regionda bütün dünya üçün əhəmiyyət kəsb edən çox mühüm və əhəmiyyətli proseslərin getməsi ilə bağlıdır. Xəzər dənizi regionunun öyrənilməsi üzrə proqram xüsusi maraq doğurur. ötən il magistraturanın birinci kursundakı 22 tələbədən 8-i əcnəbi tələbə olub. İndi təşkil etdiyimiz qrupda isə 12 əcnəbi tələbə magistr dərəcəsi ala biləcək. Daha mühüm vəzifə akademiyamızı elmi-tədqiqat mərkəzinə çevirməkdir. Bu istiqamətdə layihələrdən biri enerji məsələləri üzrə yay məktəblərinin təşkilidir. Bu həftə 20 ölkədən 40-dan çox insanın iştirak etdiyi, say etibarilə dördüncü yay məktəbi açılıb. Bu layihə çox populyar və unikaldır. Azərbaycan, xüsusilə də, Bakı öz-özlüyündə neft-qaz sənayesinin laboratoriyası kimidir. ölkə xarici mütəxəssislər üçün enerji sahəsinin tarixi inkişafı, eləcə də, neft-qaz məsələləri ilə bağlı müasir siyasi və iqtisadi proseslər baxımından maraq doğurur. Buna görə də, cari ildə yay məktəbinə qəbul elan edilən zaman bizə həm xaricdən, həm də ölkəmizdən 200-ə yaxın ərizə daxil oldu. Biz yay məktəbində tədrisin aparılması üçün ABŞ, Avropa və Asiyanın aparıcı ali məktəblərinin professorları və enerji şirkətlərinin nümayəndələrini də dəvət etmişik. Bu məktəbin məqsədi xarici mütəxəssisləri müasir Azərbaycanla, bizim nailiyyətlərimiz və reallığımızla tanış etməkdən ibarətdir. Bu, işimizin çox vacib hissəsidir. Buna görə də hesab edirəm ki, Azərbaycan diplomatiyasının növbəti bayramında qürur duyacağımız çox şey olacaq.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

