Əli Əhmədov: Ermənistan Türkiyənin qoyduğu ədalətli şərtə əməl etməlidir
07.07.2012 [11:43]
- Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Yay məktəbləri”ndə əsasən hansı məsələlər müzakirə edilir, gənclərə aşılanan fikirlər və onlardan gözləntiləriniz nədir?
- İlk olaraq gənclər bu layihə çərçivəsində ölkəmizin səfalı yerlərində dincəlirlər. Digər yandan isə onlar istirahətlə yanaşı təfəkkürlərini formalaşdırır, özləri üçün maraqlı olan bir sıra məsələləri müzakirə edirlər. Dünən keçirilən müzakirələrdə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin rolu mövzusunda fikir mübadiləsi aparıldı. Mən hesab edirəm ki, bu mövzu bu gün Azərbaycan reallığında kifayət qədər aktualdır. Bu cür müzakirələrin keçirilməsində əsas məqsədimiz gənclərin 2020-ci ilə ünvanlanmış inkişaf konsepsiyasınının tərtib və qəbul edilməsində yaxından iştirakını təmin etməkdir. Bu gün Azərbaycan gəncləri ölkəmizin demoqrafik strukturunda yüksək yer tuturlar. Məhz bu baxımdan Azərbaycanın strategiyasının müəyyənləşməsində gənclərin fikirlərinin öyrənilməsi vacibdir. Yəni, bizim üçün ölkəmizin gələcəyinin gənclərin gözündən təhlil edilməsi önəmlidir. Ona görə də, onların bütün fikirlərinə diqqət və qayğı ilə yanaşırıq.
- Gənclərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə səviyyəsində bir sıra tədbirlər görülür. Növbəti planlarınız hansı istiqamətdədir?
- Hökumətimiz tərəfindən Azərbaycan gənclərinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı layihələr hazırlanır. Bu istiqamətdə hüquqi baza artıq formalaşıb. İlk olaraq qeyd edim ki, gənclərin işlə təmin olunması aktual problemlərdən biridir. Digər bir problem isə gənclərin, gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədardır. Bütün bu problemlərin həlli ilə bağlı ölkə Prezidentinin təşəbbüsü ilə hökumətimiz tərəfindən müxtəlif layihələr hazırlanır. Hazırda gənclərə ipoteka kreditlərinin güzəştli və yüngülləşdirilmiş şərtlərlə verilməsi üzərində iş gedir. Mən hesab edirəm ki, bu iki vacib məsələnin həll olunması Azərbaycan gənclərinə hökumətimiz tərəfindən göstərilən qayğının ifadəsi olacaq.
- Türkiyə mətbuatında yazılan bəzi məlumatlara görə, Ermənistanla sərhədlərin açılması Dağlıq Qarabağ məsələsinin həllini tezləşdirə bilər. Sizcə də, bu, belədirmi?
- Bununla əlaqədar hələlik müxtəlif söz-söhbətlər davam edir. Siz bilirsiniz ki, Türkiyə ilə Ermənistan arasındakı sərhədlər Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyinə görə bağlanıb. Sərhədlərin bağlanması Türkiyənin etirazını ifadə edirdi. Türkiyə cəmiyyəti birmənalı şəkildə Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmamış sərhədlərin açılmasının mümkün olmayacağı barədə mesajlar verib. Türkiyənin dövlət rəsmiləri dəfələrlə Ermənistanla sərhədlərin açılmasının yeganə şərti olaraq rəsmi İrəvanın Azərbaycan torpaqlarının işğalına son qoymasını tələb ediblər. Hesab edirəm ki, bütün bunlar bizdə işğal faktı aradan qalxmadan Türkiyə-Ermənistan arasında 20 ildir bağlı qalan sərhəd məsələsinin öz həllini tapa bilməyəcəyinə inam yaradır. Əgər Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyirsə, Türkiyənin qoyduğu ədalətli şərtə əməl etməlidir. Yəni, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32

