Əli Həsənov: İndi "Wikileaks" təxminən Azərbaycanın sarı mətbuatı səviyyəsində müzakirə olunur
15.07.2011 [13:37]
- ötən həftə Bakıda Dünya azərbaycanlılarının III qurultayı keçirildi. 2006-cı ildə keçirilən II qurultayda Prezident İlham Əliyev demişdi ki, müstəqil Azərbaycan dünyada yaşayan 50 milyonluq azərbaycanlının dövlətidir. Hamıya məlumdur ki, Prezident bunu deyəndə Cənubi Azərbaycanda yaşayan 35 milyon azərbaycanlını da nəzərdə tutur. Prezidentin bu çıxışına baxmayaraq, III qurultaya Cənubi Azərbaycandan bir nəfər də dəvət olunmamışdı. Bu nə ilə bağlıdır? Azərbaycan İrandan ehtiyatlanır?
- II qurultaya da Cənubi Azərbaycandan heç kim dəvət olunmamışdı. Bu, xarici ölkələrdə yaşayan azərbaycanlıların qurultayıdır. Təəssüf edirəm ki, Azərbaycan mətbuatında bəzən bunu səhv salırlar. Bəzən isə Azərbaycan-İran münasibətlərinə xələl gətirmək üçün qəsdən, bilərəkdən bunu hallandırırlar, həmin tezisləri öz məqsədlərinə uyğun formada təqdim edirlər.
Dünya azərbaycanlılarının qurultayı əsasən xarici ölkələrdə yaşayan və özünü azərbaycanlı hesab edən, hansısa formada Azərbaycanla bağlı olan, buranı özünün ana Vətəni, tarixi yurdu sayan insanların qurultayıdır. Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar özlərinin tarixi torpaqlarında yaşayırlar. Onlar xarici ölkələrdə Azərbaycana diaspor xidməti göstərmirlər. Xarici ölkələrdə yaşayan İran əsilli azərbaycanlılar qurultaya dəvət olunmuşdular, tədbirdə iştirak edirdilər. Onlar bizim diaspor siyasətimizin çərçivəsindədirlər.
- Son zamanlar “Wikileaks” saytında Azərbaycana dair məxfi sənədlərin açıqlanması halları çoxalıb. Bunu necə qiymətləndirirsiz?
- Hesab edirəm ki, “Wikileaks” eyforiyası artıq keçib. Saytda dərc olunan məlumatların ictimai rezonans gücü də həddən artıq aşağı düşüb. İndi “Wikileaks” təxminən Azərbaycanın sarı mətbuatı səviyyəsində müzakirə olunur. Bu saytda dərc olunan məlumatlar Ermənistan rəsmilərinin qeyri-ciddi açıqlamalarına bənzəyir. Ona görə də “Wikileaks” saytına əhəmiyyət verməyə ehtiyac yoxdur, boş söhbətlər, mənasız və əsassız yazılardır. Kimlərsə bunun üzərində siyasət qururlarsa, nəyisə idarə etmək istəyirlərsə, bu onların öz işidir.
- 2010-cu ilin sonu, bu ilin əvvəlində Azərbaycan-ABŞ münasibətlərində ciddi gərginlik yaranmışdı. Hətta, qarşıdurma bir-birini ittiham edən açıq bəyanatlar səviyyəsinə keçmişdi. İki ölkə arasındakı gərginliyi aradan qaldırmaq mümkün olubmu və hazırda vəziyyət necədir?
- Hazırda Azərbaycan-ABŞ münasibətləri normaldır. Hesab edirəm ki, iki müstəqil dövlət arasındakı münasibətlərdə mövcud ola biləcək bütün normalar Azərbaycan-ABŞ münasibətlərində var. Bunu yaxşı qiymətləndirmək olar.
- Bu il Milli Mətbuat Günü ilə bağlı dövlət səviyyəsində hansısa tədbirlərin keçirilməsi planlaşdırılırmı?
- Bu il Milli Mətbuat Günü ilə bağlı dövlətin təşkil etdiyi tədbir olmayacaq. Yubiley illərində Prezident İlham Əliyevin iştirakı ilə müxtəlif tədbirlər keçirilir. Builki mərasimləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və redaksiyalar təşkil edəcək.
- Medianın, xüsusən də, qəzetlərin əsas problemi dövlətin və özəl sektorun reklam verməməsidir. Təcrübə göstərir ki, qəzetlərə reklam verilməsə, reklam bazarı inkişaf etməsə, maliyyə dayanıqlığını təmin etmək mümkün deyil. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bir neçə ildir fəaliyyət göstərir, qəzetlər birdəfəlik yardımlar və qrantlar alır. Amma vəziyyət köklü şəkildə dəyişməyib. Dövlət mətbuata reklam verilməsi, reklamların ədalətli bölünməsi üçün hansı addımlar ata bilər?
- Belə bir fikir var ki, dövlət tərəfindən ayrılan vəsaitlərin müəyyən qisminin dünya praktikasına uyğun olaraq gələcəkdə reklam işinə, ictimai dəstəyə, həmin sahənin fəaliyyətinin işıqlandırılması və cəmiyyətə təqdim edilməsinə sərf olunması üçün proqram hazırlansın. Lakin bu, gələcək üçün nəzərdə tutulan plandır. çünki 2011-ci ilin dövlət büdcəsində bu məsələyə vəsait ayrılması nəzərdə tutulmayıb.
özəl şirkətlərin qəzetlərə reklam verməməsinə gəlincə, bu sahəyə, özəl sektorun reklam bazarına, fəaliyyətinə biz nəzarət etmirik. Bu sahə faktiki olaraq öz-özünə, bazar münasibətlərinə uyğun olaraq tənzimlənir. Elektron KİV-ə reklam verilir, şəhər reklamına, bilbordlara müəyyən pay düşür. Yazılı media isə faktiki olaraq reklam fəaliyyətindən kənarda qalıb. Problemi həll etmək üçün Mətbuat Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, digər jurnalist təşkilatları ilə məsləhətləşmələr aparırıq. Gələcəkdə reklam bazarının necə inkişaf edəcəyi, tənzimlənəcəyi, yazılı mətbuatın reklam bazarından hansı formada pay alacağı tipli məsələlər açıq qalır.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

